1. DƏRİYƏ İSTİFADƏ ET
Əgər parfümunun uzun müddətli səslənməsini istəyirsənsə, tək ətri üstünüzə vurmaq yox, dəriyə çəkməyiniz məsləhət görülür. Bəs hara çəkmək lazımdır? Bu nəbzin vurduğu nahiyyələrdir — bilək, qulaq və ya boyun.
2. SAÇLAR VƏ YA GEYİMƏ İSTİFADƏ ET
Bədəninin temperaturu nə qədər çox olarsa, ətir bir o qədər tez buxarlanır. Təbiətcə qaynar insansansa ətri dərinizə deyil, geyim və ya saçlarınıza istifadə et. Zərif materiallı geyimlərdə isə ətir iz qoya bildiyi üçün onu dərinizə istifadə etmək tövsiyə olunur.
3. BƏDƏN LOSYONUNA ƏLAVƏ ET
Ətrin qoxusunun qalıcılığını artırmaq üçün onu qoxusuz bədən losyonuna əlavə et. Bir neçə damcı kremi əlinin üstünə çək, üzərinə ətir əlavə et, onları qarışdıraraq bələninə çək. Beləliklə sevimli ətir bütün günü səninlə olacaq!
4. AROMATİK VANNA DÜZƏLT
Günün sonu özünü əzizləmək istəyirsən? Vannanı isti su ilə doldur, ora bir neçə damcı parfüm və ya 3-4 dəfə tualet suyu püskürt. Əsl spa-qulluq hazırdır!