1. QİDALANDIRMA VƏ TƏMİZLƏMƏ
Xüsusi şampun və kondisioner olmadan nazik saçlara həcm vermək mümkün deyil. Ağırlıq vermədən saçların təmizləməsinə, bərpa edilməsinə və qidadandırılmasına köməklik göstərən bu iki vasitəni birlikdə istifadə etməyin gərəkdir. Nəticədə saçların sıxlıq və dayanıqlı həcm qazanacaq.
2. FENLƏ SAÇ DÜZÜMÜ
Bu zəruri prosedurdur. Effektin korlanmaması üçün termomüdafiə vasitələrindən istifadə etməyin çox mühümdür. Öz əhəmiyyətinə görə ikinci yerdə daraq dayanır. Sən dairəvi daraqdan istifadə edəcəksən. Və nəhayət, bacarıq. Saçını tellərə ayır və uclarını lazımi istiqamətdə buraraq telləri növbə ilə qurut.
3. MÜHÜM DETALLAR
Hər şeyi düzgün etmisən, lakin ertəsi gün saçlarının görkəmi ürəyincə deyil? Saçların çox həlimdir, onlarda tekstur çatışmır? Quru şampundan istifadə et. O ani olaraq saç kökərinin yağlılığını götürür, saçlara həcm, təravət və sıxlıq verir. Quru şampunu saça necə vurmalı? Flakonu silkələdikdən sonra onu saç kökləri istiqamətində, saç köklərindən 20 sm-lik məsafədən tozlandır. İlk növbədə şampunu saçların kökünə, sonra isə saçların özünə vur.
4. MÖCÜZƏ YARAT
Saç kökləri əla görkəmdədir: həcmli və gözəl. Sənə çox məxfi bir sirr açmaq istəyirik: saçlarının burulması üçün 3d-şotkadan istifadə etsən, möcüzənin şahidi olarsan. O, telləri açmaqda sənə kömək edəcək, həcmli saç düzümü yaradacaq, saç uclarını buracaq və dalğalar yaradacaq. Bundan əlavə, o, fenlə qurutma prosesini asanlaşdırır, saçların zədələnmə ehtimalını isə azaldır.
5. QULLUQ VƏ MUHAFİZƏ
Effektin qorunub saxlanması və saçların mühafizəsi üçün onlara tərkibində nutriyentlər kompleksi olan çoxfunksiyalı CC-kremini vur. Onun 22 faydalı xüsusiyyəti var. Təkrar edirik: iyirmi iki. Onlardan bəziləri aşağıdakılardır: saç düzümünü asanlaşdırır, saç düzümünü ağırlaşdırmır, istənilən saç növünə yarayır, hamarlaşdırır, parlaqlıq bəxş edir və antistatik effekt verir. İstifadəsi asandır: vasitənin kiçik hissəsini (noxud ölçüsündə) ovcuna vur, ovuclarını bir-birinə sürt və qurudulmuş saçlara vur. Saçlarının ortasından uclarınadək. Nəticədən həzz al!