Nəyi vurğulamaq istəyisən?
Dodaq boyasının və kölgələrin birləşməsində rəngin oxşarlığından qaçınmaq daha yaxşıdır. Dodaqlara dolğun və parlaq çalar çəkilibsə, göz makiyajını təmkinli sakit qammada etmək daha yaxşıdır. Müvafiq olaraq, əgər dodaqlar təbii çalardadırsa, onda gözlər makiyaj mərkəzinə çevrilir və parlaq nəzərəçarpan tonlardan istifadə edərək onları vurğulamaq lazımdır. Amma ənlik və dodaq boyası heç vaxt eyni olmamalıdır, lakin eyni zamanda bir rəng qamması ilə əlaqəli tonlar olmalıdır.
Qırmızıya vurğu
Qırmızı dodaq boyası özü-özlüyündə artıq parlaqdır və əlavə vurğu tələb etmir. Amma bir az qızılı çalarlı inci kölgələr görünüşə müəyyən cazibə əlavə edəcək. Qırmızı dodqa boyasını çəksən, ənlik kimi qəhvəyi şaftalı kölgəsini istifadə etməli və konturinqa diqqət yetirməlisən, qızartıya yox.
İti oxlar əlavə et
Nüd, şaftalı, çəhrayı çalarlı dodaq boyaları şokolad və ya bürünc Smoki ayzla yaxşı görünür . Həm də parlaq rənglər (yaşıl, mavi, narıncı) istifadə edərək, incə ox çəkməklə və ya aşağı göz qapağını konturlaşdırmaqla çalarları yoxlamaq olar.
Düzgün imic – təravətli xarici görünüş
Makiyajda giləmeyvə çalarları çox diqqəti cəlb edir, buna görə də aktiv göz makiyajı etmək lazım deyil. Mat, bej kölgələrdən və ya parıltılı nüddan istifadə et. Dodaqlarda parlaq fuksiyadan istifadə edərək, zərif çəhrayı çaları ilə üzə yüngül qızartı vermək olar. Bu, üzü təravətləndirir!
Ənlik dodaq boyası ilə necə dostluq edir
Şərab çalarları, bordo, qəhvəyi dodaq boyası çalarları şaftalı ənliklə birləşdirin. Onları incə, demək olar ki, çəkisiz qatla çəkin, onlar üzə yüngül çalar verəcək və diqqəti dodaqlardan yayındırmayacaq.