Tərkibin araşdırılması: NovAge Skinergise dəriyə necə parlaqlıq verir?

Enerji, parlaqlıq, təcavüzkar ətraf mühitə və erkən yaşlanmaya qarşı effektiv qoruma - NovAge Skinergise kompleksli qulluğun tərkibindəki hansı inqrediyentlərin sənin dərini dəyişdirməyə kömək edəcəyini öyrən.

Ətraf mühitin pisləşməsi, yuxu çatışmazlığı və qeyri-sağlam həyat tərzi dərimizi enerjidən məhrum edir - güzgüdə tutqun dəri rəngi, soyulmalar, ilk qırışlar və genişlənmiş məsamələri görə bilərsən. NovAge Skinergise kompleksli qulluq dərini nəm və enerji ilə dolduran aktiv formullara malikdir. Bu dəri üçün əsl enerji dolusudur: parıltı 25 dəfə güclənir, nəmləndirmə 89% artır. Dərinin parıldadığını deyəndə nəyi nəzərdə tuturuq? O, nəmlənmiş, möhkəm, təravətli və dincəlmiş görünür, sağlam üz çaları var, məsamələr isə daha az nəzərəçarpandır. Belə effektə müntəzəm qulluq və NovAge Skinergise-dakı kimi tərkibdə düzgün inqrediyentlərlə nail olmaq olar.

Taurin
Hamımız taurini energetik içkilərin məşhur komponenti kimi tanıyırıq. Bəs taurinin dərin üçün əla təbii energetik olduğunu bilirdinmi? Skandinav yosunları ilə duetdə taurin sözün əsl mənasında hüceyrələri enerji ilə doldurur, nəmləndirir, dərinin canlılığını bərpa edir və qoruyur, yorğunluq əlamətlərini aradan qaldırır.

Taurin amin turşusu və güclü hüceyrə antioksidantıdır. O, lazımi nəm səviyyəsini qorumağa kömək edir, anti-age effekti göstərir, hüceyrələrin yenilənməsini stimullaşdırır və ultrabənövşəyi şüalanmaya məruz qalma ilə əlaqəli zədəmələri neytrallaşdırır, qıcıqlanmanı aradan qaldırır.

Asai kök hüceyrə ekstraktı
Asai giləmeyvəsi antioksidantlarla zəngindir və yalnız smuzi-boul şəklində deyil, həm də kosmetika məhsullarının tərkibində də faydalıdır. NovAge tərkibindəki bitki kök hüceyrələri xarici və daxili amillərin aqressiv təsirlərini neytrallaşdırmağa kömək edir: ekologiya, yaşla əlaqəli dəyişikliklər, baxımsızlıq, ultrabənövşəyi şüalanma və s. NovAge Skinergise qulluğu hüceyrələri sərbəst radikallardan qoruyan, güclü nəmləndirmə verən və taurinin enerji vermə effektini tamamlayan asai kök hüceyrə ekstraktını ehtiva edir.

Kofein
Səhər hazırlaşmağımıza və uzun bir günə köklənməyimizə kömək edən əsl həyat eliksiri - indi tək bir qəhvə fincanda yox, həm də üz qulluğunda!
Göz altındakı qara dairələr əmələ gəlməsinin əsas səbəblərinin mikrosirkulyasiyanın pozulması və kapilyarların zəifləməsi olduğu bəllidir. Kofein mikrosirkulyasiyanı yaxşılaşdırır, damarları daraldan xüsusiyyətlərə malikdir, artıq mayenin yığılmasını aradan qaldıra bilər və qan damarlarını gücləndirir. O, qara dairələr, torbalanma, şişkinliklər və qırışlarla mübarizə aparmağa kömək edir - məhz bu səbəbdən onu NovAge Skinergise gözətrafı nahiyyə üçün kremə əlavə etdik, bu da baxışı təravətli və  dincəlmiş etməyə kömək edəcək, hətta yuxusuz gecədən sonra!

Pollution protect texnologiyası
Ətraf mühitin dəriyə təsiri barədə nadir hallarda düşünürük, ancaq böyük bir şəhərdə yaşayırsansa, bu problem xüsusilə aktualdır. Avtomobillərin buraxdığı tüstü qazlarının, fabrik tullantılarının və siqaret tüstüsünün hissəcikləri gündən-günə dərinin vəziyyətini pisləşdirir. NovAge Skinergise gündüz kremi tərkibindı Pollution Protect texnologiyası və UV filtrləri dərini aqressiv ətraf mühitdən qoruyur, erkən yaşlanmanın qarşısını alır.

Niasinamid
Niasinamid və ya nikotinamid bu, orqanizmimizin ehtiyac duyduğu suda həll olunan B3 vitamininin formasıdır. Niasinamid hüceyrələrin effektiv işləməsi üçün onları enerji ilə təmin etməyə kömək edir, dərinin elastikliyini artırır, qoruyucu maneəni gücləndirir, kollagen istehsalını stimullaşdırır və çox nəzərəçarpan qırışlarla mübarizə aparır. Məhz bu aktiv inqrediyentlər kompleksi NovAge Skinergise qulluğunu xüsusi edir: o, həqiqətən də işləyir və həttə sən yatarkən dərinin vəziyyətini yaxşılaşdırır. Əsas qulluq - məsələn, adi krem - yalnız nəmləndirmə verəcək, NovAge Skinergise kremləri isə gündüz dərini qoruyurlar, gecə isə bərpa edirlər, yaşlanmanın ilk əlamətləri ilə mübarizə aparırlar və dərini enerji ilə doldururlar.

Mətn: