Kosmetikanı onlayn necə almaq?

Onlayn-şoppinq getdikdə daha da məhşurlaşır. Lakin heç vaxt internet vasitəsilə alış-veriş etməmisənsə necə? Cavab — bizim bələdçimizdə.

DƏRİ ÇALARINI TƏYİN ET
Makiyaj əsasları (tonal əsas, konsiler və ya digər məhsullar) aldıqda dəri çalarını təyin etmək əsas məsələlərdən biridir. Onun yay mövsümündə qaralmasına və ya aknelərin çıxmasına baxmayaraq eyni qalır. Dəri çaları ilıq, soyuq və ya neytral ola bilər. Onu dəri rəngindən müəyyən etmək mümkündür. 
Dəri çalarını necə bilmək? Ən məhşur qayda — damarlarının hansı rəngdə olduğuna baxmaqdır. Əgər onlar mavi və ya bənövşəyi rəngdədirlərsə, deməli dəri çaların soyuq rəngdir. Üzərində "çəhrayı", "qırmızı" və ya "bronz" rəng yazılan vasitələri seç. Damarların yaşıl rənglidirlərsə üzərində "qızılı", "şaftalı" və ya "ballı" rənglər yazılan məhsulu seç. Bu rənglər ilıq çalrlı dəri rəngləri üçün nəzərdə tutulub. Neytral dəri çaları — ilıq və soyuq tonların qarışığıdır. Bu dəri çalarına malik insanlar makiyajda istənilən rəngdən istifadə edə bilərlər. 

Dəri çalarının müəyyən olunması sənə hansı rənglərin daha çox yaraşmasını da müəyyən edə bilər. Soyuq çalarlar gümüşü bəzək əşyaları ilə, ilıq çalarlar isə qızılı bəzək əşyaları ilə əla uyğun gələcək. 

DƏRİ NÖVÜNÜ BİL
Onlayn sifarişlər etdikdə dəri növünün də öyrənilməsi mütləqdir. O nəinki sənə uyğun gələn məhsulun növünü, hətta onun xüsusiyyətini belə açıqlaya bilər. Məsələn, BB-krem akneyə meyilli dəri üçün yaxşı seçimdir, lakin tonal əsas üz qüsurlarını daha yaxşı gizlətmə xüsusiyyətinə malikdir. Nəmləndirici vasitələr quru dəriyə əla təsir göstərir, yağlı dərinin də digər məhsullara ehtiyacı var. Hər hansı bir nəticəni əldə etəmişdən öncə dərini xüsusiyyətlərini yaxşı öyrənməlisən.  

BYÜTİ-TERİNLƏRİ ÖYRƏN
Məhsulların onlayn-yazısı sən düşündüyündən də faydalı ola bilər. Onlar sənə məhsulun xüsusiyyətləri və testuru haqda çoxlu məlumat verə bilər. əhz ona görə də yeni məhsullar haqqında informasiyanı oxumağa və ya yeni terminləri öyrənməyə vaxt ayır. Məhsulların kateqoriyalar və özləri arasında fərqləndirməyi öyrən. Məsələn, maye dodaq boyası və parıltılı dodaq boyası arasında fəqr nədədir? Həmçinin bronzer və ənlik arasında fərq? Nə qədər çox məlumatlı olarsansa onlayn alışların bir o qədər uğurlu olar!  

HARDA AXTARDIĞINI BİL
Sən məhsulu almamışdan öncə istifadə edə bilmirsən. Ancaq məyus olma! Yeni texnologiyalar əsrində bu edə biləni tapacağına əmin ol! Məhsulları istifadədə görmək istəyirsənsə sənə instagram və Youtube kanalına baxmağı tövsiyə edirik. Burada sən müxtəlif byüti bloqerlərin təlimatları, tövsiyələri və fikirləri ilə tanış ola bilərsən.  Sən nəinki hər hansı bir məhsulu üzündə necə göründüyünü bilə bilərsən, hətta xüsusi teqləri axtarmaqla bəzi makiyaj fəndlərinə nail ola bilərsən. 

TANIŞLIQ: MEYKAP ŞOURUM MOBİL ƏLAVƏSİ
Alışdan əvvəl kosmetik məhsulun dəridə necə qaldığına baxmaq istəyirsən? Biz də bunun həlli var! Sadəcə olaraq bizim Meykap Şourum əlavəsini yüklə. Mobil əlavənin köməkliyi ilə sən istənilən məhsulu smartfonunun ön kamerası vasitəsilə virtual olar üzündə görə bilərsən. Həmçinin əlavə sənə altı müxtəlif təzlər təklif edəcək. Hətta bu aktual tərzlərdən istifadə edərək şəklini çəkə və dostlarınla bölüşərək onların fikirləeini öyrənə bilərsən. Rahat və maraqlı!

MƏSLƏHƏTÇİYƏ MÜRACİƏT ET
Bu da kömək etədisə — mütəxəssislərdən soruş! Orifleymin peşəkar gözəllik Məsləhətçiləri məhsullar haqqında kifayət qədər məlumata malik olaraq üz dəriyə uyğun olan məhsulları tövsüyə edə bilərlər. Hələ də Məsləhətçin yoxdursa bu linkə keçid et.








Mətn: Şəkil: Getty Images