QİDA VƏ MƏŞQLƏR
"Çox vaxt insanlar düşünürlər ki. nahar zamanı qəbul etdikləri ziyanlı kaloriləri məşq zalına getdikdə rahatlıqla yandıra biləcəklər,
xüsusilə də əgər məşqdən sonra aclıq hiss edirlərsə" – Elizabet başa salır. " Lakin çoxsaylı tətqiqatlara nəzər yetirsən başa düşərik ki, qəbul etdiyimiz hər bir qidanın asanlıqla yandırılmasına, həmçinin məşq zalında da o kalorilərin asanlıqla yandırılmasına daha çox real baxışlarla baxmalıyıq.
Biz çox vaxt qidalar arası olan atışdırmaları: bir qədər qoz, içkiləri, alma yarısı - lakin bunların hamısının da tərkibində saylarını birləşdirsək kiloqrama çatacaq qədər kalori var. Arıqlamaq üçün sənə qəbul etdiyin kaloridən daha çox məşq edərək onları yansırmaq lazımdır. Bu sadə riyaziyyatdır.
ƏSAS MƏSƏLƏ PƏHRİZDƏDİR
"Əgər sən intensiv məşqlərdən sonra zərərli qida qəbul edirsənsə və ya sadəcə olaraq çox yeyirsənə sənin artıq çəkidən azad olmağın mümkün olmayacaq. Uzun müddət ac qalmamaq üçün zülal tərkibli qida qəbul et. Karbohidratların ziyanlı olması düzgün informasiya deyil, onlar balanslaşdırılmış qidanın əsas tərkib hissəsidirlər. Ona görə də qəbul etdiyin qidanın yarısını tərəvəzlər təşkil etməlidir. Ancaq şirin içkilərdən tamamilə imtina etməyiniz daha yaxşı olar".
ƏZƏLƏLƏR PİYLƏRƏ QARŞI
"Bir kiloqram əzələ toxuması eyni miqdarda piy toxumasına bərabərdir. Lakin əzələ toxumaları daha yığcam və qalın olduqları üçün piy qatına nisbətən daha az yer tutur. Ona görə də sənə daha çox məşq edir, arıqlayır və daha vizual olaraq daha az çəkili görünürsənsə, demək çəkin daha çox artır.
Nəticənin çəkini ölçməklə deyil, bel və çanaq nahiyyələri santimetrlə ölçməklə bil: əgər çəkidə deyil, məhz santimetrlə ölçüdə fərq hiss edirsənsə, demək sən düz istiqamətdə davam edirsən.
SUYUN ÇƏKİSİ
Bizim orqanizmimizin təxmini 80% sudan təşkil olunub. Ona görə də bizim çəkimiz günü-gündən dəyişilə bilər. Hətta bəzən arta da bilər. Lazım olduğundan artıq su qəbul etməmək üün fiziki gərginliklə məşğul olmaq lazımdır. Fiziki məşqlər zamanı lazım olan dərəcədə su içmək lazımdır (çünki, susuzluq zamanı orqanizm özündə su ehtiyatı saxlayır).
.
HANSI MƏŞQLƏR KÖMƏK EDİR?
«Qaçış və sayklinq kimi kardiməşqləri daha çox kilokalori xərcləməyə kömək edir. Güc məşqləri isə kaloriləri gün ərzində xərcləməyə imkan yaradır. Məhz ona görə də hər iki məşq növlərini birləşdirərək daha tez nəticə əldə etmək mümkündür. Həmçinin bəzi faydalı adətlər gün ərzində kaloriləri yandırıb sizi formada saxlamağa kömək edəcək. Məsələn liftdən istifadə etməkdən imtina edərək pilləkənlərdən istifadə et və ya adət etdiyin dayanacaqda deyil, daha tez avtobus dayanacağından düşərək iş yerinə və ya evə ayaqla get. Addımölçən cihaz al və unutma ki, bir insana düşən gündəlik norma 10000 addımdan az olmamalıdır.
NƏTİCƏ
"Çox insanlar üçün ideal çəkiyə sahib olmaq intensiv məşqlərdənsə, pəhriz saxlamaq daha asandır. Lakin unutmaq olmaz ki, sağlam həyat tərzilə yaşamaq üçün pəhrizlə yanaşı aktiv fəalliyyətlə də məşğul olmaq mütləqdir. Həmçinin öz fəaliyyətin və nəticələrinin obyektiv olaraq qiymətləndirmək lazımdır. Əgər bir ay intensiv olaraq qaçışla məşğul olduqdan sonra çəkinin azalmaq əvəzinə artdığını görürsənsə demək düzgün qidalanmırsan. Kolanı adi su ilə əvəz et, daha çox gəz, fastfuddan imtina et - gözəllik və sağlamlığa aparan yol məhz bu sadə və vacib addımlardan başlayır".