Oriflame "Meykap Şourum" əlavəsini təqdim edir
Oriflame, dünyanın ən dinamik inkişaf edən birbaşa satış şirkətlərindən biri olub fəxrlə smartfonlar üçün tətbiq olunan "Meykap Şourum" əlavəsini təqdim edir.
Oriflame şirkətinin yeni əlavəsi virtual güzgü prinsipi ilə yaradılaraq The One brendinin dekorativ kosmetikasını real zamanda istifadə etməyə imkan verir.
Artıq göz kölgəsinin rəng çalarını və ya dəriyə necə yayılmasını bilmək üçün əlin üst hissəsinə çəkərək “test etməyə” ehtiyac yoxdur! İndi The ONE brendinin tuş, göz kölgəsi, ənlik və ya maye göz kölgəsini mobil telefonun ön kamerasına baxaraq virtual şəkildə üzünüzə çəkə bilərsiz.
Kosmetikanı sevir və dəb trendlərini izləyirsənsə, “ Makeup Showroom” sənə kosmetikanın mükəmməl çalarını seçməyə, yeni parlaq üslubu sınamağa, həmçinin bu obrazın yaradılması üçün lazım olan məhsulları dərhal almağa imkan yaradacaq. Oriflame Məsləhətçisisənsə, əlavə sənin müştərilərlə münasibətini daha yüksək səviyyəyə çatdıraraq dekorativ kosmetika satışında güclü alətə çevriləcək.
“Meykap Şourum” – gözəllik salonu və kosmetika mağazasının mobil telefonunda cəmləşməsidir. əgər siz Oriflame Məsləhətçisisinizsə əlavə sizə müştərilərlə ünsiyyət qurmağa və onlara The One brendinin keyfiyyətli kosmetikasını təqdim etməyə imkan verəcək. Lakin Oriflame Məsləhətçisi deyilsinizsə onda müxtəlif kosmetik vasitələrə yoxlatya və ya onların rəngləri ilə üksperiment apara bilərsiniz və bəyəndiyiniz məhsulu Məsləhətçinin köməyi ilə , yaxud Oriflame saytında qeydiyyatdan keçərək əldə edə bilərsiniz.
"Meykap Şourum": yoxla, həzz al və bir klikə al!
2016-cı ilin fevral ayında “Meykap Şourum” Best Mobile App Awards –ın Best Social/Lifestyle App (ən yaxşı layfstayl-əlavə) kateqoriyası üzrə gümüş mükafata layiq görülüb. Mükafatlandırılma 2012 ildən indiyənə qədər təqdim olunur. Peşəkar münsiflər heyəti mobil əlavəni uğurlu olduğundan digərlərindən fərqləndirmişdir.
Əlavəni indi yüklə!