İtaətsiz saçlar: Səliqəli saçların 7 sirri

Həyatı boyu itaətsiz saçlarla mübarizə aparırsan? Biz sənə onları səliqəyə salmağa kömək edəcəyik!

Saçlarının özlərini pis aparmağının, dolaşmağının, itaətsiz olmağının əsas səbəbi zədəli və quru saçlara xas olan zülal və yağ turşularının çatışmamasıdır. Saçların quruduqda, saç ucluqları solgunlaşır və codlaşır, bu da sənin saç düzümünün elektrikləşdirilmiş görsənməyinə səbəb olur. Rütubətli hava vəziyiyyəti daha da pisləşdirir.

Ancaq itaətsiz saçlar üzərində qələbə çalmağın yolu var.

1. Saçlarını həftədə bir-iki, maksimum üç dəfədən artıq yuma. Saç dərisi saçları yumuşaldan təbii yağ ifraz edir.  Ancaq hər dəfə şampun istifadə etdikdə sən onu saçından yox edirsən. Həmçinin çox isti sudan da qaçmalısan, çünki qaynar su saç dərisini qurudur.
 
2. Hər dəfə saçını yuduqda saç üçün kondisionerdən istifadə et, ayda bir dəfə isə nəmləndirici maskadan istifadə et. Həftədə bir dəfə istifadənin nəticəsi az olara, onda həftədə bir dəfə də istifadə edə bilərsən.

3. Saçlarını dəsmalla qurutduqda kobud hərəkətlərlə etmə. Bu onların da da itaətsiz olmağına gətirib çıxardır. Sadəcə olaraq saçından artıq nəmliliyi götürmək üçün pambıq dəsmalla saçlarını bağla. Həmçinin saçları qurutmaq üçün fendən istifadə etmə.

4. Yəqin ki, eşitmisən ki, yaş saçları daramaq olmaz. Ancaq bu prinsip quru saçlarda keçərli deyil. Əksinə saçlarının yaş olduğu vaxt nəmliliyi saxlamaq üçün iri dişli daraqlan




5. Əgər saçların buruq və saçqıranlıdırsa onda sənə seyrək dişli daraqdan istifadə etməyi məsləhət görürük. Əgər saçların düzdürsə onda təbii tüklü yumru şotkadan istifadə et.

6.Hər bir-iki aydan bir saçının uclarını kəsdir. Saçqıran əmələ gəlməyə qoyma.

7. Ən əsası isə saçlar üçün xüsüsi serrum və ya yağdan istidafə et. Biz sənə Eleo brendinin arqan və qızılgül tərkibli yağını məsləhət görürük. Yağı saçların ortasından çəkərək ucuna qədər onu yay. Məhz bu saçın orta hissələrindən saçın quruması başlayır.

Mane Kampos
Mətn: Şəkil: Shutterstock