Tatyana Tsıgankova, Oriflame məhsulları üzrə təlimatçı:
Quru dəri uşaqlıqdan və ilin istənilən vaxtında nəm və təbii yağ çatışmazlığından əziyyət çəkən dəridir. Quru və susuz dərilər arasındakı əsas fərq budur: quruluq - qalıcı bir əlamətdir, dəri növüdür, susuzlaşma isə sadəcə müvəqqəti bir vəziyyətdir.
Həqiqətən də dərinizin quru və həssas olub-olmadığını necə bilmək olar? Sadə bir test edək. Bu ifadələrdən hansı sənin dərin üçün doğrudur?
-
incə və həssasdır;
-
yağlı parıltısızdır;
-
məsamələr demək olar ki, görünmür;
-
tez-tez soyulur;
-
fiziki təsirə qızartı ilə reaksiya verir
-
toxunuşda qeyri-bərabər hiss oluna bilər;
-
dartınma hissindən əziyyət çəkir;
-
yaşlanmanın erkən əlamətlərinin görünməsinə meyllidir.
Fikrində nə qədər çox hə dedinsə, bir o qədər də dərinin həqiqətən quru olması ehtimalı çoxdur.
SƏBƏB NƏDİR?
Çox vaxt yağ bezlərinin işində pozğunluqlar olduğu zamanı dəri quruyur.
Onlar çox az sebum ifraz edir və bununla dərini təbii qidalanma və qoruyucu maneədən məhrum edirlər. Nəticədə o, tez bir şəkildə nəmi itirir və mənfi ətraf mühit amillərinin təsirinə qarşı praktiki olaraq müdafiəsiz qalır.
Digər səbəblər də var:
1. İrsiyyət. Quru dəri genetik amillə bağlı ola bilər.
2. Günəş qəbuluna sevgi. Birbaşa günəş işığı dərini qurudur və onun immunitetini azaldır.
3. Yanlış qulluq proqramı. Yanlış seçilmiş məhsullar - məsələn, tərkibində spirt olanlar - dərinin dehidrasiyasına və yaşa bağlı dəyişikliklərə səbəb olur.
QURU VƏ HƏSSAS DƏRİYƏ NECƏ QULLUQ ETMƏK OLAR?
1. Təmizlənmə
Həmişə yatmazdan əvvəl kosmetikanı yu (gücün yoxdursa və çox yatmaq istəsən belə) və heç bir halda dərini pambıqla sürtmə.
Təmizləmə üçün təbii maddələr kompleksli quru və həssas dəri üçün Optimals Təmizləyici gel-kremi kimi incə kremli teksturalı məhsullar daha uyğun olacaq. O, dərini makiyaj və çirklərdən yumşaq şəkildə təmizləyir və dərinin təbii lipid balansını qoruyur.
2. Tonlama
Müntəzəm tonlama quru dəriyə qulluqda vacibdir. Niyə? Dəri nə qədər təmizdirsə, nəmləndiricilər o qədər yaxşı hopulur. Tonik dərinin qoruyucu funksiyalarını da bərpa edir. Pambıq yastığına bir az tonik vurub təmizlədikdən dərhal sonra üzünü ovuşdurmağa çalış. Quru/Həssas dəri üçün Optimals yumşaq tonikdən istifadə et. Spirt ehtiva etmir, dərini tonlayır və sakitləşdirir, makiyaj qalıqlarını və çirklərdən təmizləyir.
3. Nəmləndirmə
İki növ nəmləndirici istifadə et. Səthi nəmləndirmə dərinin səthində nəmi tutan və onun buxarlanmasının qarşısını alan görünməz bir maneə yaradır. Səthi səviyyədə nəmləndirməni kremlər təmin edəcək, quru/həssas dəri üçün ideal nəmləndirici gündüz kremi ideal uyğun olacaq.
Dərin nəmləndirmə dəridəki nəm molekullarını birləşdirir və hüceyrələrin bərpası üçün şərait yaradır. Bu işdə serumlar və maskalar kömək edəcək.
4. Qidalanma
Gecə kremi quru dərinin qidalandırılması üçün daha çox məsuliyyət daşıyır. Əsas vəzifəsi, dərini hidrolipid balansını qorumaq və dərinin qoruyucu xüsusiyyətlərini bərpa etmək üçün lazım olan lipidlər, amin turşuları və yağlarla doydurmaqdır.
Optimals Qidalandırıcı Üz Dəstəkləyicisi kremin təsirini artırmağa kömək edəcəkdir.Gündüz və ya gecə kreminə bir neçə damcı əlavə edin və dərinin yumşaqlığını qaytarır, məxmər və nəmləndirir.
DAHA NƏYƏ DİQQƏT YETİRMƏK LAZIMDIR
● Quru və həssas dəri xüsusilə foto qocalmaya həssasdır. Qışda olsa da, hər gün əsas qulluqdan sonra SPF 30 Optimals multi qoruyucu gündüz kremi istifadə et: zərərli ultrabənövşəyi radiasiya sıx buludların içindən belə nüfuz edir və ağ qarda əks olunur.
-
● Spirt, qələvi, mineral yağlar, aqressiv səthi aktiv maddələr kimi komponentlər olan məhsullardan çəkinin. Onlar quruluq, aşınma, qızartı və dartınma hissi yaradır. Tərkibində gil olan məhsullarla ehtiyyatlı ol - onlar dəridən nəmi çəkir.
● Yumşaq aşınma üçün aqressiv pilinqləri AHA turşulu məhsullar ilə əvəz et. Zərif pilinqlər ideal olacaq
● Tərkibində dərini sərbəst radikallardan qoruyan antioksidantlar axtar (onlar yaşlanmanı stimullaşdırır): C, E, A vitaminləri, maqnezium və selen, bəzi bitki və giləmeyvələrin ekstraktları.