Günəşin öpüşü: dodaqlar üçün yay qulluğu

Əlvida quru və çatlamış dodaqlar mövsümü! Biz onları uzun qışdan sonra necə bərpa etmək və məzuniyyətdən mükəmməl selfiyə necə hazırlamaq haqqında danışacağıq.

NƏMLƏNDİR
İsti mövsüm, kondisionerlərdən quru hava – yayda susuzluq qaçılmazdır. İtkiləri doldur: özünlə su daşı və əgər onu hələ də sevə bilmədinsə, nanə, giləmeyvə və ya meyvə parçaları əlavə et. Sağlam həyat tərzində limonad - və incə dodaqların ilk sirri!

TƏMİZLƏ
Üz və bədən üçün skrablar çoxdan cədvəl üzrədir, amma dodaqlara sən sonuncu dəfə nə vaxt diqqət ayırmısan? Dodaqların dərisi daha incədir nəinki bütün bədənin və vaxtında ölü hücəyrələr çıxarılmasa, balzamın nəmləndirici komponentləri sadəcə olaraq üzdə qalacaq. Skrabı özün də asan düzəldə bilərsən: məsələn, bir çay qaşığı bala bir az şəkər tozu əlavə et və dodaqları yumşaq massajla. Nəticə - incə, hamar, yay öpüşlərinə hazır dodaqlar!

QAYĞI BƏXŞ ET
Gün ərzində, dodaqların  yenə də necə quru və dartınmış olduğunu hiss edirsən: istənilən havada, istənilən iqlimdə, makiyaj ilə və ya onsuz. Bu normaldır! Güclü bir dodaq balzamı ilə - ya da eyni anda üç dənə ilə, özünü silahlandır. Qoy onlar hər çantanda və ya cibində olsun.

GÖZƏLLİYİ VURĞULA
Təbii çalar, yüngül parıltı və həcm – budur million layklıq ideal dodaqlar resepti. Formanı “mənim dodaqlarım, ancaq daha da yaxşı” çalarlı dodaq boyası ilə vurğula, mərkəzə isə elə həmin balzam və ya parıltı əlavə et.

Mətn: Şəkil: Oriflame