Kişilərin sualları

Biz kişilərin dəriyə qulluq üzrə ən çox verilən suallarını cavablandırdıq ki, sən istənilən problemin həllində birinci yerdə olasan.

SAÇLARIMDA KƏPƏK VAR. NƏ EDİM?

Kəpək - kişi saçları ilə olan ən ümumi problemlərdən biri olaraq, düzgün qayğı nəticəsində asanlıqla aradan qaldırılır. İlki öncə, müvafiq şampun seçin. Qadınlara nisbətən kişilərdə saç dərisi adətən 50% daha çox yağlıdır, ona görə də rəfiqənin istifadə etdiyi şampundan istifadə etmək lazım deyil. Həmçinin “ uniseks” sayılan şampunlardan da istifadə etmək lazım deyil. Bu dərini təmizləyən və məsamələrdə olan artıq yağı rədd edən məhz kişilər üçün xüsusi bir məhsul olmalıdır. 

İkincisi, başını çox isti su ilə yuma – bu dərini qıcıqlandıraraq, problemi daha da ağırlaşdırır. Başını daha çox iliq suyla yu və saç dərisini dırnaqlarınla çızma. Üçüncüsü isə tərkibində spirt olan istənilən saç məhsulundan imtina et. 


Saçlarım nazikləşib. Bu prosesi necə dayandıra bilərəm ?

Əgər bu səni sakitləşdirəcəksə bildirmək istərdik ki, saçların nazikləşməsi 35 yaşdan yuxarı 40 % -dən çox kişiləri narahat edən əsas problemdir. Əgər bu cavab səni qane etmirsə, onda səninlə həqiqətən kömək olacaq həlləri paylaşırıq. İlk öncə kəpəkdən qurtulmaq metodlarında olduğu kimi, düzgün qulluq vasitələri seçmək lazımdır.  Heç bir şampun sənin saçlarının daha intensiv uzanmasına kömık edə bilməz, lakin, düzgün seçilmiş qulluq vasitələri, saçlara daha  qalın və canlı görkəm verərək, sağlam saç efekti yarada bilir.  Profilaktika məqsədi ilə saç düzümünün yaradılmasında istifadə olunan vasitələrdən az istifadə etmək və ya ümumiyyətlə onlardan istifadə etməməyi məsləhət görərdik. 

Gözlərimin altında tünd dairələr və şişkinlik var. Onlarla necə mübarizə aparım?

İlk öncə onu qeyd etməliyik ki, göz altındakı tünd dairələr çox vaxt irsi faktor daşıyır və bu halda onun qarşısını almaq mümkün olmur. Bir şeyi də unutmaq olmaz ki, göz qırağı dərisi digər nahiyyələrdən daha fərqlidir. O ətraf aləmin təsirinə digər nahiyyələrlə müqayisədə daha çox qalır.  Ona görə göz dərisinə xüsusi qulluq lazımdır. Gözətrafı kremdən başqa ən yaxşı vasitə 7-8 saatdan az olmayan,  sağlam yuxudur.

Təraşda  kəsiklər və cızıqlardan necə qaçmaq olar (boğazda və üzdə )?
Bu demək olar ki, hamının başına gəlir. Lakin daha qalın tülərə sahib olanlar bu problemə daha yaxındırlar. Bunun üçün mütəmadi olaraq skrabdan istifadə etmək lazımdır. Skrab məsamələrdə ölmüş tük follekullarını təmizləyərək, tüklərin daha rahat və düzgün istiqmətdə çıxmasına kömək olur.  Əgər sən öz xarici görünüşünün qeydinə qalırsan, onda üz üçün təmizləyici cihaz al. Başqa cür üz dərisinin dərindən təmizlənməsi mümkün deyil. 


Qırışların yaranmasının qarşısını necə almaq olar?

Ən əsası üz dərisinin nəmləndirilməsidir. Dəri nə qədər quru olarsa qırışlar bir qədər çox yaranar. Ancaq nə qədər ki, dərinin üç əsas düşməni olan: günəş şüası, siqaret çəkmə və şəkəri aradan qaldırmasan ən güclü krem belə köməyinə çatmaz. Beli, məhz şəkər. Çünki, şəkər kolagen sintezini korlayaraq qırışların yaranmasına və dərinin sallanmasına kömək olur. 


Bədənin hansı hissələrinə ətrin çəkilmısi daha düzgündür?

Çoxları düşünürlər ki, ətri düzgün olaraq qulağın arxasına və bilgək hissəsinə istifadə etmək lazımdır. Ancaq bunula da onlar səhvə yol verirlər. Əslində bu nahiyyələrdə bədən temperaturu daha yüksək olduğuna görə ətir tez bir müddətdə yox olacaq. Ətri düzgün olaraq sinənin yuxarı hissəsinə istifadə etmək lazımdır. Oç sənin dərin və köynəyin arasında qalacaq və boyun hissəsindən də ətri yayılacaq. Eyni prinsiplə, ətri bisept və dirsək boşluğunun daxilinə də tətbiq edə bilərsən.


Mətn: Şəkil: Getty Images, Fotolia