“Laqom” tərzində həyat: yeni İsveç trendi haqda danışırıq

Danimarkanın hyüqqe həyat fəlsəfəsi əvəzinə yeni lagom adlı trend gəldi. İsveç dilindən tərcümədə mülayimlik, adekvatlıq - “nə çox, nə az - tələb olunan qədər” deməkdir. Bu balansı necə tapmaq və gündəlik həyatımıza tətbiq edilməsi haqda danışırıq.

LAQOM, ANCAQ LAQOM

İşveç tərzində yaşamaq təkcə sadə həlləri seçmək və işi çətinləşdirməmək anlamına gəlmir. Sən bu üsulu bütün həyatına tətbiq etməlisən.

1. LAZIMSIZ ƏŞYALARDAN QURTUL

Müxtəliflikdə pis nəsə yoxdur. Amma gəl səmimi olaq, ancaq bir neçə dodaq boyası və kirpiklər üçün tuş istifadə edirsənsə, sənə həqiqətən qalan 20-si lazımdır? Yeni və istifadə olunmamış sənin üçün lazımsız əşyaları hədiyyə et, köhnələri at. Rəfiqələrinin, bacının və ya ananın bu cür gözlənilməz hədiyyəyə şad olacağına əminik. Sən isə kosmetik çantanda boş yerin əmələ gəlməsinə şad olacaqsan.



2. KAPSULLU QARDEROB İSTİFADƏ ET

Geyim dolabını nəzərdən keçir. Qapısı bağlanırmı? Orda olan bütün paltarları geyinirsənmi? Geyindiyin bütün əşyaları bəyənirsənmi? Yaxşıca düşün və köhnəlmiş (həm görünüşcə, həm tərzi baxımdan) paltarları bir qırağa qoy, onları rəfiqələrinlə dəyişə, sata və ya ehtiyacı olanlara hədiyyə edə bilərsən. Nəticə olaraq səhərlər daha az stress keçirəcəksən, yığışmağa daha az vaxt sərf edəcəksən və lazımsız geyimlərdən qurtulduğun üçün xoş duyğular keçirəcəksən. Gələcəkdə bu vəziyyət ilə bir daha qarşılaşmamaq üçün kapsullu qarderob prinsipinə riayət et: bütün əşyalar bir biri ilə uyğun olmalıdır.

 3.“YOX” DEMƏYİ ÖYRƏN

“Yox” demək bacarığı bəlkə də həyatımızda ən vacib bacarıqlardandır və laqom-da əhəmiyyətli yer tutur. Çünki həqiqətən tələb olunan və faydalı işlərə vaxt ayırmağı bacaranda və lazımsız işlərdən qurtulanda həyatımız harmoniyaya yaxınlaşır. Bizə isə elə bu lazımdır!

4. SƏRHƏDLƏRİ MÜƏYYƏNLƏŞDİR

İş noutbukunu evə götürmə. Telefonu söndür. Sən 24/7 rejimdə onlayn olmalı deyilsən. Sərhədləri müəyyənləşdirməyi öyrən ki, fərqli rolları 100% yaşaya biləsən.

5. 
SƏNİ XOŞBƏXT EDƏN İŞLƏRİ GÖR

İşlər iki cür olur - bir hissəsini məcburuq etməyə, digərini isə istəyirik həyata keçirməyə. Bu iki anlayış arasında məsafəni azaltmağa çalış və ən əsası, o birilərin gözləntilərini doğrultmaq məcburiyyətində olmadığını unutma.

Son dəfər nə zaman özünə vaxt ayırmısan? Şəxsi maraqlarını hamıdan üstün tutmusan? Gizli arzularını həyata keçirmisən? Test suallarına cavab ver və nə dərəcədə dolğun həyat yaşadığını öyrən.

Mətn: Şəkil: Oriflame