Manikurda edilən beş səhv

Professional manikür etmək üçün sənə heç də neyl-artda dimlomlaşmış mütəxəssis olmağa ehtiyac yoxdur. Lakin əsas qaydaları bilsən daha yaxşı olar. Biz manikurda edilməsi lazım olmayan beş əsas səhvdən danışacayıq.

1. DIRNAQLAR ÜÇÜN BAZADAN İSTİFADƏ ETMİRSƏN
Manikür üçün baza — tonal əsas üçün praymer prinsipini daşıyır. O dırnağın üst qatını hamarlaşdıraraq dırnaq boyasının daha rahat çəkilməsini təmin edir. Lakin bu hələ son deyil. Məsələ burasındadır ki, dırnağın üst qatı xarici təsirləri qəbul etməmək üçün təbii yağ hazil edir. O da öz növbəsində dırnaq boyasının dırnağa yaxşı hopmasına əngəl törədir. Belə ki, dırnaq bazasından istifadə xüsusi yağın qarşısı alır və dırnaq boyasının dırnaqdan qalmasına yardımçı olur. Həmçinin bazadan istifadə sənin sevimli dırnaq boyanın uzun müddət qalmasına təsir edir. 


2. DIRNAQLARINI DÜZGÜN BIÇQILA
Əgər dırnaqlarını axtaya və önə hərəkətlərlə bıçqılıyırsansa bu dırnağın təbii qatının korlanmasına təsir edə bilər. Ona görə də dırnaqlarını mütləq yalnız eyni istiqamətdə, yuxarıdan aşağıya lazım olan formaya gətirənə qədər bıçqıla. 

3. KUTİKULLARI KƏSİRSƏN
Kutikulları arxaya çəkirsən — bu normaldır. Lakin onları kəsmək qaydaları pozmaq deməkdir. Kutikul nədir? Kutikul – dırnaq plastininin bakterialardan müdafiəsi üçün nazik təbii qatdır. Ona görə də onu kəsdikdə, bir müddət sonra o yenidən əvvəlki vəziyyətinə qayıdır. Kutikulların qayğısına qalmaq  və kəsildikdə ağrı hisslərini aradanq aldırmaq üçün qidalandırıcı kremdən istifadə etməyi tövsiyə edirik. Həmişə kutikulların yumşalması üçün balzamdan istifadə et. 

4.DIRNAQ BOYASINDAN ÇOX QAT ÇƏKİRSƏN
Qalıcı manikürun sirri — nazik qat dırnaq boyasıdır. Çox qalın qat dırnaq boyası çəkirsənsə manikür çox tez qopa bilir. İki qat — ən optimal variantdır. 

5. DIRNAĞIN UC HİSSƏSİNƏ ÇƏKMİRSƏNSƏ
Dırnaq boyası çox vaxt dırnaq ucluğundan qopur? Tanış hadisədir. Hətta müdafiə qatının çəkilməsi də kömək etmiyəcək. Belə etməyi sına: dırnaq boyasını çəkdikdən sonra ucluqlarına da çək. Bir-neçə gündən sonra bunu yalnız müdafiəedici dırnaq boyası ilə təkrarla. Bu dırnaq boyasının uzun müddət qalmasına kömək edəcək. 


Mətn: Şəkil: Kristine Wreyford, Victoria Stillwell Hair & Makeup: Åsa Östergren