@polya_lya: "Kiprikləri həcmli edən tuşu necə seçmək lazımdır?"
İrina Mitroşkina: “İlk növbədə fırçaya diqqət yetir.
Mənim THE ONE Tremendous ekstremal həcmli klassik tuşdan çox xoşum gəlir: üzərində 300-dən çox tükcük olan 3 sm uzunluğunda fırça hər bir kipriyi boyayır. Yeni THE ONE Tremendous pişik gözlər effektli tuşun fırçası gözlərin künclərində ekstremal həcm və uzunluğun kombo effektini təmin etmək üçün erqonomik "qum saatı" formasına malikdir.
İkincisi, formul.
Yeni THE ONE Tremendous pişik gözlər effektli tuşunda, məsələn, iki növ fibra var: ürək formalı fibra hər bir kipriyə oturur və uzadır, mikrofibra isə həcmi artırır və kiprikləri qalınlaşdırır.
Yeni THE ONE Tremendous pişik gözlər effektli tuşunda, məsələn, iki növ fibra var: ürək formalı fibra hər bir kipriyə oturur və uzadır, mikrofibra isə həcmi artırır və kiprikləri qalınlaşdırır.
@myhaha: "Böyük fırçalı tuş istifadə etmək mənim üçün rahat deyil: kiprikləri boyadıqda göz qapağımı batırıram. Nəyi səhv edirəm?”
İrina Mitroşkina: "Kədərlənmə və ruhdan düşməyə tələsmə: hətta təcrübəli vizajistlərlə bu baş verir! Super həcm yaratmağa və makiyajın qalan hissəsinə zərər verməməyə kömək edəcək bir-iki sirr var.
1. Kiprikləri boyadıqda, güzgünü çənəyə yaxın tut və yuxarıdan aşağıya bax, birbaşa qabağına yox - belə etməklə fırça göz qapağına çatmayacaq.
2. Belə fırçanı üstünə bassan, o göz qapağına çatacaq və makiyajı korlayacaq, ancaq kipriklərin üzərində tuş az qalacaq. Fırçanı kipriklərə çox sıx çəkmə - bunun əvəzinə onu yaxınlaşdır və sanki kiprikləri braşinq üzərinə qoyduğun kimi, yüngül hərəkətlə saat əqrəbin əksinə bur.
3. Aşağı kipriklərdən başla. Əvvəlcə yuxarı kiprikləri boyasan alt kipriklərə keçdikdə, onlar göz qapağın üzərində boyanacaq.
4. Əlavə həcm əldə etmək üçün kiprikləri hər iki tərəfdən boya.
5. Kipriklərin tünd və qalındırsa, köklərə toxunmadan yalnız mərkəzi və ucları boyamağa çalış - belə etməklə göz qapağı dəqiq təmiz qalacaq.
6. Tuş yenə də göz qapaqların üzərində qaldısa, onu çıxartmağa tələsmə. Tuş quruyana qədər gözlə və onu səliqəli şəkildə pambıq çubuğu ilə sil.
@krasnova_ya: «В инстаграме очень популярен «кошачий» или «лисий» взгляд. Хочу так же! Как сделать такой макияж?»
İrina Mitroşkina: "Pişik gözləri effektli makiyaj cazibədarlıq və yüngül hiyləgərlik verir. Bu cür görünüş yaratmaq üçün göz kölgələri və layner istifadə etmək lazım deyil. İstədikdə, yalnız tuş ilə kifayətlənə bilərsiniz, ən əsası - tətbiq texnikası və məhsulun düzgün seçilməsidir.
Üç addımda pişik baxışı effektini əldə et:
1. Bütün uzunluq boyunca kiprikləri boya: erqonomik bir fırça gözün formasını nəzərə alır və bərabər həcm verir.
2. Kiprikləri daha da yuxarıya uzatmaq və dartışdırmaq üçün fırçanın yumru ucu ilə gözlərin xarici künclərini işlə.
3. Tuşu yenidən bütün kipriklərə çək: istədiyin nəticəyə çatana qədər qatlar çək."
@elena_raykskish: "Kölgələri düzgün və gözəl şəkildə necə tətbiq etmək lazımdır?"
İrina Mitroşkina: “İki əsas qaydanı yadda saxla:
1. Bütün göz qapağına bir sıx rəngi tətbiq etməyə çalışma. Tədricən ən açıq çalardan ən tünd (və ya ən parlaq olana) keçərək qradient yarat. Ən tünd çalar kiprik kənarına ən yaxın olmalıdır.
2. Piqmenti xarici küncdən daxili künc istiqamətində fırça ilə səliqəli şəkildə uzat.
Yaymağa nə qədər diqqətlə yanaşsan, əlavə düzəlişlərə ehtiyac olmadan və əsəbləri sərf etmədən gözlənilən nəticəni əldə etmək şansı bir o qədər çoxalacaq. Fırçada artıq kölgələrin olmamasına diqqət yetir, istədiyin rəng sıxlığına tədricən nail ol - bu, qızıl məxrəci tapmağa və vaxtında dayanmağa kömək edəcək."
@tivasen_: "Hansı oxların sənə uyğun olduğunu necə başa düşmək olar?"
