5 DƏQİQƏ: DEDLAYN ÇƏRÇİVƏSİNDƏ
İşdən taqətsiz gəlmisən, paltarını dəyişmədən divana əyləşmisən və yuxuya getməyincə instagramı səhifələyirsən? Başqa ssenarini yoxla: evə daxil olan kimi duş qəbul etmək üçün hamama keç və günün bütün yorğunluğunu su ilə yu getsin.
Adi duş üçün gel əvəzinə yağ istifadə et: o su ilə kontakt zamanı kremli köpüyə çevrilir və incəliklə dərini təmizləyir. Yüngül masaj et və tam rahatlığı təmin edən gül-sulu ətirdən həzz al. Proseduru bədən üçün qidalandırıcı krem-yağ ilə tamamla və bitki çayı iç, telefon əvəzinə isə çarpayına kitab götür. Bax bu başqa məsələ!
15 DƏQİQƏ: ÖZƏL HADİSƏ
Vacib görüşə hazırlaşırsan? Cəmi 15 dəqiqəyə stressdən qurtulub gözəl bir gün keçirməyinin yolunu göstəririk.
Adi duşa dəri qabığının yüngül soyulmasını əlavə et, prosesi sürətləndirmək üçün isə skrabı xüsusi masaj sabunu ilə əvəz et. O, fakturalı səthi və skrablayıcı hissəcikləri sayəsində dərinə hamarlılıq və yumşaqlıq verəcək. Tez və eyni zamanda intensiv nəmləndirmə üçün yağ istifadə et: o dərini bərpa edəcək, parlaq edəcək və heç bir yapışqanlıq hissi olmayacaq.
1 SAAT: QOY HAMI SƏNİ GÖZLƏSİN
Nəhayət ki, sən özün ilə təklikdə vaxt keçirmək qərarına gəldin. Evdəkiləri gəzintiyə yolladın, telefonu söndürdün və hamam otağına keçdin - əla! Bəs sonrası?
İsti vannadan başla: suda bir neçə damcı xüsusi rahatlayıcı vasitəni həll et. O, su ilə kontakt zamanı incə yumşaldıcı südə çevrilir və otağı lavandanın ətiri ilə doldurur. Sənə məhz bu lazımdır! Unutma: ürəyə artıq gərginlik verməmək üçün isti vannada maksimum 20 dəqiqə keçirmək icazə verilir.
Tərlədilmiş və yumşaldılmış dərinə duzlu skrab çək. O, olmüş hüceyrələri siləcək, yüngül masaj sayəsində əzələ gərginliyini aradan qaldıracaq və dərini maksimal dərəcədə yumşaldacaq.
REDAKSİYANIN SEÇİMİ
Yenilənmiş “Isveç SPA salonu” seriyası rahatlıq verir və bütün duyğularımıza təsir edir. Teksturası dəri və ya su ilə toxunma zamanı transformasiyaya uğrayır və taktil həzz bəxş edir, dəniz mehi notlu gül-sulu ətiri beyini təravətləndirir, gözəl bankalar isə göz oxşayır və əsl İsveç SPA-salonunun ab-havasını yaradır.