Addım 1: dərinin hazırlanması
Göz qapaqlarındaki dəri çox nadir hallarda ideal tona malik olur. Dərini düzgün hazırlamaq lazımdır ki, makiyaj səliqəli və dayanıqlı olsun (bu xüsusilə yağlı dəri üçün önəmlidir). Kapilyarları görünməz etmək üçün konsiler və yüngül layla kirşan tətbiq edin və ya çox tüklü fırça ilə hərəkət edən göz qapağına açıq kölgələr tətbiq edin. Bunun üçün əminliklə universal məhsul olan “Bej nyud” THE ONE istifadə edə bilərsiniz. Quru məhsulun layı lazımsız sebumu hopduracaqdır və daha tünd çaların yayılması prosesini sadələşdirəcəkdir.
Addım 2: tünd çaların tətbiq edilməsi
İki növ sallaq göz qapaqları mövcuddur:
xarici küncə doğru sallaq və ya gözün mərkəzinə doğru sallaq.
Güzgüyə baxın və göz qapağınızın hansı hissədə kirpiklərin böyümə xəttinə toxunduğunu təyin edin. Sallanmanı tündləşdirmə ilə vizual olaraq gizlətmək üçün sallanma hissəsinə qəhvəyi rəngdə kölgə tətbiq edirik. Çalar çox tünd olmalı deyil, çünki biz təbii kölgəni təqlid edirik. Mən “Donuq latte” THE ONE bəyənirəm: o, konturinq üçün kirşanı xatırladır.
Mənim halımda göz qapağı xarici küncə doğru sallanır. Daha əvvəl istifadə etdiyimiz çox tüklü fırça ilə kölgəni bu hissəyə tətbiq edirəm. Gözün formasını uzun etmək üçün ehmalca gicgaha doğru yayıram.
Sizin göz qapaqlarınız gözün mərkəzinə doğru sallanırlarsa, tünd rəngi büküşə tətbiq etməlisiniz. Baxmayaraq ki, sallaq göz qapağı ilə büküşün yeri seçilməyə bilər, onun yerini təyin etmək asandır. Fırçanın aşağı hissəsini qaşdan bir az aşağı olan sahəyə yerləşdirin. Orbital sümüyün sərhəddində batıqlıq hiss edirsiniz? Məhz bu hissədə yuxarı göz qapağı boyunca tünd kölgə tətbiq etmək lazımdır.
Yekunlaşdırdıqdan sonra makiyajı açıq gözlərlə yoxlayın: əmin olun ki, gözlər açıq olduqda tünd hissə görsənir və sallaq göz qapağı altında itmir.
Addım 3: kirpiklər arasında ox
Kirpiklərin arasında olan sahəyə və yuxarı selikli qişaya qələm çəkirik — bu vizual olaraq kirpiklərin sıx görünməsini, dərin baxış effektinin yaranmasını və gözün həcmli görünməsini təmin edəcəkdir. Bu addım oxlarla makiyaj üçün zəruridir: kirpiklərin arasında boşluqlar olmalı deyil, əks halda oxlar səliqəsiz görsənəcəklər.
Bunun göz qapağına travma yetirməyən və dolğun xətt yaradan yumşaq və piqmentli qələm seçin. Mən THE ONE High Impact maye göz qələmi istifadə edirəm.
Bu addımdan sonra tuşu tətbiq etmək və yekunlaşdırmaq olar — sallaq göz qapağı üçün gündəlik meyk-ap hazırdır. Lakin biz davam edirik və oxları çəkməyi öyrənirik.
Addım 4: oxlar
Sallaq göz qapağı üçün makiyajın məqsədi — baxışda olan “ağırlığı” azaltmaq və gözləri daha nəzərəçarpan etməkdir.
Ox maksimal olaraq nazik və qısa uclu olmalıdır: belə xətt göz qapağının ağır görsənməsinin qarşısını alır və qırılmır.
Uğurun açarın — sallaq göz qapağı altında dağılmayan və super dayanıqlı məhsuldur. Mən THE ONE maye göz qələmini bəyənirəm, o ilk laydan sıx xətt yaradır və makiyaj silinənədək silinmir.
