Su formulu: akvatik ətirlər

Dənizin canlı sərinliyi, qumlu çimərlik, çimərlikdə kokteyllər, günəşlə isinmiş dəri, göllərin sərinliyi. Oriflame-in mavi ətirlərinin təhlili.

Bir dəqiqə dayan və gözlərini bağla. Təsəvvür et ki, sən-çimərlikdə, dənizin yaxınlığındasan və dərin nəfəs al. Yay parfümlarının sehri sayəsində sən asanlıqla evdən çıxmadan bu istədiyin yerə keçə biləcəksən. Bu məqalədə akvatik ətirlərin nə olduğunu və yay üçün hansıların daha uyğun olduğunu təhlil edəcəyik.

Akvatik ətirlər - su elementinin müxtəlifliyindən ilhamlanmış ətirlərin ailəsidir: sakit göllərdən tutmuş vıyıldayan okeanlara qədər. Buna görə də onları "okean" və ya "dəniz" ətirləri adlandırırlar. Akvatik ətirlərin xarakterik xüsusiyyəti şəffaf, işıqlı, təravətli səslənmə.

İlk akvatik parfümlar 90-cı illərin əvvəllərində yaranıb. Dünya 80-ci illərin çiçəkli, ədviyyatlı ətirlərindən yorulub və akvatik notlar bir növ olfaktor "yenilənmə" olmaqla şöhrət qazandılar. Onlar çimərlikdə isti yay günlərinin atmosferini təkrar yaradır və çimdikdən sonra təravət hissi verir. Parfümların akvatik ailəsi formulunun əsasında "Kaskalon" (Cascalone) adlanan molekul durur, hansı ki, dəniz brizi, kristal kimi təmiz su və müstəsna təravət effekti yaradır.

Akvatik ətirlərin dünyasında istiqamətlənməyə kömək etmək üçün, biz səni yeniliklə tanış edəcəyik, hansı ki, ətirin necə parlaq və təravətləndirici ola biləcəyinə dair sənin fikrin tam tərsinə çevirəcək.

Nordic Waters-i təqdim edirik (43122, 38550) - yeni parfümeriya brendi, akvatik ailəsinin parlaq nümayəndəsi.

Parfüm suyu dəridə sərin su hissi verir. Su ünsürü ilə dərin əlaqə hiss edəcəksən.

Eksklüziv Nordic Waters akkordu əsasında təravətləndirici sulu çalarlarla yaradılmış Nordic Waters for Him & Her (43122, 38550) ətirləri Skandinaviya sularının mahiyyətini əks etdirir. Məhz Skandinaviya akvatoriyasının kontrastı yaradıcıları müasir və lakonik qablaşdırma dizaynına ilhamlandırdı. Artıq birinci vurulmadan sən gücün və enerjinin təravətləndirici artımını hiss edə biləcəksən.

Nordic Waters kişi parfüm suyu (38550) - bu, ətiri sitrus nüansları ilə dolduran kardamonla birlikdə limon və şirəli naringidir. Təmiz Nordic Waters akkordu təravətlə doldurur, bənövşə yarpaqlarının və keşniş toxumlarının yaşıl çalarları isə gümrahlıq hissini artırır. Mamır, sidr və müşk ətirə qalıcı səslənmə verir, bununla da balanslı, dinamik və müasir kişiyə xas şleyf yaradır.

Nordic Waters for Her qadın parfüm suyu (43122) - bu, parlaq sitrus notlarının birləşməsidir. Limon essensiyası və berqamot xırtıldayan yaşıl alma ilə qarışır, təravət dalğası ilə bürüyür. Nordic Waters akkordu ətirə su sərinliyini və isti dəridə soyuq damcıları hissi verir. Yasəmən ləçəkləri daha sonra meyvə buketində açılan zərif çiçək nüansları yaradır. Sidr və kaşmirdən hazırlanmış odun əsaslı yumşaldılmış tekstura ətirə təbii dərinlik, ağ müşk isə hissiyyatlılıq verir.

Nordic Waters for Him & Her brendinin yaradıcısı (43122, 38550) - parfümer Fabris Pelleqren. Onun üçün ən əsas şey - təbii inqrediyentlərdir: "Mənim üçün təbiətin özündən daha mükəmməl heç nə yoxdur". Fabris Fransanın cənubunda, Qras şəhərində, parfümer ailəsində anadan olub. Fabris bütün həyatı boyu ətirlərə ehtiras bəsləyirdi və uşaqlıqda onu həmişə təbiətin təzə, təbii qoxuları əhatə edirdi.

