Sonya, şəxsi biznes haqqında düşüncələrin yarandığı andan indiyədək nə qədər vaxt keçib?
Kitablarda yazıldığı kimi, xoşbəxtlik və uğur əldə olunmur. Onlar özləri gəlir. Sən əlindən gələni edə bilərsən, lakin uğur əldə etməzsən. O, gözlənilmədən gəlir. Məndə də bu cür oldu. Açığını söyləyim ki, bu haqda nə arzularım, nə də düşüncələrim var idi. Hər şey təsadüfən baş verdi. Konkret məqsədim korporasiya daxilində inkişaf etmək idi. Heç zaman müstəqil biznesimin olacağını düşünmürdüm.
Bu yol universaldırmı?
Düşünürəm ki, hərənin öz yolu var. Mən nəyinsə təbliğimə mənfi yanaşıram. İndi hamı şəxsi biznesdən danışır, lakin onunla məşğul olmağa hazır olanların sayı çox azdır. Bəziləri bunu bacarım, bəzilərinə isə heç lazım da deyil. Mən biznesi iflasa uğramış çox insanlar tanıyıram.
Biznes sənin nəyinə lazım olduğunu dəqiq anlaman gərək. Şəxsin biznes bir növ azadlıqdır. Biznesi aparan insan daha məsuliyyətli və daha azad olur. Stressli və məsuliyyətli şəraitə daxil olmağın mənası varmı? Əlbəttə, bəzi insanlar belə işdən həzz alırlar. Lakin əsas səbəb qazancın çox olmasındadır.
Siz dediniz ki, hər kəs biznes sahibi ola bilmir. Əsl biznes adamı necə olmalıdır? O, hansı xüsusiyyətlərə malik olmalıdır?
Bu insanlar çox məsuliyyətli və qorxmazdırlar. Bu, uğurlu biznesin əsas şərtidir. Hətta müəyyən işi bacarmadıqda belə sən ondan yapışırsan. Bilmədiklərini isə işin gedişində öyrənirsən.
Zaman keçdikcə məqsədləriniz dəyişirmi?
Yekun məqsədimi hələ də müəyyənləşdirməmişəm. Bizneslə məşğul olmaq məqsədi yox idi. Hər şey öz-özünə alındı. Əvvəlcə maraqla məşğul olduğum iş daha sonra biznesə çevrildi. İmkanlarım artdı. Müəyyən maliyyə vəsaitinə malik ola-ola qarşına məqsəd qoymusansa, risk etməkdən çəkinmirsən. Pullarının bir hissəsini itirsən də təcrübə qazanar və əylənərsən.
Mənim hazırkı məqsədim – özümü və valideynlərimi təmin etməkdir. Bunu elə indi də edə bilirəm, lakin orta səviyyədə. Məqsədim valideynlərimə daha yaxşı həyat bəxş etməkdir. İstəyirəm ki, onlar istədikləri yerə istədikləri vaxt səyahət edə bilsinlər. İstəyirəm ki, bu şəraiti onlar üçün özüm yaradım.
Valideynlərinizin uğurlarınıza münasibəti necə idi?
Hər an onların suallarına və etirazlarına rast gəlirdim. Onlar mənim uğur qazanacağıma inanmır, məndən daha dərindən düşünüşməyi xahiş edirdilər. Amma mən onları başa düşürəm, axı onlar sovet dövrünün adamlarıdır. Bilirik ki, əsl biznes adamını başqasının fikri maraqlandırmır. Biznes adamı öz həyatını qurduqda başqasının fikri ilə hesablaşmır.
Xarakterinizin möhkəmlənməsində idmanın rolu oldumu? Bəlkə idman sizin mübariz xarakterinizə əlavə stimul verdi?
Mən hər zaman öyrənməyə çalışmışam, hər zaman özümü istedadsız hesab etmişəm. Biri piano ifa edir, digəri rəqs edir, mahnı oxuyur, şəkil çəkir, mənsə heç nə bacarmıram. Mən öyrənirəm, şən və ağıllı qızam, amma istedadım yoxdur. Pole dance məşqlərində iştirak etmək imkanı yaranand, daxilimdə sanki nə isə alışdı. Orada istedadım meydana çıxdı, məni çoxları təriflədi.
Ailədə hər zaman sevimli olmuşam, lakin ailədə məni heç zaman tərifləyən olmayıb. Ailəmizdə emosiyalar kifayət qədər mülayim şəkildə bildirilir. İlk valideyn tərifini mən bu il martın 8-də eşitdim. Anam mənə, "Sən çox ağılısan, sən bizim dayağımızsan"- sözlərini dedi. Mən çox xoşhal oldum. İdman mənim xarakterimi möhkəmlədirdi desəm, yanılmaram. Məndə özünəgüvən hissi yarandı. Şəkillərimi sosial şəbəkələrdə paylaşdıqdan sonra bir neçə müsabiqədə qalib oldum. Yeri gəlmişkən, mən şəkil çəkdirməyi hər zaman sevmişəm və bundan heç zaman utanmamışam. Bəzən mənim əvəzimdən valideynlərim utanırdılar. Onlar öz "komplekslərini" üstümə yönəltməyə çalışırdılar. Mənsə heç nəyi vecimə almırdım. Bəli, mən bəstəboyam, nə olsun ki?
İnsanların öz istədiklərini etməyə, o cümlədən biznes qurmağa mane olan nədir?
Canımıza hopdurduğumuz və sonra əks etdirdiyimiz yad stereotiplər və qazanılmış komplekslər. Etinasızlıq sənətinə yiyələnmək çox vacibdir. Bunsuz heç nə etmək olmaz. Başqasının fikrindən asılılıq aradan qaldırılmalıdır. Lakin bu zaman anarxiyadan söhbət gedə bilməz. Əlbəttə, artıq hərəkətləri məhdudlaşdıran əxlaqı da nəzərə almaq lazımdır.
Keçmişinizdə nəsə dəyişmək istərdinizmi?
Mən istədiyim yerdəyəm, çünki hər zaman istədiyimi etmişəm. Bəzən mən maaşsız könüllü işdə işləmək üçün çox yaxşı işdən imtina etmişəm. Bütün bunlar öz müsbət nəticəsini verib. Səhərlər yuxudan oyandıqda heç nəyin dəyişmədiyini, hər şeyin əvvəlki kimi olduğunu görmək istəyirəm.