1. MƏN HƏR ZAMAN ÖZÜMLƏ GÖTÜRÜRƏM, VƏ YA PRAYMER NİYƏ LAZIMDIR
İlk öncə praymerdən istifadə et. O, bazanı yaradacaq, davamlılığı artıracaq və kölgələri və ənliyi yuvarlanmadan qoruyacaq. Köləgələrin və ənliyin quru yaxud nəm üsulla çəkilməsi önəmli deyil - bu formul universaldır. Biz The ONE göz qapaqları üçün praymeri tövsiyə edirik.
Bir-iki qayda: praymeri barmaqların ucları ilə göz qapağının bütün səthinə çək və qaşlara tərəf tuşla. İstifadədən öncə əllərini yumağı və qurutmağı unutma!
2. RƏNGDƏN QORXMA
İndi isə düzgün çalar seçimi haqqında danışaq. Optimal nəticə üçün sənə dörd çalar lazım olacaq: ən tünd, ən açıq, orta və parlaq. Amma kim deyir ki, bundan daha çox istifadə edə bilməzsən?
Məsələn, The ONE göz qapaqları üçün refil kölgələri: parlaqdan tutmuş mat olanlara kimi həm quru, həm nəm tətbiq üçün nəzərdə tutulmuş və 15 saatadək qalıcı olan 13 yüksək piqmentli çalar var. Onun köməkliyi ilə səhər, gündüz və axşam görünüşləri yarada bilərsən. Kölgələrin trio, kvartet və sekstetini seç və onunla The ONE Make-up PRO (böyük və ya kiçik) maqnit paletini doldur və peşəkar vizajist kimi görünüşlər yarat.
PALETİ NECƏ YIĞMAQ OLAR
1. Refil kolleksiyasından kölgə çalarlarını seç - üç, dörd və ya altı. Həmçinin sən The ONE Make-up Pro mərmər ənliklərinin üç çalarını seçə bilərsən - “Çəhrayı”, “Terrakot rəngi”, “Şaftalı rəngi”. Bunların hamısı müxtəlif dəri tonları ilə uyğundur və bir-birinin üzərinə çəkilə bilər.
2. Kölgələrin və ya ənliyin maqnit refilini palet (böyük və ya kiçik) daxilində fiksasiya et. Onların hər birində güzgü, böyüyündə isə - kölgələr üçün ikitərəfli applikator-fırça da var. Çalarları dəyişmək və paleti yeniləmək üçün refilləri çıxar.
3. Doldurmanı istədiyin qədər dəyişə bilərsən. Yeni görünüşləri yaratmaq üçün 16 fərqli çalarlı refillərin var.
3. DÜZGÜN ŞƏKİLDƏ İSTİFADƏ ET
İndi isə necə tətbiq edilməsi haqqında. Parlaq teksturaları göz qapağının hərəkətsiz hissəsinə və qaşüstü tərəfə, mat olanları - göz qapağının hərəkətli hissələrinə. Tünd çalarları gözün xarici küncünə və ya üst kipriklərinin xətti boyunca tətbiq edirik. İdeal tuşlamaya nail olmaq vacibdir.
Modelin makiyajında biz istifadə etmişik: rənglər incə keçid əmələ gətirdiyi tərzdə gözlərin küncündə “Tünd qəhvəyi” çalarını və göz qapağının bütün hərəkətli hissəsində “Dolğun mis” (33681). Gözün daxili küncündən göz qapağının ortasınadək “Çəhrayı qızıl” və “Mirvari çəhrayı” ilə tuşladıq, qaşüstü hissəyə “Şaxtalı gümüş” çaları ilə parlaqlıq əlavə etdik.
Makiyajı təkrarla və ya yenisini yarat – yaradıcılıq üçün məhdudiyyətlər yoxdur!