Dəriyə qulluq: təbiətdən ilham almaq

Oriflame kompaniyası yarandığı gündən 50 il ərzində İsveç təbiətindən ilham alır. Bu il biz yenilənmiş Optimals brendini təqdim edirik: Age Revive qulluğu üçün yaşəleyhinə məhsullar. Onlar təbii inqredientlərə malik olaraq dəri yaşlanması əlamətləri ilə mübarizə aparır. Yeni məhsullar və onların tərkibi haqqında ətraflı olaraq Dəriyə qulluq kateqoriyasının mütəxəssisi Melina Qaleadi məlumat verəcək.

1. NƏYƏ GÖRƏ OPTIMALS SERİYASI MƏHSULLARINA TƏBİİ İNQREDİENTLƏR DAXİLDİR? 

Təbiət bizi həmişə ilhamlandırıb, həmçinin təiətə çox böyük hörmətlə yanaşırıq. Çünki o bizim mədəni irsimizin bir hissəsidir. İn illiklər ərzində biz təbii inqredientlər və onların xüsuiyyətləri haqqında biliklər topladıq ki, indi o bilikləri məhsullarımızın istehsalında istifadə edə bilirik. Hər bir bitki ekstraktı – bizim alimlərimizin müəyyən dəri problemlərin həlli üçün işlədikləri inadcıl əməklərinin nəticəsidir.

2. MƏHZ İSVEÇ TƏBİƏTİ SİZİ NƏ İLƏ İLHAMLANDIRIR?

İsveçdə xarici təsirlərə qeyri-adi davamlı olan bitkilər mövcüddur. Onlar -20-dən +30-a qədər illik temperatur dəyişmələri və sərt şimal iqlimində yaşamaq xüsusiyyətinə malikdirlər. Məhsullar özlərində qidalandırıcı xüsusiyyətlərini – antioksidantlar, vitaminlər və faydalı yağlar saxlamaq funksiyasına malik olmalıdırlar. Məhz bu maddələr bizim məhsullarımızda istifadə etdiyimiz ekstrakt tərkibinə daxil olur.

3. GƏLİN İNQREDİENTLƏR HAQQINDA ƏTRAFLI TANIŞ OLAQ. 

Əsas inqredientlərdən əlavə olaraq Age Revive seriyasının dəriyə qulluq vasitələri özündə 11 təbiət ekstraktı: qırmızı yonca, yulaf, moruq, isveç ağ ağcaqayını, qırmızı qarağat, at şabalıdı, qara qarağat, kətan toxumu, böyürtkən və çaytikanı saxlayır. Bütün bu ekstraktlar hər bir məhsulda toplanaraq dəriyə daha cavan və gözəl görünməyə kömək edir. Onlar qidalandırır, nəmləndirir və dəri yaşlanması əlamətləri olan: qırışlar, tünd kölgələr və solğunluqla mübarizə aparır.

4. AGE REVIVE SERİYASI MƏHSULLARININ DAHA HANSI ÜSTÜNLÜKLƏRİ VAR? 

Age Revive – sadə, lakin çox effektiv yaşəleyhinə qulluq seriyasıdır. Bu məhsullardan hər viri müəyyən yaşlanma əlamətləri ilə mübarizə aparır. Ona görə də tam nəticə əldə etmək üçün kompleks qulluğun bütün məhsullarından istifadə etmək mütləqdir. Seriya məhsulları bu cür işləyir:

Təmizləyici vasitələrtonik çirki, həmçinin səhər və axşam təmizlənməsində ölmüş hüceyrələri təmizləyir. 

Gözətrafı dəri kremi mikrodövranı stimullaşdıraraq qara kölgələr və xırda qırışları aradan qaldırır.

Zərdab dərinin nəmləndirilməsi üçün vacibdir. Onun tərkibinə hialuron turşusu daxildir və o insan orqanizmində istehsal olunaraq – dəridə mayeni saxlanağına kömək edir.

Günüz kremi dartılma effektinə malik olaraq xırda qırışları azaldır, həmçinin dərini gün ərzində ətraf mühitin təsirindən müdafiə edir.

Gecə kremi sən yatan zaman dərini qidalandıraraq bərpa edir.  




Mətn: Şəkil: Oriflame; Getty