İlk olaraq kirpiklərin böyümə xəttinin sərhədilə xətt çəkirik. Daxili küncdə xətt nazik olmalıdır, xarici küncdə isə bir az daha qalın. Qalınlığı təzyiq ilə tənzimləmək olar: qələmin üzərinə nə qədər güclə bassanız xətt o qədər qalın olacaqdır. İkinci üsul — ilk olaraq bütün göz qapağı boyunca nazik xətt edin və daha sonra xarici küncün qalın edin.
İndi xəttin ucunu çəkirik. Diqqət yetirin: trayektoriyanın qurulması zamanı xəttin ucu göz qapağının aşağı xəttinin davamı olmalıdır. Ondan daha aşağı hissəyə keçmək olmaz! Bu baxışın daha da aydın və gözlərin vizual olaraq yuxarı olması üçün lazımdır.
Aşağı kirpiklərin xəttinə əsaslanaraq oxun ucunun aşağı kənarını çəkin. Onu yuxarı göz qapağındaki xəttlə birləşdirin və alınan üçbucaqlının daxilini rəngləyin.
Addım 5: aşağı göz qapağının tündləşdirilməsi və kirpiklər
Gözlərin həcmli görünməsi üçün gəhvəyi çalarlı kölgəni dayaz fırça vasitəsilə aşağı göz qapağına tətbiq edin. Göz bəbəyinə çatdıqda dayanın və tündləşdirməni daxili küncə kimi davam etdirməyin.
Kirpiklərə tuşu maksimal dərəcədə sıx tətbiq edin və sanki onlarla göz qapağını bağlamaq üçün kirpikləri yuxarıya doğru çəkin.
Sız və həcmli kirpiklər sallaq göz qapağının görünüşünü yaxşılaşdırırlar.
Hazırdır! Makiyaj üçün lazım olan bütün vasitələrə baxmaq üçün şəkilin üzərində klikləyin.
Vizajistin tövsiyəsi
Oxlarla makiyaj artıq uzun müddətdir ki, yalnız gecə makiyajı üçün istifadə edilmir. İndi onları günün istənilən vaxtında və istənilən ölçüdə çəkirlər. Sallaq göz qapağı üçün klassik oxu çəkməyi öyrəndikdən sonra trendləlrə yeni təcrübələrinizi aparın.
Yüngül ox
Bir çox xanımlar makiyajsız makiyaj effektini yaratmaq üçün və ya vizual olaraq göz kəsimini dəyişmək üçün məhz bu növü seçirlər. Xətt çox görünməli deyil və yayılmış olmalıdır, oxun ucu isə kiçik olmalıdır. Belə bir ox qabağa çıxmış gözlərlə xanımlara yaraşar. Belə xanımlara qalın xəttlər yaraşmır, xəttin ucu isə xarici küncdə düz olmalıdır.
Ombre-ox
Bu oxlar yay ayları üçün əla seçimdir. Parlaq çalarları daha tün rənglərə dəyişdikdə isə payız və qış üçün dəbli nəticələr əldə edə bilərsiniz. Daxili küncdə açıq çalarları, xarici küncdə isə tünd çalarları istifadə edin.
İkili ox
Bu ox növü baxışları açıq və aydın edir, kirpiklər vizual olaraq daha da sıx görsənirlər və nəticədə şən və oynaq görünüş əldə edilir. Gözün daxili küncündən xarici küncünə doğru xətt çəkin(həm aşağıdan, həm də yuxarıdan). Quyruqlar bir az iti olmalıdırlar, uclar isə parallel olmalıdırlar və kəsişməli deyillər. Daha çox effekt üçün onların arasında olan sahəyə açıq rəngdə qələm və ya konsiler tətbiq edin.
İdeal qaşlar yaradın və instaqramda #məntövsiyəedirəm heşteqilə paylaşın. Daha çox faydalı dərslərə ORIFLAME gözəllik məktəbində baxa bilərsiniz!