Sağlamlıq və saçların böyüməsi
Saç yağları bir çox üstünlüklərə malikdir: zərərin qarşısını alınmasından, elastiklik və gücü artırılmsına qədər, bu da nəticədə saç böyüməsinə səbəb ola bilər. Yalnız üstünlüklər!
Bu, necə işləyir? Yağlar saçları xarici təsirlərdən qoruyur, məsələn, fırça daraqla kobud daramaqdan və ya dəsmalla saçların qurudulmasından – əslində, bütün bunlar saç follikularına zərər vura bilər. Xoşbəxtlikdən, yağlar, onların formulundan asılı olaraq, saçlara fərqli təsir edir və məhz sənə lazım olan effekti gətirir.
"Daha ağır yağlar saçın xarici səthinə təsir edəcək, bu da xarici təcavüzkarlardan müdafiənin ilk xətti olacaq və hətta onları əlverişsiz ekoloji faktorlardan qoruyacaq"- kosmetik texnologiyalar üzrə mütəxəssisimiz Prunel Qarret danışır.
"Daha yüngül yağlar elastikliyi artırmaq və saçları içəridən gücləndirmək üçün saç quruluşuna daha dərindən nüfuz edə bilər"- Qarret deyir.
Əlbəttə ki, bir çox insanın saç yağlarını sevməsinin səbəbi təkcə onların böyüməsinin sürətləndirilməsi və müdafiəsi deyil. Məlumdur ki, onlar parıltını yaxşılaşdırır, saç düzümü salondan sonraki kimi görünür. Həmçinin, onlar üslub və qıvrımın davamlılığını artıracaq.
Saçına uyğun olan yağı necə seçmək olar?
İstənilən saç problemini həll etmək üçün təbii yağlar var, amma bizim bir neçə favoritimiz var. Saçların quru və ya zədələnmiş görünürsə və onların teskturasını yaxşılaşdırmaq istəyirsənsə, onda sənə daha ağır bir şey uyğun gələcək, məsələn,Eleo saç üçün bərpaedici gecə yağı. Saçların dərindən zədələnibsə və teksturasını dəyişdirmədən bunu düzəltmək istəyirsənsə, onda buğda ekstraktı ilə Love Nature kokos yağı və ya isti kokos yağı kimi yüngül yağlar xüsusi olaraq sənin üçün yaradılmışdır. Yağ həmçinin istənilən saç məhsulunun təsirini yaxşılaşdıra bilər, məsələn, kokos yağı və buğda ekstraktı ilə şampun yağlarla birlikdə daha çox qidalanma və nəmləndirmə bəxş edəcək.
Yağ seçərkən, xüsusi fəaliyyət göstərən məhsullara diqqət yetir. Əlbəttə, sən bütün bəlalardan kokos yağını çəkə bilərsən, amma, məsələn, kəpəklə mübarizə üçün daha effektiv təbii limon və nanə ekstraktları ilə Love Nature kəpəyə qarşı şampunolacaq.
Eleo saç üçün müdafiə yağı saç düzümündən əvvəl saçları müdafiə etmək və ya təzə boyanma təsirini uzatmaq üçün istifadə edilə bilər, Eleo saç üçün qidalandırıcı yağ nəmləndirmə və qidalanmanı təmin edir, parlaqlıq və parıltı bəxş edir.
Kondisioner və ya yağ - fərq nədədir?
Əgər sən artıq kondisionerdən istifadə edirsənsə, saç üçün yağdan istifadə etmək lazımdırmı? Əslində, onlar tamamilə fərqli işləyirlər: yağlar daha çox - saçların müalicəsi üçün olan vasitədir, kondisioner isə – bu, əsas qulluq vasitəsidir.
"- Qarret deyir ki, ""Saç üçün yağlar müəyyən kiçik sahələrə tətbiq oluna bilər, ancaq kondisionerin istifadəsi daha ümumi xarakter daşıyır. Əgər hansısa bir sahə xüsusi diqqət və gücləndirilmiş qulluq tələb edirsə, məsələn, zədələnmiş uclar, yağ və ya serum bu sahəyə əlavə qayğını təmin edəcək".
Yağları necə istifadə etmək lazımdır?
Yağlar saç baxımı ritualının müxtəlif mərhələlərində istifadə edilə bilər:
• Başın yuması ərəfəsində gecə proseduru kimi: saçları doydurmaq və bütün faydalı maddələrə necə lazımdır hopmağa imkan vermək üçün onlara daha çox yağ vur. Səhər saatlarında saçını yuduğun zaman, şampun artıq yağları aradan qaldıracaq, lakin qalıqlar əlavə kondisionerləşmə effektini yaradacaq. Bu halda şampundan sonra kondisioneri buraxmaq olar. Amma bu prosedur çox tez-tez edilməməlidir ki, saçlar həddindən artıq dolmasın. Optimal tezlik: həftədə bir dəfə.
• Saç üçün serum qısmində: sən dəqiq problemlərin həlli üçün müəyyən sahələrə yağ vura bilərsən. Bu prosedurda heç bir məhdudiyyət yoxdur, saçlarının tələb etdiyi qədər bunu tez-tez edə bilərsən. Əllərə bir neçə damcını vur və ovuclarda ovuşdur, və sonra səliqəli şəkildə saçlara vur.