İrina Mitroşkina: "Sınamasan, bilməyəcəksən! Tənbəllik etmə və evdə eksperimentlər üçün vaxt ayır - təəccüblənəcəksən, amma hətta ən cəsarətli variantlar da sənə yaraşa bilər. Oxların bir neçə əsas parametrləri var - uzunluq, qalınlıq və əyilmə. Hər birini tədricən artır və güzgüdəki nəticəni qiymətləndir.
Sallaq göz qapağı üçün oxlar və rəngli oxlar üzrə Oriflame Gözəllik Məktəbində hazır master-klassları izlə. "
Смотри готовые мастер-классы по стрелкам для нависшего века и цветным стрелкам в Школе красоты Орифлэйм».
@rita_ori__: "Dəbli qalın qaşlara necə nail olmaq olar?"
İrina Mitroşkina: "Qaşlar üçün şəffaf gel fırçası ilə tükləri qısa hərəkətlərlə yuxarıya doğru dara. Bir az rəng və faktura əlavə etmək istəyirsənsə - qaşlar üçün uyğun çalarlı tuş istifadə et.
Oriflame Gözəllik Məktəbində üz tipinə görə qaşların formasını necə seçməyi öyrən."
@demenkovasvetik: "Gözlər altındakı qırışları düzgün şəkildə necə gizlətmək olar?"
İrina Mitroşkina: “Əsas sirr - nəmləndirmə! Gündəlik qulluqda göz qapaqları üçün kremə laqeyd yanaşma. Ekstra qulluğa ehtiyac varsa, patçi istifadə et.
Dekorativ kosmetika ilə hər şey sadədir: gözlər altında nə qədər çox qat tətbiq etsən, günün sonunda xoşagəlməz çatları tapmaq və qırışları vurğulamaq ehtimalı bir o qədər yüksək olacaq.
Nəmləndirmə effektli konsiler seç və onu mümkün qədər nazik qatla tətbiq et və kirşandan yüngülvari istifadə et."
@elviramomotova: "Tonal əsasın məsamələrdə tıxanmasının qarşısını necə almaq olar?"
İrina Mitroşkina: "Makiyajdan əvvəl və sonra üzünü yaxşıca təmizləməyi, serum və kremdən istifadə etməyi unutma. Məsamələri daha az nəzərəçarpan etmək və dərini tonal əsasın tətbiq edilməsinə hazırlamaq üçün xüsusi praymer istifadə et."
@ veronikamatveeva.mvv: "Liftinq-makiyaj: qaydalar nədir?"
İrina Mitroşkina: "Liftinq-makiyaj cavanlaşdırıcı effekt verən, təravətli və sağlam dəri görünüşünü əldə etməyə kömək edən makiyajdır. Bu, nəmləndirmə və çox mərhələli qulluq ilə başlamalı olduğun deməkdir. Dərinin makiyaj üçün düzgün hazırlanması nəticənin yarısıdır! Liftinq-makiyajın özünün əsas sirri təravətdir. Gün ərzində üzdə tonun qurumasına mane olmaq və bərabər örtüyü qorumaq üçün parlaq hissəciklərlə olan praymerdən istifadə et. Təbii finişli , amma yaş piqmentasiyasını gizlətmək üçün kifayət qədər piqmentli tonal kremi seç. T-zonası ton və ya xaylayterlə açılmalı və yağlı parıltı kirşanla çıxarılmalıdır. Gözlərdə və dodaqlarda ağır və dolğun rənglərdən çalış istifadə etməməyəsən - açıq zərif çalarlara üstünlük ver." THE ONE IlluSkin maye xaylayteri istifadə et: o, təbii görünür və sağlam parıltı verir.
@alice_alice: "İrina hansı must-have vasitələrdən istifadə edir?"
İrina Mitroşkina: "Sizə bir sirr açım - dodaq boyasını ənlik kimi istifadə etməyi xoşlayıram. Dodaqlarda və yanaqlarda bir ton hər vəziyyətdə işləyən bir texnikadır. Özün sına! The ONE Lip Sensation maye mat dodaq boyası xoşuma gəlir: məxmər finişli tekstura asan yayılır və üzün istənilən nahiyyəsində davamlı şəkildə qalır. Makiyaj çantamda göz qapaqları üçün tünd rəngli qələm həmişə var."
@aleksandra__ori: "Sallaq göz qapağı üçün gündəlik makiyajı necə etmək olar?"
İrina Mitroşkina: "Yanaşma liftinq-makiyajdaki kimidir - problemə daha az fokuslan, onu maskalamağa və çox sayda təbəqə və çalarlarla örtməyə çalışma. İncə pastel rənglərdən və yumşaq yayılmadan istifadə et - bu, sallaq göz qapağının sərt həndəsəsini vizual olaraq yumşaldacaq." Sallaq göz qapağı üçün oxları necə çəkməyi öyrən.
@blog_kosmetika_jewellery4422: "Makiyajda çox yaxşı nəticə əldə etmək üçün ilk növbədə nə etmək lazımdır?"
İrina Mitroşkina: "Vau-effekti yaratmağa çalışmamaq və dəb meyllərini kor-koranə izləməmək. Ən təhlükəlisi, həddini aşmaqdır. Ən faydalısı, məşq etmək və məhz sənə uyğun olanı seçmək üçün müxtəlif görünüşləri sınamaqdır." Oriflame Gözəllik Məktəbinin mütəxəssislərindən daha da çox makiyaj dərslərinə bax!