Öz işini qurmağın üstünlükləri və maddi faydası

Çoxları öz işini qurmaq istəyir, lakin bunu tək-tək insan edir. Əgər səndə öz işini qurmaq istəyindəsənsə, sənin nə kimi hisslər keçirdiyini anlayırıq. Biz bilirik səni necə ilhamlandırmaq olar. İnandırıcı gəlmir? O zaman, məqaləni oxu!

1. İSTƏDİYİNİ EDƏ BİLƏRSƏN

Ofisdə oturaq həyat keçirməkdən, müdirlərdən və hər addımına görə hesabat verməkdən bezmisən? Bunların hamısını unut və öz işini qur! Artıq ofisdə vaxt keçirməyə, saysız hesabsız müşavirələrdə iştirak etməyə və kondisionerin yandırılmasına (və ya söndürülməsinə) görə mübahisə aparmağa ehtiyac qalmayacaq. İstədiyin yerdən işlə: evdə, kafedə, çimərlikdə və ya dağlarda. Özün öz müdirin ol və həyatını öz bildiyin kimi planlaşdır.

2. EVDƏN OFİSƏ, OFİSDƏN EVƏ GETMƏYƏ VAXTINI İTİRMƏYƏCƏKSƏN

Səhər tezdən işə xaotik yığışmaq, tıxaclar, ləng nəqliyyat, pis hava şəraiti - məsafənin problem olduğuna daha 13 səbəb tapmaq olar. Bütün bunları unut. Özün üçün işləyəndə sənin ofisin bütün dünya olacaq. Bonus kimi isə daha az stress, daha çox pul və asudə vaxt.

3. VAXTINI İSƏ YALNIZ ÖZÜNƏ VƏ ÖZ İŞİNƏ SƏRF ET

Gün ərzində işə və istirahətə ayıracağın vaxtı özün təyin edirsən. Bu ildə 28 gün davam etmir - il boyu nə zaman istədin və nə qədər istədin işləyə bilərsən. Artıq futbola, uşaq tamaşasına və ya həkimə getmək üçün icazə almağa lüzum qalmayacaq. Məzuniyyətə çıxmaq üçün iki həftənin işini qabaqcadan etməyə də ehtiyac yoxdur. Ailənə və xobbinə vaxtını ayır, özünü və arzularını üstün tut.

4. YENİLİKLƏRƏ, BİLİKLƏRƏ YİYƏLƏN

İnkişafın üçün hansı keyfiyyətlərin sənə lazım olduğunu hamıdan yaxşı məhz sən bilirsən. Mühasibatlıq olsun, proqramlaşdırma olsun və ya dəb dərsləri - seçim sənindir. Səni daha da xoşbəxt edəcək və biznesinə faydalı olacaq məqamlarda fikrini cəmlə. Sən inkişaf etdikcə sənin biznesin də inkişaf edəcək.

5. 100% HƏYATINI YAŞA

Çox güman, öz həyatını istədiyi kimi yaşaya bilməyən insanları görmüsən. Bu olduqca kədərli bir görüntüdür. Bundan necə vaz keçmək olar? İlk öncə, nəyə qadir və malik olduğunu düşün. Düşündüyün çox da ürəkaçan olmasa belə həyatında dəyişikliklər edə bilərsən. İlk addımı atmağa qorxursan? Məsuliyyəti öz üzərinə götürəndə qorxu və şübhələr puç olub gedəcək. İkincisi, məqsədinə doğru addım-addım gedəcəyin yolu seç və prioritetlərinə uyğun qərarlar ver. Özün öz müdirin olanda hansı yolla irəliləmək və nə etmək kimi suallarına təkcə sən cavab verirsən. Gözlərini yum və ən dəlisov arzunu təsəvvür et. Xəyalında arzunu yaşamağa cəhd et. Bu arzunu həyata keçirsən səhərin, günortan, axşamın necə keçəcək? Sən nə hiss edəcəksən? Keçirdiyin hissləri yadda saxla: kollaj hazırla, onun təsvirini ver və vaxtaşırı bu xatirələrinə qayıt. Üçüncüsü, arzularını ən xırda məqamlarına kimi necə həyata keçirəcəyini düşün. Nədənsə başla və dəyişikliklər özünü çox gözlətməyəcək. Boş yerə demirlər - düşüncələr maddiləşə bilir.

 

Mətn: Şəkil: Getty Images