Qlikemik indeks: sağlamlığa aparan yol

Sən yəqinki qlikemik indeks əsasında olan pəhriz haqqında eşitmisən: o çəki azalmasına kömək edir, şəkərli diabet və ürək-damar xəstəliklərinin yaranmasının qarşısını alır, güc verir və əhvalı artırır. Bizim ekspert, doktor Yelizabet Nordstrom deyir ki, bu pəhrizə yox, daha çox həyat tərzinə bənzəyir.

QLİKEMİK İNDEKS NƏDİR?

GI, və ya Qlikemik indeks qəbul olunan qidaların qanda şəkərin səviyyəsinə təsiridir. İndeks birdən yüzə qədər olan vahidlə ölçülür. Yüksək qlikemik indeksə ( 70 dən yuxarı) malik olan qidalar orqanizmdə tez həll olunaraq qanda şəkərin kəskin artmasına səbəb olur.  Aşağı səviyyəli qidalar ( 55 dən aşağı) daha gec həll olunur, nəticədə şəkərin səviyyəsi o qədər də yüksəlmir, enerji daha uzun müddət ərzində sərf olunur, qana isə daha az insulin daxil olunur.  


NƏYƏ GÖRƏ YÜKSƏK QLİKEMİK İNDEKSLİ MƏHSULLAR ZİYANDIR?

İlk öncə Qlikemik indeks diabet xəstələri üçün nəzərdə tutulmuşdur.  Onun əsas məqsədi pəhrizdə olan insanlara qanda şəkərin səviyyəsinə nəzarət edərək bəzi məhsullardan qaçmaqdır. Yüksək qlikemik indeks tərkibli qidalar qanda şəkərin səviyyəsinin dərhal qalxmasına səbəb olaraq mədəaltı vəzin daha çox insulin ifraz edərək qandan şəkəri çıxartmağa və onları enerji mənbəyi kimi hüceyrələrə göndərməyə səbəb olmur. O enerjini sərf etmədikdə o “ piy ehtiyatına” çevrilir.

Bununla yanaşı şəkərin qanda kəskin dəyişilməsi də şəkərin səviyyəsinin aşağı düşməsinə səbəb olur və aclıq hisslərinin armasına səbəb olur.  

BƏS NƏ YEMƏK OLAR?

   -   Aşağı qlikemik indeksli qidalar daha çox paxalılar və  tərəvəzlərdən təşkil olunur, məsələn: , mərci, mehvələrin çoxu, tərkibində az kraxmal təşkil olunan tərəvəzlər, ağartı məhsulları və qozlar.
   -   Orta səviyyəli qlikemik indeksli məhsullardan  batat, kəpəkli çörək,  məsələn, arpa və ya çovdar unundan, qara düyü, tam yetişmiş banan və bəzi tropik meyvələri misal göstərə bilərik.
   -   Yüksək qrikemik indeksi qidalara ağ çörək, ağ düyü, bişmiş kartof, yemiş və.s göstərmək olar. 

BELƏ SADƏ?

Tək aşağı qlikemik indeksi qidayla kifayətlənmək olmaz. Çünki, bəzi məhsullar tərkibində şəkər olmasına baxmayaraq ziyanlı deyillər və aşağı qlikemik indeksə malikdirlər.  Məslən, belə qidalarda pizzanı misal göstərə bilərik. Bu o deməkdir ki, tək Qlikemik indeksə fikir vermək kifayət deyil. Bundan başqa kaloriləri də saymaq lazımdır. Burda qidanın tərkibinə daxil olunan məhsulların kalorilərini saymaq lazımdır. Əlbəttə ki, pizzanın həcminə də fikir verməyi unutmayın.

Həmçinin qlikemik indeksin səviyyəsi qidanın necə hazırlanmasına görə də dəyişir. Məslən yetişmiş meyvələr daha az yetişmiş meyvələrdən daha çox qlikemik indeksə malikdir. Çox bişirilmiş spagetti al dentdə pişirilmiş spagettidən daha çox Qİ malikdir.

Bu məsələdə məhsullar da böyük rol oynayır. Əgər sən tərkibində züllalla və karbohidratlarla bol olan pizza yesən, onda zülallar karbohidratların parçalanmasını yavaşadacaqlar. 

Əlbəttə ki, məşqləri də unutmaq lazım deyil. Heç bir pəhriz həftə ərzində üç – dörd kardioməşqin əvəzini verə bilməz. 


Orifleymdən aşağı qlikemik indeksli məhsullar

Neçural Balans Şeyk

Neçural Balans Sup

Neçural Balans Batonları



Mətn: Şəkil: Getty images