Saçları necə möhkəmləndirə bilərik?
Yazda təbii qoruyucu menəni qorumaq xüsusilə önəmlidir və bu işdə ən əsas köməkçiniz yağlardır. Biz möhkəmləndirici Eleo yağını tövsiyə edirik. O eyni zamanda üç dəyərli yağın kombinasiyasını tərkibində saxlayır: qoruyucu maneəni bərpa edən və yağ turşuları ilə zəngin tamanu yağı, kutikulanı möhürləyərək qidalandıran arqan yağı, saçları sıxlaşdıran və onları daha da itaətkar edən qızılgül yağı.
Saçlara qulluq zamanı ən çox edilən səhvlər.
Hər kəs nəm saçların çox həssas olduqlarını unudur, saçı düzləndirdikdə onları çox dartmaq lazım deyil. Saçları dəsmal ilə çox ehtiyyatla qurulamaq lazımdır – sürətlə və bərk sürtmək əvəzinə nəmi ehmalca hopdurmaq lazımdır.
Saçların quruluğunun qarşısını necə almaq olar?
Əlbəttə ki, hər zaman kondisioner istifadə etmək lazımdır, amma saçları çox qaynar və ya soyuq su ilə deyil, isti su ilə yumaq lazımdır. Çox isti fen istifadə etməyin və saçları düzləndirəndə qoruyucu vasitələrdən istifadə edin.
Hansı prinsiplər hər kəsə uyğundurlar?
Məhz sizin saçlarınıza lazım olanı təyin edin və sizə uyğun olan vasitələri istifadə edin. Duş qəbul etməzdən öncə saçları nəm olduqda travmaya məruz qoymamaq üçün darayın. Həftədə bir dəfə saç üçün maska istifadə edin, o sizin saçlarınızı canlandıracaqdır və enerji bəxş edəcəkdir.