Wellness tərzində həftə sonu

Bayram günlərində çəkinin oxları özünü qeyri-müəyyən aparır. Dostlarla əyləncələr, ailəvi şam yeməkləri, çoxlu yemək və içki artıq kaloriyə səbəb olur. Ancaq sonra peşman olmaqdan çıxış yolu var. Bu haqda bizim ekspertlərimiz Anke Qinzburq və Yelizabet Nordstrom danışacaq.

GECƏ ƏYLƏNCƏLƏRİ VƏ SAĞLAM QİDANI UYĞUNLAŞDIRMAQ MÜMKÜNDÜR!

1. Bayram günü üç müxtəlif yeməkdən ibarət süfrə heç də qeyri-adi deyil. Bu halda çox vaxt kərə yağı və ya qaymaqla hazırlanmış supu ötürərək, salatdan yeyin.

2. Yeməyi çox çeyniyərək asta-asta yeyin. Belə sən daha tez doyaraq daha az kalori qəbul edəcəksən. Həmçinin çox çeynəmək həzm prosesinə xeyirdir.

3. Əgər gecədə “ isveç stolu” dursa onda balacaq boşqab götürərək onu necə dəfə doldurmağı nəzərdə tutduğunu özünə söz ver. Ancaq bunu yeməyə baçlamamışdan öncə et. 


BAYRAMDA DA FORMADA OL

1. Əgər sənin çox gərgin iş cədvəlin varsa onda bəzi dəyişikliklərlə daha çox hərəkət edəcəksən: Məsələn, liftdən imtina edərək, pilləkənlərdən istifadə et, Avtobudan tez duş və ya maşını daha uzaqda saxla ki, gəzməyə kifayət qədər məsafə qalsın.

2.  Rəfiqəni kofe içməyə dəvət etmək əvəzinə onu gəzintiyə dəvət et. Sən nəinki söhət edə biləcəksən, hətta orqanizminə xoş gərginlik də verə bilərsən.

3. Hər hansısa işlə məşğul olanda digər faydalı hərəkətlər et. Məsələn: dişlərini təmizlədiyin vaxt oturub qalx, yaxud uzanıb telefonla danışdığın vaxt ayaqlarını  yuxarı qaldırıb-sal. 


HƏTTA ƏN GƏRGİN GÜNDƏ BELƏ GÜCLÜ OL

1. Orqanizmindəki su balansına xüsusilə nəzər yetir – çoxlu su iç. Əyləncə gecəsində ağ çaxır varsa onu mineral su ilə qarışdırıb iç, bu orqanizmin üçün daha az zədəli olacaq. Həmçinin belə içki daha dadlı və həmçinin dəblidir ( belə qarışıqdan alınan kokteylin adı “Şpris”) . 

2. Səhərə qədər olan əyləncədən qaçmaq mümkün deyilsə, heç olmasa 20 dəqiq yuxun üçün vaxt ayır. Sən daha gümrah və ayıq olacaqsan. 

3. Növbəti gün yorğunluğu çıxartmaq üçün daha çox yatma, bu sənin yuxu ritmini və normanı sıradan çıxardacaq.Nəticədə sən özünü daha yorğun və pis hiss edəcəksən.  

HEÇ NƏYƏ BAXMAYARAQ ƏSƏBLƏŞMƏ

1. Tətilini elə planlaşdır ki, sənin idman zalına getməyə, sağlam qida hazırlamağa və sağlam yuxuya vaxtın qalsın. 

2. Hədiyyələr və ünsiyyət – çox vacibdirlər. Ancaq bir şeyi də yadda saxla ki, doğmalar və yaxınların üçün ən yaxşı hədiyyə  - sənin sağlam və xöşbəxt olmağındır. 

3. Özünə təşəkkür gündəliyi tut.  Bayramlar – doğmalarına hisslərin və təşəkkürünü bildirmək vaxtıdır. Ona görə də özünə gündəlik tutaraq təşəkkür etmək istədiyin hər şeyi ora qeyd et.  Bu cür özünü aparmaq modeli yaxşı hərəkət olması ilə bərabər stresdən əla çıxış yoludur. 
 

GÜNÜNÜ DÜZGÜN BAŞLA

1. Təbii yoqurt, təravətli meyvələr və « Neçural Balans” kokteyli – belə az kalorili və faydalı səhər yeməyini hazırlamaq bir neçə dəqiqəni aparacaq.

2. qan dövranını yaxşılaşdırmaq üçün yuxudan ayılan kimi yaxşıca dartın. Əllərini yuxarı qaldır, barmaqlarını bir-birinə keçirərək başının üstünə keçirt. Yaxşıca dartınaraq bədənini oyat.

3. Səhər gecikmələri sənin yağ turşularından olan Omeqa-3, astaksantin və multivitaminlər  kompleksini qəbul etməyi unutmağına səbəb deyil. Bunlar ürəyi, beyni, dərini və əzələləri möhkəmlədir. 



Mətn: Şəkil: Shutterstock & Fotolia