O, Nordic Waters for Him parfüm suyunu yaradanda 38550) onu "dənizin dərin mavi sularına dalma hissi" ilhamlandırırdı. O, su xarakterini çatdırmaq üçün şimal sularının ekstremal təravətini xatırladan unikal "Kaskalon" molekulu ilə işləyirdi. Fabris məhz bu molekulun dəniz təravətinin təbii və təmiz "imzasını" gətirdiyini vurğuladı.

Qadın parfüm suyunu yaradarkən Fabris onun "su ünsürünün bayramı" kimi səslənməsini istəyirdi. Sitrus notları su və dərinin təmasının yenidən qurulmasında mühüm rol oynayıb. Ətirin su ünsürünü vurğulamaq üçün isə, o, həmçinin limon essensiyası ilə qarışdırılmış Nordic Waters akkordu ilə işləyib.

İstəyirsən ki, havadan asılı olmayaraq, qəlbində həmişə yay olsun? Oriflame-in mavi ətirləri sənə yayı bütün təzahürlərində bəxş edəcək: duzlu okean brizindən tutmuş təravətləndirici sitrus kokteyllərinə qədər. Öz ideal variantını seç.

.SE Wild Hearts - İsveçin sərin dumanlı göllərindən ilhamlanan parfüm suyu, azadlığın təmiz təcəssümü. Özün üçün gözlənilməz birləşmələri kəşf et!

Yabanı rozmarinin, qreypfrutun, yaşıl dəniz akkordunun üst notları ətiri parlaq və cəsarətli şəkildə açır. Ürək notlar: müqəddəs raytiya, ətirli mirris, inciçiçəyi -təbiətin həyəcanlandırıcı ruhunu açır, tonka lobyası, müşk və paçulinin əsas notları isə kompozisiyaya zəriflik əlavə edir.

Növ: çiçəkli, sulu, sitruslu.

Müəlliflər - Marin İper və Karlos Vinals.

Divine Original- "parfüm suyu" konsentrasiyasında kult qadın ətiri: intensiv, qalıcı, aromatik yağların yüksək konsentrasiyası ilə. Odun notları ilə parlaq çiçəkli meyvəli ətir səni Pina Koladadan zövq alacağın Karib çimərliyinə aparacaq. Parlaq üst notlar: bənövşə, bambuk, su sünbülçiçəyi. Ürək notlarınd - zanbaq və freziya, qızılgül, yasəmən buketi, əsas notlar isə - gavalı, səndəl və ağ müşk parfüma dərin səslənə bəxş edir. Qoy bu parfüm suyu sənin yay macəralarının rəmzinə çevrilsin!

Ətirin növü: çiçəkli, meyvəli, odunlu

Müəllif - Jan Jak.

Amber Elixir Crystal - bu, cazibədar şərq-meyvəli buket, eyni zamanda, təravətli və həssasdır. Həm gənc qızlara, həm də qadınların xoşuna gələcək. Bu, bəlkə də, canlandırıcı üst notları ilə ən yay ətiridir - Baltik kəhrəbasından ilhamlanmış dəniz akkordu incə şəkildə doymuş qreypfruta keçir. Portağal çiçəyi, nigella, bənövşə gülü - dolğun və zərif cazibədarlıq ilə kompozisiyanı dolduran ürək notları. Həssas kokos südü, vanil və qəhvəyi şəkərin əsas notları xüsusi maqnetizm bəxş edir. Fransız sahilində qaçış üçün ən yaxşı ətir. Hətta doğma şəhəri tərk etmədən.

Növü: çiçəkli, şərq.

Müəllif - Kristian Plos.

Joyce Turquoise - bu ətir - hovuzun yanında isti yay gününün qızğın çağında gümrahlaşdıran giləmeyvəli kokteyl haqqında xatırlatmadır. O, qırmızı giləmeyvələrin, limonun və şirin xırçıldayan armudun şirəli üst notları ilə açılır. Onların ətri bütün gün ərzində dəridə qalır. Ürək notlar - yay küləyi kimi təravətləndirən zərif şirin su zanbağı, həmçinin sakitləşdirici yasəmən və bənövşə. Əsas notlar – sidr, müşk və kəhrəba ətirin zərifliyini və dərinliyini ortaya qoyur açır. Ətir tam sakitlik və dinclik hissi yaradır.

Növ: çiçəkli, meyvəli, müşk, yaşıl.

Müəllif - Fabris Pelleqren.

Elvie - hər gün üçün, istənilən əhval-ruhiyyə uyğun olacaq ətir. Harmonik simfoniyanı ağ müşkün baza notu, kövrək Skandinaviya vadi zanbağının üst notu və düz ürəyində ağ çiçəklərdən ibarət kompozisiya yaradır. Nağıl meşələri dünyasına keç və mənzərəli çayların sahillərini bəzəyən çiçəklərin ətirindən zövq al.

