Dərinin yaşı: güzgü nəyi deməyəcək?

20 ilə 30 arasında dərin gənc və möhkəm görünür, kiçik qüsurları və yorğunluq izlərini isə makiyajla asanlıqla gizlətmək olar - razısan? Cavab verməyə tələsmə və məqaləmizi oxu. Güzgüdə görə bilmədiyin proseslər var. Dərin artıq qocalır - bu barədə hələ bilməsən də.

Domino effekti
Pis ekologiya, yuxusuz gecələr, siqaret çəkmək, partilər və gərgin iş kimi pis vərdişlər - biz gənc ikən enerjimiz hədsizdir. Həyatdan zövq alırıq, səhərə qədər davam etmiş partidən sonra yenidən işə gəlirik və bizə elə gəlir ki, bunun heç bir nəticəsi yoxdur - amma dərimiz belə düşünmür. Güzgüdə hələ görünməsə də, stres yığılır və ilk bəhrələrini verir.

Bəli, vaxtı dayandıra bilmərik...
... ancaq dərinin gözəlliyinə və sağlamlığına düşündüyümüzdən daha güclü təsir edirik! Genetikaya məsələsidə əllərimiz bağlıdır - ancaq araşdırmalar göstərir ki, dəri yaşlanmasının xarici əlamətləri 80% gündəlik seçimlərimizdən asılıdır. Aktiv günəşdən qaçınmaq, balanslaşdırılmış şəkildə qidalanmaq və dəriyə qulluq etmək dərinizin mümkün qədər uzun müddət gənc qalması üçün ən sadə addımlar lazmdır.

Dərinə qulluq etməyə nə qədər tez başlasan, o, o qədər uzun müddət cavan qalacaq.
Gənc yaşdan gündəlik qulluq tonus itirmədən və dərin qırışlarsız  gələcəyə qoyulan vacib bir yatırımdır. Bu gün dərinə necə qulluq etdiyin ilk qocalma əlamətlərinin nə qədər tez göründüyünü təyin edir. Və bu, heç də çətin deyil! NovAge Skinergise kompleksli qulluq cəmi 2 dəqiqə çəkən dörd asan addımdan ibarətdir - səhərlər və yatmazdan əvvəl. Ən dolğun cədvələ belə əlavə edilə bilər! Qulluğun necə bir vərdişə çevriləcəyini heç hiss etməyəcəksən - və dəri hər gün bütün lazımi maddələri almağa başlayacaq.

NovAge Skinergise kompleksli qulluq dəriyə enerji və parlaqlıq verir, aqressiv mühitlərdən və erkən yaşlanmadan effektiv şəkildə qoruyur. Parlaqlıq 25 dəfə artır, nəmləndirmə 89% artır.

NovAge Skinergise bu, yalnız məhsullar dəsti deyil, həm də sənin dərinin ehtiyacları üçün xüsusi hazırlanmış qulluq qaydasıdır. Rahatlığın üçün dəriyə müntəzəm qulluğa başlamağa lazım olan hər şey toplanılıb - üz yumaq üçün gel-tonik, gözətrafı dəri üçün krem, serum və nəmləndirici krem (gecəgündüz kremi). Sübut olunub: kompleksli qulluq fərdi məhsullardan 7 dəfə daha effektivdir!

 

Dərinin erkən yaşlanmasına qarşı 10 layfxak: daha nə etmək olar?

● Siqaret çəkmə: bu, dərinin rəngini tutqun edə bilər

● Alkoqol istehlakını azalt: o, susuzlaşaya gətirib çıxarır və bu da qocalmanın ilk əlamətlərinin əmələ gəlməsini sürətləndirir

● Balanslaşdırılmış şəkildə qidalan: dərinin gözəlliyi üzərində tək xaricdən deyil, daxildən də işləmək lazımdır

● SPF ilə gündüz üz kremindən və geyimlə örtülməmiş bütün dəri nahiyyələrində bədən üçün sanskrindən istifadə et. Çimərlikdə və ya şəhərdə olmağının fərqi yoxdur - günəşdən qoruyucu krem vaxtından əvvəl foto yaşlanmadan qoruyacaq

● Kifayət qədər yat! Yaxşı gecə yuxusu dərinin bərpa olunmasına imkan verir: hüceyrələrin yenilənməsinin təbii prosesləri işə salınır, bu da dərini sağlam və gözəl saxlayır.

● Stresdən qaçın: kritik hallar kollageni parçalayan və beləliklə qırışların əmələ gəlməsinə səbəb olan kortizol hormonunun istehsalına səbəb olur

● Hərəkət et: mütəmadi idman stresi əla çıxarır, yuxunu yaxşılaşdırır və dərinizin daha sağlam görünməsinə kömək edir

● Su iç: kifayət qədər nəmləndirmə dərinin elastikliyi üçün vacibdir. Bu faydalı vərdişi özünüzə aşılamaq üçün əla bir səbəb! Başlanğıc üçün həmişə özünlə bir şüşə su gəzdir və hər saat kiçik bir qurtum iç.

● Üz maskaları haqqında unutma: zaman zaman dərinin əlavə nəmləndirmə dolğusuna ehtiyacı var, buna görə həftədə 1-2 dəfə parça və ya gecə maskasını et.

● Kompleksli qulluğu bir qaydaya çevir: NovAge Skinergise məhsulları ilə gündə cəmi 2 dəqiqəyə dərinə enerji, parlaqlıq, aqressiv mühitə və erkən yaşlanmaya qarşı effektiv qorunmanı bəxş edəcək.


Niyə NovAge?

Hər yaşda gözəl, baxımlı, parlaq dəri özünəinam hissi verir - bu nəticəyə hər biri xüsusi dəri problemlərini həll etmək üçün hazırlanmış NovAge kompleksli qulluq xətlərinin köməyi ilə əldə edilə bilər.

1. AgeReflectTM qlobal tədqiqatının nəticələrinə əsasən hazırlanıb

NovAge-in yaranması 900 qadının iştirak etdiyi innovtiv AgeReflectTM dəri yaşlanmasına dair araşdırmadan ilhamlanıb. Dərinin xarici yaşına nəyin təsir göstərdiyini təyin etmək üçün onun 23 xüsusiyyətini araşdırdıq. Nəticə, hər biri xüsusi dəri problemlərini həll etmək üçün hazırlanmış kompleksli qulluq xətlərinin yaradılması oldu.

2. Əsas - bitki kök hüceyrələri

NovAge məhsullarının effektivliyinin açarı unikal özünə məxsus bir inqrediyent oldu - bitki kök hüceyrələri. Hər ekstrakt 200 dəfəyə qədər sınaqdan keçirilib və çoxsaylı klinik tədqiqatlar məhsulların effektivliyini sübut etmişdi.

Onlar necə işləyirlər? Dəriyə xarici və daxili təcavüzkarlar təsir edir: ekologiya, yaşla əlaqəli dəyişikliklər, baxımsızlıq, ultrabənövşəyi radiasiya və s. Bu təcavüzkarların təsiri altında hüceyrələrin və hüceyrələrarası matriksin strukturu pozulur və zaman keçdikcə yaşlanma əlamətləri dəridə aydın görünməyə başlayır. Hər NovAge xəttindəki bitki kök hüceyrələri aqressiv xarici və daxili amillərin təsirini neytrallaşdırmağa kömək edir. Hər xətdə qabaqcıl texnologiyalarla birləşərək onlar dərini qoruyur və yaşlanma proseslərini ləngidir, onun gəncliyini bərpa edir və həqiqi potensialını açmağa kömək edir.

3. Coğrafiyamız

Alimlərimiz öz tədqiqatlarını və məhsulların yaradılmasını Stokholmda (İsveç) Oriflame Dəri Tədqiqat İnstitutunda və Dublində (İrlandiya) Elmi-tədqiqat mərkəzi nəzdindəki Ori-derm laboratoriyasında aparırlar. Bundan əlavə, məhsullarımızı dünyanın bir sıra müstəqil laboratoriyalarında sınaqdan keçiririk, bu da onların klinik effektivliyini təsdiqləyir.