Zərərli ətraf mühit: təbiət faktorları dərinə necə təsir göstərir

Hər gün sən və sənin dərin ətraf mühitin zərərli təsirinə məruz qalır. Hansı faktorlar daha zərərlidir və onlarda necə qorunmaq mümkündür? Bu sualları bizim dəriyə qulluq üzrə mütəxəssisimiz Melina Qaleadi cavablandıracaq.

1. ULTRABƏNÖVŞƏYİ ŞÜALANMA

«Günəş dərimizin ən təhlükəli düşmənlərindən biridir. UB-şüalanma elastin və hüceyrələrdəki kollageni zədələyir. Bu da öz növbəsində qırışların əmələ gəlməsinə, üz konturlarının itməsinə səbəb olur. Bununla yanaşı günəş şüaları dəri tonunun dəyişməsinə və piqment ləkələrin yaranmasına – birbaşa olaraq yaşlanma əlamətlərinin müydana gəlməsinə gətirib çıxarır.

Mütəxəssis məsləhəti:

“Havanın dumanlı olması, hətta soyuq qış aylarında belə SPF tərkibli kremlərdən istifadənin mütləq olmasını deməkdən bezmirəm.  Gündəlif istifadə üçün SPF-15 tərkibli məhsullarda istifadə etmək lazımdır. Əlavə müdafiəyə ehtiyac duyursan? Onda mən piqmentasiyaya qarşı SPF-35 tərkibli Optimals Even Out SPF 35 krem-flüidi tövsiyə edirəm. “

2. TULLANTILAR VƏ ÇİRKLƏNMƏ

Tullantılar və çirklənmə kimi faktorlar orqanizmimizə daxildən tənəffüz sisteminə, xaricdən isə dərimizə mənfi təsir göstərir. Ultrabənövşəyi şüalar kimi hüceyrələrin çirklə dolması da dərinin qurumasına və vaxtından əvvəl yaşlanmasına səbəb olur.

Mütəxəssis məsləhəti:

«Ətraf mühitin çirklənməsinin dərimizə çox böyük təsiri var. Əgər sən şəhərdə yaşayırsansa bu problemlərdən qaçmaq demək olar ki, mümkün deyil. Ona görə də qulluq rasionuna bir-neçə faydalı adəti əlavə etməyi tövsiyə edərdik. Mütləq olaraq hər gün, gündə iki dəfə, səhər və axşam dərini təmizlə. Həmçinin təmizləmə ilə yanaşı dəri qurumasına qarşı vasitə və parlaqlağın qaytarılması üçün məhsullardan istifadə et. Diqqətinizi Optimals Age Revive Even Out məhsullarına yönəltməyi tövsiyə edərdik.  Onların tərkibindəki Anti-Pollution Active kompleksi dərini ətraf mühitin xarici təsirindən müdafiə edərək ona parlaqlığı qaytaracaq. 

3. SİQARET ÇƏKMƏK

Yeni heç bir məlumat yoxdur: tütün tüstüsu dərinə çox ziyandır. Zərərli tütütn tüstü porsiyasını almaq üçün heç də özünüzün siqaret çəkməyiniz mütləq deyil. Passiv siqaret çəkmə heç də az təsirə malik deyil və nəticə etibarilə vaxtından əvvəl yaşlanma, həmçinin qırışların əmələ gəlməsinə səbəb olur.

Mütəxəssis məsləhəti:

"Siqaret çəkmə – bu mənim əsas məsləhətimdir” . 

4. KONDİSİONERLƏR VƏ MƏRKƏZİ İSTİLİK SİSTEMLƏRİ 

Çoxumuz otaqdakı temperaturun daha komfort temperatura dəyişmək üçün radiatorlar və kondisionerlər istifadə edirik. Təəssüf ki, bu da dərimizə olduqca mənfi təsir göstərir. Mərkəzi istiləndirmə sistemi və radiatorlar otaqda havanı qurudullar, demək bununla yanaşı dərin də qurumağa başlayır. Kondisionerlər həmçinin dərinin qabıqlanması və qıcıqlanmasına səbəb olur.

Mütəxəssis məsləhəti:  

“Bu faktorlarla mübarizə aparmaq üçün ən sadə çıxış yolu kompleks qulluğu gündəlik adətə çevirmək lazımdır. Təmizlənmə, tonik, gözətradı dəri kremi, daha sonra günüz və ya gecə kremi – dörd sadə, yalnız effektli addım”. 

Mətn: Şəkil: Oriflame, Getty