Qoy dəri parlaq olsun!
Dərinin keyfiyyəti — bu, həmsöhbətlərimizin fikir verdiyi ilk şeydir, buna görə də parlaq üz rəngi özünə tam əminliyi təmin edir. Əgər istəyirsənsə ki, dəri daxildən parlasın, bunun üçün yaxşı qulluq vacibdir. Serumları öz gündəlik byüti-qulluğuna əlavə et, əgər hələ bunu etməmisənsə: onlar dərinin dərin qatlarına aktiv inqrediyentlərin konsentratlaşdırılmış dozasını çatdırır, onların faydası açıq-aydındır və artıq bir neçə istifadədən sonra nəzərə çarpır.
Dərinin sözün əsl mənasında parlaq olması üçün nəmləndirməyə və dərhal dəyişməyə hədəflənmiş və ya dəri tonunu açmaq üçün və qırışları daha az nəzərəçarpan etmək üçün kollagen istehsalını artıran serum seç. Əlavə effekt üçün sürətli üz masajını et, o mikrosirkulyasiyanı gücləndirəcək və şişkinliklərin öhdəsindən gəlməyə kömək edəcək.
Haylayter əlavə et
Makiyajda parlaqlığın dərhal effekti üçün haylayter cavab verir və biz kremli olanı məsləhət görürük: o, dəri ilə birləşərək maksimum təbii görünür. Məhsulu birbaşa barmaqlarınla çək: onların istiliyi teksturanı yaymağa və daxildən parlayan dəri effektini yaratmağa kömək edəcək. Ziyafət çıxışın olacaqsa dərinin açıq sahələrinə parlaqlıq verməyi unutma. Maye haylayterin bir neçə damcısını sevimli bədən kremi ilə qarışdır və çiyinlərə, körpücük sümüklərinə, əllərə, dizlərə çək. Parlaq görünüşü tamamla: parıldadıcının köməyi ilə dodaqlarda parıltı yaratmağı unutma.
Öz ətrafında unudulmaz ətir aurası yarat
Hər bir ulduzun öz sirri var – və həyəcanlandırıcı ətir sənin imicini işıqla dolduracaq özündən sonra unudulmaz aromatik təəssürat yarada bilər! Hər addımda parlaqlıq saçmaq üçün inkaredilməz ulduz keyfiyyətlərinə malik parfüm seç. Divine Exclusive parfüm suyu eksklüziv Shining Star akkordundan (bu isə parlaq çiçək notları və ağac paçulisi deməkdir!) və 5 metrdən çox uzunluğa malik unudulmaz ətir şleyfi qoymaq üçün sınaqdan keçmiş Long Sillage texnologiyasından istifadə edərək yaradılmışdır! Onun davamlı finiş təsiri çıxışını həqiqətən unudulmaz etmək üçün nəzərdə tutulmuşdur, Divine Exclusive ilə sən həmişə diqqət mərkəzində olaraq parlayacaqsan. Zərif ətir parlaq Swarovski® kristalları ilə bəzədilmiş qlamur flakona qablaşdırılıb; onu hər dəfə əlinə götürəndə özünü həqiqətən də məşhur kimi hiss edəcəksən.
Özünə inan
Əslində, parlaqlıq özünə inamdır. Özünü xoşbəxt hiss edəndə, sən həqiqətən daxildən parlayırsan. Səmimi olaraq səni dəstəkləyən dostlarına tez-tez zəng et, özünə qulluq göstər, kifayət qədər yatmağı vərdiş et, daha çox gülümsə və öz nailiyyətlərini qeyd et.