“Bir qayda oaraq, öz xarici görünüşündən razı olmayan insanlar, 10 il öncə görsəndikləri kimi görsənmək istəyillər, lakin əksinə olaraq daha yaşlı görsənirlər. Bunun yerinə makiyajda nəyin sənin üz cizgilərini vurğulaya bilmeyini düşün. “Mürəkkəb” makiyaj texnologiyalarndan olan: qara maye-göz kölgəsindən aşağı kirpiklərdə istifadə etmək, qaşların korreksiya olunması, dodaqlara qalın qələmlərdən istifadə olunması və.s istifadə etmə, çünki, bunlar hamısı sadəcə olaraq yaşının üstünə yaş gələcək”.
2-Cİ SƏHV: DÜZGÜN SEÇİLMƏYƏN MAKİYAJ ƏSASI
“ Ağır makiyaj əsası qırışlara dolaraq onları vizual olaraq daha qa qabarıq görsədəcək. Ona görə də yaş artıqca daha çox zərif strukturlu makiyaj əsasından istifadə etmək lazımdır. Həmçinin çox miqdarda makiyaj əsasından istifadə də qırışlara dolaraq insanı daha yaşlı göstərməyə səbəb olur. Əsasdan sonra az parıltılı ənlikdən istifadə et: parıltılı dəri donuq dəriyə nisbətdə həmişə daha cavan görsənir.
3-Cİ SƏHV: DÜZGÜN RƏNGDƏ SEÇİLMƏMİŞ KİRŞAN
Kirşan üz dərisinə parıltılı və təravətlə görünüş verir, lakin kirşanın rəng tonunda səhvə yol vermək kifayətdir ki, əks təsir alasan. Qəhvəyi rəng tonlarında kirşan istifadə etmək məsləhət deyil, o çox vaxt çirkli effekt verir. Onun yerinə daha çox təbii çalarlara və şaftalı rəng tonlarına üstünlük ver. Üz dərisinə cavanlıq vermək üçün ən mükəmməl variant təbii rəngli kirşanı almacıqlara çəkməkdir.
4-Cİ SƏHV: PARILTILI GÖZ KÖLGƏLƏRİ
“ Torzvari parıltılı göz kölgələri sənə lazım olan məhsul deyil. Struktur etibarilə onlar qırışlara dolaraq onları vizual olaraq daha çox vurğulayır. Cavanlıqda belə göz kölgələrindən istifadə etməkdə pis heç nə yoxdur, lakin yaşlandıqca bunu etmək olmaz. İpək və ya donuq göz kölgərindən istifadə etmək makiyajı daha effektli edəcək”.
5-Cİ SƏHV: MAKİYAJDAN ÇOX STİFADƏ ETMƏK
«Makiyajdan çox istifadə etmə. Makiyaj nə qədər sadə olarsa bir o qədər effektli görsənər. Kirpiklər üçün yaxşı tuş, majiyaj öncəsi nəmləndirici əsas, şaftalı rəng çalarlarında təbii kirşan və nyud çalarında dodaq boyası – təravətli və cazibədar görsənmək üçün başqa bir şeyə ehtiyac yoxdur. Ağır makiyajı unut. Yaşa dolduqca səninçün “ az çox deməkdir” prinsipi əsas olmalıdır.