Hər şey qaydasındadır

Zərərli qidani sevmək, tənbəllik etmək və gecələr boyu kompyuter arxasinda oturmaq niyə bu qədər asan, idmanla məşğul olmağa başlamaq, düzgün qidalanmaq və özünə qulluq etmək isə bu qədər çətindir?

Dəriyə kompleks qulluq, idman, düzgün qidalanma öz nəticələrini verir. Bu prosesdir. lakin bu düzgün həyat tərzinə başlamaq çox çətindir. Lakin çıxış yolu var!

MƏŞĞUL OL 
İstənilən vərdişdən imtina etmək üçün biz onu başqasıyla əvəz etməliyik. Siqaret çəkmək, şirniyyat yemək və ya sosial şəbəkələrdən istifadə etmək kimi vərdişlərdən birdənbirə
imtina etmək asan olmur. Lakin işdə maraqlı layihəyə rast gəlsəniz, aşiq olsanız və ya sadəcə özünüzə yeni xobbi tapsanız, vəziyyət tamamilə başqa cür olar. Bu halda fikriniz həyatın digər sahələrinə yönələr və siz zərərli vərdişləri unudarsınız.

ÖZÜNLƏ SÖVDƏLƏŞ
Heç bir vərdiş bir gün və ya bir həftə ərzində formalaşmır. Həmçinin vərdişdən imtina etmək üçün də müəyyən vaxt tələb olunur. Öz yolundan dönməmək üçün özün özünlə
sövdələşmə apar. Özünə de ki, həftənin sonunadək hər gün səhər idmanı etsən, sonda özünə yeni ətir alacaqsan. Və ya düzgün qidalansan, həftə sonu restorana gedib, istədiyini sifariş edəcəksən. Öz hərəkətlərini əsaslandır, axı arzuladığın mükafatın nə olduğunu səndən yaxşı heç kəs bilə bilməz.

Soni Soldatovanən məsləhətləri, bloqer, məşqçi: "Mən slow beauty, "ləng gözəllik" tərəfdarıyam. Özümdən arzularımdakına yaxın nəsə formalaşdırmaq üçün mənə 8 il
lazım oldu. Mən kompleks yanaşmaya tərəfəm – özünə qulluq, fəallıq və idman bütün ömrün boyu və müntəzəm şəkildə səninlə olmalıdır. Bir şeyə qapanmaq lazım
deyil. Həddən artıq idman da sağlamlığa aparmır, mən isə fitnesin məhz sağlamlıq üçün olmasının tərəfdarıyam, təkcə gözəəl forma üçün deyil.

QARŞINA REAL MƏQSƏDLƏR QOY
Heç vaxt idmanla məşğul olmamısansa, uzun sürən məşqlərdən başlamaq lazım deyil. İdmana yeni başlayan üçün hətta 10-dəqiqiqəlik məşq belə öz üzərində qələbədir. Seçdiyin
yolun əvvəlində məşqə vərdiş etmək vacibdir, məşq yükünü isə tədricən artırmaq olar. İdmanla məşğul olmaq həvəsinin azalmaması üçün məşqin ağırlıq gətirdiyi məqamı
tutmaq lazımdır. Bu an məşqi dayandır, məşqdə etdiyin üçün özünü təriflə və növbəti dəfə bir az artıq edəcəyini özünə söz ver. Bu qayda ilə istənilən vərdişdən imtina
etmək olar.

Teatr və kino aktrisası İrina Qorbaçovanın məsləhətləri: "Ömrümüz boyu biz özümüzə hər hansı bir qaralama kimi yanaşırıq. Deyirik: nə vaxtsa mən bunların hamısını ağlamaya köçürəcəm, sağlamlığıma fikir verəcəm, özümlə məşğul olacam, indi yox, nə vaxtsa. Çünki, vaxt yoxdur, imkan yoxdur, istək yoxdur və sair. Sonra isə, 35 yaşlarında, qadın ayılır, idman zalına qaçır, üzünə nə isə doldurur, nəyisə dartdırır və sair. Lakin bütün bu radikal addımlar daha da ciddi problemə aparır: sən əvvəldən daxilində olmayan bir şeyi qorumağa çalışırsan.

 Sosial şəbəkələrdə dünyanı necə yaxşılığa doğru dəyişdiyini #gozeldeyisimler heşteqi ilə paylaş. Ətraflı məlumat üçün oriflamesummer.com saytına daxil ol.

Mətn: Şəkil: Vladimir Koçetkov, Oriflame