İstənilən dəri növü üçün nəmləndirici vasitə seçirik

İstənilən dəri növünün nəmləndirilməyə ehtiyacı var. Lakin bu o demək deyil ki, bütün dəri növləri üçün nəmləndirilmənin yeganə həll yolu var. Biz məsləhət almaq üçün Melina Qaleadiyə müraciət etdik.

HƏSSAS DƏRİ

Əlamətlər: qızartı, dartılma və ya qaşınma. Bu dəri növü istənilən qıcıqlandırıcılara – nəmləndirici vasitədən tutmuş kosmetik inqredientlərə qədər dərhal reaksiya verir.

Bir qədər elm
Dərinin yuxarı qatı müdafiə rolunu oynayır: istənilən maneələrdən qoruyaraq kifayət qədər dəri nəmləndirilməsini təmin edir. Həssas dəri növlərində isə üst qat daha rahat keçilən olur. Ona görə də bu dəri növləri maye itkisindən daha az müdafiə olunur. Müdafiə nə qədər aşağı olarsa, dərinin ətraf mühitə həssaslığı daha yüksək olur. Yaşlandıqca müdafiə effekti aşağı düşür və nəticədə dəri daha çox qurumağa başlayır. 

Problemin həlli
Nəmləndirici, sakitləşdirici və müdafiəedici vasitələr. Məsələn, quru və həssas dəri üçün nəmləndirici günüzgecə kremi Optimals Hydra Care (sən yatan zaman təbii müdafiə qatını daha çox möhkəmləndirir.

YAĞLI DƏRİ

Əlamətlər: genişlənmiş məsamələr, iltihabi proses, T-nahiyyədə qara nöqtələr. Bu dəri növü çox sayda sebum ifraz edir, nəticə etibari ilə günün sonunda qeyri-bərabər makiyaj, göz qapaqlarında göz kölgələrindən xətlər, mobil telefon ekranında makiyajı görmüş olacaqsan.

Bir qədər elm
Sebum çoxluğu — dərinin disbalansda olmağının əlamətidir. Bəzən biz yağlı dərinin lazım olduğundan daha çox təmizləyirik. Bu da sebum ifrazının artmasına səbəb olur. Bu problemdən qurtulmaq üçün balanslaşdırılmış və nəmləndirici vasitələrdən istifadə et.

Problemin həlli
Yüngül teksturlu donuqlaşdırıcı vasitə, eyni zamanda əlavə sebum ifrazını azaldaraq dərini nəmləndirir. Sənə yalnız yağlı nahiyyələrlə mübarizə aparmaq qalır. Bizim tövsiyəmiz — yağlı dəri üçün donuqlaşdırıcı günüz kremi - flüid Optimals Hydra

QURU DƏRİ

Əlamətlər: solğun luq, dolmuş məsamələr, mimik qırışlar, yüngül qızartı. Bu problemlərin üzərinə dıri dartılması və qabıqlanma da gələ bilərik.

Bir qədər elm

Dərinin quruluğu epidermisin bacarığından asılıdır. Onun xarici qatı nəmləndirilmə balansının səviyyəsini normada saxlamalıdır. Çox vaxt dərinin quruması yaşlandıqca və ya klimat dəyişikliklərindən meydana gəlir.  Sebum ifrazı azaldıqca dəridə quruluğun aertmasına gətirib çıxarır. Soyuq hava şəraiti və temperatur dəyişikliyi qış mövsümündə dəriyə mənfi təsir göstərərək, onu qurudur.

Problemin həlli

Komfortlu teksturlu qidalandırıcı vasitələr. Nəmləndirici günüz kremi və quru/həssas dəri üçün gecə kremi Optimals Hydra Care istifadə et.

KOMBİNƏOLUNMUŞ DƏRİ
Bu dəri növünü dərhal təyin etmək olduqca çətindir. Kombinəolunmuş dəri növlərinin sahibləri alın, çənə və burun nahiyyələrində (T-nahiyə) yağlılıq, yanaqlarda isə quruluq müşahidə edirlər.  

Bir qədər elm
Kombinəolunmuş dəri — hava şəraitinə görə də quruluqdan əziyyət çəkə bilər. Sebum ifrazı qızmar klimatda artır və soyuq temperaturda aşağı düşür. Orqanizmdə baş verən hormonal dəyişikliklər də dəriyə təsir edə bilir. Bu cür dəri növünə qulluq etdikdə balansı saxlamağa çalış, T-nahiyyədəki yağdan nə qədər qurtulmağa çalışmaq istəməsən də nəmləndirici vasitələrdən istifadə etməyin vacib olduğunu bil.  


Problemin həlli
Dərinin vəziyyətinin müxtəlif olmasına baxmayaraq biz tip - quru dəri üçün və ya yağlı dəri üçün uyğun gələn vasitələrdən istifadə etməyi tövsiyə edirik. Sənə dərinin nəmliliyini və parlaqlığını saxlayan, həmçinin xoşagəlməz yağlılıqdan azad edəcək bir vasitə lazımdır. Nəmləndirici günüz və normal/kombinəolunmuş dəri üçün gecə kremi Optimals Hydra Radiance istifadə etməyi tövsiyə edirik. 

Mətn: Şəkil: Oriflame and Getty