Başlıq: Addim-addim təlimat: Ombre effektli manikür

Ombre trendi bir neçə mövsüm dəbdən düşmür və mövqelərini itirmir. Bu manikür ilk baxışdan çətin görünə bilər, lakin bizim təlimatı oxumaqla səndə mütləq alınacaq!

1. BAZA RƏNGİNİ ÇƏK
Baza rəngindən başla - onun üzərində qradiyent daha parlaq görünəcək. Biz ağ rəngdə baza seçdik.

2. SKOTÇDAN İSTİFADƏ ET

Dırnaq boyasının dərinə düşməməsi üçün dırnaqın ətrafındakı dərini skotçla yapışdır.

3. SPONJU HAZIRLAMAQ

Tonal əsas üçün təmiz sponj istifadə et. 3 rəngdə dırnaq boyası seç. Rənglər bir birinə uyğun olmalıdır. Dırnaq boyalarını eyni ölçülü yaxmalarla (rənglər azca bir birinin üstünə çıxa bilər) sponjun ucuna çək. Çalış çox iri olmasın - boyalı sponjun sahəsi dırnağınn ölçülərinə uyğun gəlməlidir.

4. YARAT!
Sponju dırnağın dibinə paralel sürtərək partıldayıcı hərəkətlərlə dırnaq boyasını çək. Məqsədin çalarların səlis keçidini təmin etməkdir. Bir neçə dəfə təkrar et və layların tam qurumasını gözlə.

5. QORUYUCU LAYI ÇƏK

Qoruyucu skotçu dəridən yığışdır və dırnaqlarına şəffaf boya çək. Tələb olunarsa, teksturanı düzəltmək üçün bir neçə lay çəkə bilərsən. Dırnaq boyasının tam qurumusanı gözlə. Sənin dəbli manikürün hazırdı!

 

Mətn: Şəkil: Con Baddi/ Krosbi