Sadə addımlardan başlayaq. Parıltılı göz qələmi makiyaja qeyri-adilik qatır. İlk baxışdan adi makiyajdan seçilmısı də müəyyən qeyri-adilik yaradır. Bizim isə daha çox mettal effektli göz qələmlərindən xoşumuz gəlir. Qeyd edək ki, bu mövsümdə bu çalar olduqca dəbdədir.
2. PARILTILI GÖZ KÖLGƏSİ: PARILTI ƏLAVƏ ET
Sənin seçimin — klassikadır. Dolğun tünd və əlvan karamel çalarları seçərək makiyajı yeniləyin.
3. PARILTILI TUŞ: EFFEKTİ ARTIRMAQ
Gözlərinin böyük brilyantdan da çox parıldamağını istəyirsənsə, parıltılı tuşdan istifadə et. Hamının valeh olacağına zəmanət veririk.
4. PARLAQ DODAQ BOYASI: APOFEOZ
Parıldayan dodaqlar — əsl çağırışdır. Bu cür makiyajın saysız variantı mövcüddur. Hamısı sənin nə dərəcədə parlaq görünmək istəyindən asılıdır. Parlaq effektli dodaq boyası, parıltı seç və ya maye dodaq boyasının içinə parıltı əlavə et. Bunların hamısı sənin nə qədər yaxşı görünmək istəməyindən asılıdır.
4. QAŞLARDA
Bəli, sən səhv anlamamısan, qaşlarına da parıltı əlavə et. Bu cür makiyaj səni digərlərindən fərqləndirərək səni Byüti-quru səviyəsinə qaldıracaq. Parıltını qaşlar üçün gel-kondisionerin içinə əlavə edərək qaşlarına çək və yaxud qaşlarının formasını vuğulamaq üçün qaşların altından xətt formasında çək.