Addım 1
DÜZ FIRÇA üzərinə GÜMÜŞÜ ÇALAR yığ və vurma hərəkətləri ilə göz qapağının ortasına tətbiq et. Fırçanı o tərəfə, bu tərəfə çəkmə - lazım olduqda daha çox məhsul əlavə edərək onu göz qapağına yumşaq şəkildə bas.
Addım 2
Fırçanı çevir və aplikator-süngər vasitəsi ilə gözün künclərinə PARILDAYAN BEJ ÇALARINI tətbiq et: o, baxışı aça bilər və ona təravət verə bilər.
Addım 3
Dram əlavə et! Məsuliyyətli an: elə həmin düz fırça ilə qara kölgələr yığ, artıq piqmenti silkələ at və gözlərin xarici künclərinə tətbiq et. Nəfəs almağı unutma! V hərfi şəklində qaraltı yaratmağa çalış. Kölgələri az-az əlavə et və fırçanı artıq hərəkət etmədən göz qapağına bas - bu müvəffəqiyyətin əsas sirridir. Sərhədləri silmək və yüngül tüstülük effekti əldə etmək üçün təmİz fırça ilə yumşaq dairəvi hərəkətlərlə yay.
Addım 4
Alt kipriklərin xəttini gümüşü kölgələrlə vurğula və onları bir az aşağı yaymaqdan qorxma: belə etməklə sən vizual olaraq gözlərini böyüdəcəksən.
Addım 5
Finala yaxınıq! Baxışına qara qələm vasitəsi ilə daha da dərinlik ver: kipriklərin arasındaki boşluqları boya, yuxarı və aşağı hissəyə sürt. Tuş qaldı: ən həcmlİnİ seç və bir-iki qalın qat tətbiq et. Belə bir makiyajda, kipriklər nə qədər parlaq, o qədər yaxşı!
Addım 6
Qaranlıq çalarlarlı dolğun makiyaj üzünü yorğun edə bilər: bunlardan qaçınmaq üçün gözlərin altındakı sahəyə konsiler əlavə et, yanaqların ortasına isə - isti çalarlı ənlik. Dodaqlara heç toxunma və ya incə qatlı neytral çalarlı dodaq boyası əlavə et: gözlərin diqqət mərkəzində olacaq.
Sadə, tez - və minlərlə layk alacaq selfi üçün hazırsan! Dərslərimizdəki makiyajı təkrarla və nəticəni #rəngdə və #OnColour xeşteqləri ilə paylaş.