Redaktorun seçimi: endirim elmi

Endirim mövsümü ən qaynar dövr yaşayır. Lakin çox vaxt meqaendirimlər arxası ilə qaçdıqda lazımsız malların alıb yığdığımızın şahidi oluruq. Bunları bitirmək vaxtıdır! Endirimlərdən ağılla istifadə etməyin sirlərindən danışacayıq.

SƏNƏ NƏ LAZIM OLDUĞUNU ÖYRƏN

Hər hansısa endirimdən yararlanmamışdan öncə onun həqiqətən də sənə lazım olub olmadığını düşün. Xüsusilə də əgər söhmət makiyajdan gedirsə. Öz meykap kolleksiyanda reviziya keçirt: uzun müddət istifadə etmədiyin, istifadə tarixi keçmiş və sənə lazım olmayan kosmetikaları zibil qutusuna yolla. Daha sonra qalan kosmetikanı gözdən keçir və nəyin çatmadığını nəzərə al. Sənə həqiqətən lazım olan kosmetik məhsulların siyahısını tərtib et. Bu qayda lazımsız alıçların qarşısını alır. 


DİQQƏTİNİ YÖNƏLT

Biz hamımız yeni rənglərlə eksperimentlər aparmağı sevirik, xüsusilə də endirim zamanı bütün rəng çalarlı dodaq boyaları və göz kölgələrini almaq istəyirik. Lakin biz sənə hər hansısa məhsulu almamışdan öncə düşünməyi tövsiyə edərdik. Sən həqiqətənmi  bu rəng çalarını bəyənirsən? Və ya digər? Daha bir çalar? Və bu? Əgər cavabınız “yoxdursa” – onda alış etməyin. Bu endirim deyil, sadəcə olaraq pul xərcləməkdir. Həmçinin tərəddüd etdiyin çaları istənilən vaxt bizim “Meykap Şourumda” sınaqdan keçirə bilərsiniz! 

MÜTƏXƏSSİSLƏRDƏN SORUŞ

Məhsullar arasında seçim edə bilmirsən? Orifleym Məsləhətçilərindən məsləhət al! Professional Orifleym məsləhətçiləri istəniulən məhsul haqqında ətraflı məlumat verə bilərlər! 

ONLAYN-TƏRZLƏRİ OXU

Hələ də əmin deyilsən? Onlayn tərzlər və istehlakçı rəylərini öyrən! Bu əldə edə biləcəyin obyektiv məlumatların, eləcə də məhsulun həqiqətən sizə uyğun olub-olmadığını öyrənməyin ən etibarlı mənbəyidir.

ƏSASI UNUTMA

Böyük endirimlərin məqsədi nəzəri özlərinə cəlb etməkdir. Lakin supertəklifləri də unutma: çox vaxt orda əsas xəzinələr gizlənir. 

MƏLUMATIN OLSUN

Orifleymin sosial şəbəkələrdəki abunəliyinə üzv ol və sən həmişə həqiqi təkliflərdən xəbərdar olacaqsan!


ÖZ SƏRHƏTLƏRİNİ TANI

Nə qədər pul xərcləyəcəyini əvvəlcədən düşün və bu məbləğdən qırağa çıxmamağa çalış. Heç bir kosmetik məhsul ayın sonunda pul kisəsinin boş olmasına dəymir.  

NƏ VAXT “YOX” SÖZÜNÜ DEMƏYİ BİL

Bəzi məhsullar heç vaxt endirimdə olmullar. Əgər sən üz dərisinə kompleks qulluq vasitələrini əldə etmək üçün Yeni il endirimlərini gözləyirsənsə, ola bilər ki, həmin məhsullar heç vaxt endirimdə olmasın. ən düzgün çıxış yolu tələb olunan məbləğı yığaraq tələsmədən istədiyin məhsulları almaqdır.  

 



Mətn: