MENOPAUZA ZAMANI DƏRİ NECƏ DƏYİŞİR?
Menopauza zamanı dəridə nə baş verdiyini bilmək üçün menopauzanın nə olduğunu və hormonların necə işlədiyini bilmək lazımdır. Hormonlar özləri – "molekul siqnalları" olaraq bədənə fizioloji və ya psixoloji dəyişikliklərdə necə aparmağı anladırlar. Bu cür hormonlardan biri estrogendir. Məhz bu hormon "qadın hormonu" anlamı ilə mənalandırılır. Estrogen zülal sintezində, maye mübadiləsində , həmçinin orqanizmin digər funksiyalarında iştirak edir. Estrogenin onun sintezinə cavab verən orqanizm üçün ən əsas zülallardan biri kollagendir. O həmçinin dərinin elastik və hamar olması üçün mütləqdir.
Estrogen həmçinin qlikozaminoqlikan sintezinə də cavab verir – uzun zəncirli yarım-saxaridlər mayeni özünə çəkərək dərinin təbii maye səviyyəsini saxlamağa kömək edir.
Menopauza ilə əlaqədar orqanizmdə estrogenin səviyyəsi aşağı düşməyə başlayır və bu dəyişikliklər aşağıdakı dəyişikliklərlə büruzə verir:
- Dəri nəmlənməsi səviyyəsi aşağı düşür
- Kollagen istehsalı aşağı düşür
- Hüceyrəarası dəri matriksi zədələnir, melanin yığılması ilə nəticələnir. (piqment ləkələr artır)
MENOPAUZA DÖVRÜNDƏ DƏRİNİN ƏSAS PROBLEMLƏRİ HANSILARDIR?
Menopauza dövründə ən geniş yayılmış dəri problemləri – quruluq, qırışların artması, piqmentasiya və kollagen sontezinin aşağı düşməsi ilə elastikliyin azalması kimi problemlər meydana çıxır.
MENOPAUZA DÖVRÜNDƏ DƏRİNİN XÜSUSİ QULLUĞA EHTİYACI VARMI?
Bəli, bu dövrdə dərinin xüsusi qulluğa ehtiyacı olur. Menopauza dövründə və ondan sonra dərinin xüsusi qidalanmaya, nəmlənməyə, həmçinin qırışların və piqmentlərin azalmasına təsir edən qulluğa ehtiyacı olur.
MENOPAUZA DÖVRÜNDƏ ÜZ DƏRİSİNƏ NECƏ QULLUQ ETMƏK?
Qidalandırma, nəmləndirmə, qırışların azalması üçün kompleks qulluq (məsələn, kollagenin ifrazını stimulyasiya edən vasitələr) və piqment ləkələrin azalması.
MENOPAUZA DÖVRÜNDƏ HANSI MƏHSULLAR TÖVSİYƏ OLUNUR
Mən NovAge Time Restore seriyası məhsullarını tövsiyə edərdim. Bu seriyanın bütün məhsullarının tərkibində genistein və hialuron turşusu mövcüddur. Bunlar menopauza dövründə dəriyə qulluq üçün əsas elementlərdir.
50 YAŞDAN YUXARI QADINLARA HANSI ƏSAS MƏSLƏHƏTİ VERMƏK OLAR?
Əsas – özünüzə və dərinizə qulluq etməyi davam etməkdir. Sizin yaşınız özünüzü hansı yaşda hiss etməyinizdəın asılıdır! Özünüzün qeydinə qalın, kompleks qulluğun vacibliyini unutmayın, ozu gündəlik prosedurların bir hissəsinə çevirin, kifayət qədər maye qəbul etəyi unutmayın, günəşin birbaşa şüalarında uzaq olun və faydalı qidalanın.