Növ: çiçəkli, sulu.

Müəllif - Kristian Plos.

Excite for Him- xarici sakitlik altında inanılmaz gücü gizlədən dərin ətir. Bu ənənəvi kişi ətiri isti yay günündə çatışmayan təravət və sərinliyin həvəskarlarına da uyğun olacaq.

Berqamot, yeiş və adaçayın üst notları, ozon akkordu və ürəkdə ətirli  çay notu, habelə yosun və sidr ağaclarının əsas notları onun ehtiraslı xasiyyətini açır. 

Ətirin növü: aromatik, tonlayıcı.

Müəllif - Mari Salaman.

Lucia Bright Aura - romantik şam yeməyinin ardınca sərin avqust gecəsini xatırladacaq təzə çiçəkli ətir. İsveçin unutmaməni çiçəyinin göy kimi mavi ləçəkləri günəşli sarı nüvəni əhatə edir. Limon qabığı, yaşıl alma və ağ qarağat notları xüsusi aura bəxş edir. Ətirin ürəyində maqnoliya və ağ pion unutmaməni çiçəyini tamamlayır, əsas notlara isə sidr, ənbər və müşk daxildir.

Növü: çiçəkli, meyvəli.

Müəllif - Natali Lorson.

Mister Giordani Aqua - sərin su notları, adaçayın büzüşdürücülüyü və isti, həssas ağac nüansları İtaliyanın günəşli sahillərini və başqalarından gizlədilən lüks çimərliklərini xatırladır. Kompozisiyanın ürəyində - qvayak ağacının zərif şəkildə tamamladığı su odunun cəlbedici akkordu durur, "Kaskalon" - dəniz təravəti notu və təbii və sintetik komponentlərin günəşli qarışığıdır. İşıqlı, parlaq və müsbət səslənməni səndəl və vetiver yaradır - Giordani Gold kişi ətirlərinin klassik notları. Bu, gündəlik obrazını ağırlaşdırmağı sevməyənlər, eyni zamanda onun incəliyini vurğulayanalar üçün ideal ətirdir.

Ətir növü: odunlu, sulu.

Müəllif - Eliz Bena.

Venture Power- kişilər üçün su hövzəsi tipli tualet suyu, həm də yeni üfüqləri tədqiq etməyə hazır olan cəsarətli qadınlar üçün uyğun olacaq. Kompozisiya enerji və özünə əminlik bəxş edəcək. Ofis, vacib görüşlər və idman üçün çox uyğundur — universal, qalıcı, cəsarətli ətir.

Kompozisiya Sisiliya berqamotu, dəniz akkordu və limonun üst notları ilə açılır. Qırmızı kəklikotu və bənövşə yarpaqlarının isti notları odun-ənbər bazasına keçir. Ürəkdə - qara kardamon notu: meyvələri açıq odda qurutduqdan sonra ortaya çıxan isti qatranlı alt tonu və dumanlı nüanslar. 

Növü: aromatik, sulu.

Müəllif - Eliz Bena.

Glacier - idmana aşiq olan və tez oyananlar üçün idealdır. Şaxtalı qızılgül və ətirşahın çiçəkli ürək notları ilə müşayiət olunan sitrus, nanə və ananasın sərin üst notları ilə açılan qadınlar və kişilər üçün universal ətir. Ultrayüngül səslənməni əsas odun notları və səndəl tamamlayır. Yay gecələri üçün idealdır.

Növü: aromatik, təravətli.

Müəllif - Filipp Busseton.

Eclat Toujours səni əsl fransız romantikasından zövq alacağın yaz Parisinin atmosferinə aparacaq. Eleqant parfüm nanə, limon və naringi notları ilə açılır. Ürək notlarının – irisin və lavandanın nəcibliyi xüsusi dəri və ənbərin əsas notları ilə vurğulanır.

Ətirin növü: aromatik, tonlayıcı.

Müəlliflər - Alyenor Massne və Aleksandra Karlin.

Yay həmişə parlaq anlarla doludur! Bu, səyahətlər üçün ideal vaxtdır, amma əgər elə indi isti dənizə uçmağa imkan yoxdursa, yay bayramını parfümeriyanın köməyi ilə yaratmaq asandır. Bizim kolleksiyamızdan bir çox ətirlər həm kişilər, həm də qadınlar üçün uyğundur. Biz əminik ki, sən burada ürəyincə olan ətiri tapa biləcəksən. Oriflame ilə birlikdə bu yay özünə xoş anları bəxş etməyi unutma!

Mətn: