Yaşlanmanın ilk əlamətləri: müəyyənləşdirmək və qarşısını almaq!

Yaşlandıqca dərimiz dəyişir, yəni onun ehtiyacları da dəyişir. Buna görə, yaşlanmanın ilk əlamətləri ilə effektiv şəkildə mübarizə aparmaq və onların əmələ gəlməsinin qarşısını almaq üçün düzgün qulluq məhsullarını seçmək çox vacibdir.

YAŞLANMA ƏLAƏTİ: SUSUZLAŞMA

Nə baş verir
20 və bir az daha artıq yaşın olduqda dərin hamar və elastikdir və gəncliklə saçır. Ancaq zaman keçdikcə o, daha az yeni hüceyrə istehsal edir, daha nazik olur və tutqun, susuzlaşmış görünür. Vaxt keçdikcə yağ vəzilərinin işinin yavaşladığı üçün quruluq artır. Hormonal keçid menopauz zamanı da baş verir - estrogen səviyyəsi azalır, androgenlərin miqdarı isə, əksinə, artır. Buna görə dəri daha çox "su" itirir.

Həll
Susuzlaşma yaşlanmanın ümumi əlamətlərindən biridir, lakin dərinə daha çox nəm vermək heç vaxt gec deyil! Düzgün nəmləndirmə sağlam dəri maneəsini yaratmaq üçün çox vacibdir. Yaşına uyğun gündüz
 və gecə kremini seç və hər gün istifadə et. Tərkibində amin turşuları, antioksidantlar, minerallar və vitaminlər olan nəmləndiricilər dərini nəm ilə doyurur və yaşlanmanın ilk əlamətləri ilə mübarizə aparır.

 
YAŞLANMA ƏLAMƏTLƏRİ: QIRIŞLAR

Nə baş verir
Günəş, zaman, genetika - bütün bunlar yaşlanma amilləridir. 40 yaşında dəri 20 yaşına nisbətən daha az kollagen istehsal edir və bu səbəbdən daha incə olur, möhkəmliyini və elastikliyini itirir. Ancaq məsələ yalnız bunda deyil - sənin həyat tərzin çox vacibdir! Yuxu çatışmamazlığı, siqaret çəkmək , şirniyyata həddindən artıq sevgisi və yanlış qidalanma dəri vəziyyətini pisləşdirir, qırışların əmələ gəlməsinə və tonus itkisinə səbəb olur. Düzgün qidalanma və faydalı vərdişlər dəriyə düzgün qulluq qədər vacibdir.

Həll
Hamıya məlumdur ki, düzgün qidalanma yaxşı görünməyə və özünü yaxşı hiss etməyə kömək edir. Dərini də lazımi maddələrlə qidalandırmaq lazımdır - buna görə də qulluğun tərkibi böyük əhəmiyyət kəsb edir. Antioksidantlar, vitaminlər, minerallar, amin turşuları - gündəlik qulluqda nə qədər faydalı komponent varsa, nəticə bir o qədər yaxşı olacaq! Gecə kremi seçərkən effektiv şəkildə qidalandıran və bərpa edən məhsullara üstünlük ver. Bu məhsulların tərkibində əvəzolunmaz yağ turşuları var (məsələn, Omega-3 və Omega-6) - onlar dəri maneəsini bərpa edir, elastikliyi artırır və dərinin quruluşunu yaxşılaşdırır.

 
YAŞLANMA ƏLAMƏTİ: GÖZLƏRİN ALTINDAKI TÜND HALQALAR

Nə baş verir
Əgər sən çox yatmırsansa, duzlu yeməklər sevirsənsə, kifayət qədər su içmirsənsə, kompüterdə çox işləyirsənsə - çox keçməmiş gözlərin altında tünd halqalar və torbalar yaranacaq. Onlar dərinin incəlməsi və kapilyarların zəifləməsi səbəbindən əmələ gəlirlər və gözlərimiz yorğun görünür.

Həll
Əlbətdə ki, daha çox su içməyə və ən azı 8 saat yatmağa dəyər - amma bundan əlavə yaşlanma əlamətlərini azaltmağa və incə dərini zədələnmədən qorumağa kömək edən göz kremini
 seçməyə dəyər. Tərkibindəki kofein dartışdırır və şişkinliyi azaldır. Aestsin mikrosirkulyasiyanı gücləndirir, kapillyar divarlarını möhkəmləndirir və göz ətrafını parlaq edir. At şabalıdlı estsini ilə Optimals Age Revive  yaşlanma əleyhinə gözətrafı dəri üçün kremi sına. O, dəri ilə təmasda olarkən soyuyur və dərhal yenilənmə və parlaqlıq effektini göstərir!


 

YAŞLANMA ƏLAMƏTİ: TUTQUN DƏRİ

Nə baş verir: Yaşlandıqca dərinin teksturası dəyişir, onun səthində ölü hüceyrələr yığılır və dəri tutqun olur. Dəri təmizləməsinə diqqət yetirməyin vaxtı çatdı!

Həll
Çirklənmələri təmizləmək və dəri teksturasını yaxşılaşdırmaq üçün həftədə bir dəfə maskalar və ya skrablardan istifadə et. Həmçinin gündəlik olaraq serumdan
 istifadə etmək tutqunluğun öhdəsindən gəlməyə kömək edəcək. C vitamini, AHA turşuları ilə məhsullar (məsələn, südlü və qlikolik), hüceyrələrdə bərpaedici prosesləri stimullaşdırır və qüsurların öhdəsindən gəlməyə kömək edir. İstifadədən əvvəl təlimatları diqqətlə oxumağı unutma! Dərini qorumaq üçün çölə çıxarkən günəşdən qoruyucu kremlərdən istifadə etdiyindən əmin ol.

YAŞLANMA ƏLAMƏTİ: HİPERPİQMENTASİYA

Nə baş verir
Dəridə melaninin çox olması səbəbindən hiperpiqmentasiya əmələ gəlir. Bu hər yaşda, istənilən dəri növü ilə baş verə bilər. Amma həyat boyu dərinin nazilməsi və pis bərpa olmasına görə biz onunla daha çox qarşılaşırıq.

Həll
 Hiperpiqmentasiyanın qarşısını almaq üçün ən yaxşı vasitə günəşdən qorunmaqdır, buna görə SPF  istifadə etdiyindən əmin ol. Mövcud problemləri aradan qaldırmaq üçün isə effektiv inqrediyentlər tələb olunacaq. Antioksidantlar haqqında bir daha düşünməyin vaxtı gəldi - dəriyə qulluq sahəsində onların demək olar ki, superqəhrəman bacarıqları var! Antioksidantlar kollagen istehsalını bərpa edərək sərbəst radikallarla mübarizə aparmağa və möhkəmliyi artırmağa kömək edir.

Onlar heç vaxt çox olmur! Kosmetika çantanı yoxla - ən populyar antioksidantlara C vitamini, niasinamid (B3 vitamini), retinol (A vitamini), polifenol və flavonoidlər aiddir. Bəzi flavonoidlər C və E vitaminlərindən daha effektiv təsir göstərə bilər!

 

Yaşlanma əlamətlərini aradan qaldırmaq və onların əmələ gəlməsinin qarşısını almaq üçün yalanma ələyhinə Optimals Age Revive seriyanı sına!