Makiyajsız makiyaj
Təmiz, parlayan dəri həmişə dəbdədir, amma lokdaundan sonra sosial şəbəkələr bu trend ilə partladılar. Və biz geri qalmırıq! Müasir "makiyajsız makiyaj" sadəcə çox səy tələb etmir, həm də məhsullara qənaət edir və bu, həm planet, həm də cüzdanın üçün pis deyil.
Əgər əvvəllər "təbii" görünüşə nail olmaq üçün bir ton konsiler və haylayterlər çəkərək saatlarla güzgünün qarşısında durmaq lazım idisə, bu mövsümdə sadəcə öz dərinin gözəlliyini bir neçə xırda ştrixlə vurğulamaq tələb olunur. Praktikada bu, onu yaxşıca və müntəzəm olaraq nəmləndirmək, xırda nöqsanlara qulluq göstərmək, tonu düzəltmək və əlbəttə ki, parıltıya nail olmaq deməkdir. Təbii ki, yaxşı qulluq istənilən makiyajın əsasında durur, lakin bu gün məhz "çılpaq" dəri keyfiyyəti ön plana çıxır. Və məhz bunun üçün hibrid kosmetikanı - makiyaj effekti ilə dəriyə qulluğu icad ediblər.
Waunt ilə buna necə nail olmaq olar:
Gecə maskası
Belə bir fürsəti yataraq qaçırma! Gecə maskaları gecə kremlərindən daha maraqlıdır: onların formulları elə tərtib edilib ki, dəridə daha uzun müddət qalsın, üstəlik onlar çoxlu əlavə xüsusi effektlərə malikdir. Waunt "Yenilənmə effekti" üz maskası dərini çox zərifcə aşındırır və tonu bərabərləşdirməyə kömək edir. Yatmazdan əvvəl çək, və səhər artıq öz təravətli və parlaq üzündən zövq al. İlk addım atıldı!
Təmizləyici balzam
Əsasların əsası - tıxanmamış məsamələr və makiyaj qalıqlarısız yaxşı nəmləndirilmiş və təmizlənmiş dəri. Üz yuma üçün bir çox vasitə dərini quruda bilər, lakin üz üçün Waunt "Gözəlləşmə effekti" təmizləyici balzambelə deyil! Başlanğıc üçün, onda heç bir surfaktant yoxdur (təmizləyici komponentlərin növü), hansılar ki, heç də həmişə dəriyə qarşı yaxşı deyil. Zəngin kremli formul dəridə əriyir və dərini qidalandıraraq sözün əsl mənasında bütün çirklənmələri əridir.
Gözətrafı dəri üçün stik
Konsiler - bu, yaxşıdır, bəs matlaşdırıcı toz və yüngül işıqlandırma ilə rəngi açan gözətrafı dəri üçün krem haqqında nə demək olar? O, işığı əks etdirir, eyni zamanda gözlərin ətrafındakı dərini nəmləndirir və gözlərin altında göyərməsiz tam təbii təravətli baxış effekti yaradır.
Toner-mist
Yaxşı təmizlənmədən sonra dərini nəmləndirməyin əsl vaxtıdır! Üz üçün "Parlaqlıq effektli" toner-mist dərinə daha çox nəmləndirmə dolğunluğu və istədiyin parlaq görünüşü verir. Və onu maksimal olaraq rahat istifadə etmək olur - cəmi bir-iki ştrix edərək sən istənilən vaxt ondan təravətlənə bilərsən.
Krem-gel
Sən axı düşünmürsən ki, biz nəmləndirmə ilə qurtardıq? Mükəmməlliyə nail olmaq üçün, dərini mümkün qədər aktiv şəkildə nəmləndirmək lazımdır - belə ki, üz üçün Waunt "Dərhal nəmləndirmə effekti" krem-geli çıxarırıq. Onun zərif teksturası sadəcə epidermisə nəm əlavə etməyəcək, həm də onu içəridə saxlayacaq, belə ki, bir damla belə boş yerə sərf olunmayacaq!
Və nəhayət baza
Final ştrix: dərinin teksturasını düzəldirik, qeyri-bərabərlikləri düzəldirik, əgər onlar hələ də qalıbsa, lazımsız parıltını azaldırıq və yenə də nəmləndiririk. Heç bir yağlı parıltı olmadan – "Bərabərləşdirici effekt" makiyajaltı bazası dəriyə sənin "makiyajsız makiyajını" tamamlayacaq və səni trendlərin qəhrəmanı edəcək məhz həmin nəmli işıqlandırmanı bəxş edəcək.