Yox cavabından necə qorxmamaq və onlarla necə işləmək lazımdı

Biz qorxu ilə necə üz-üzə qarşılaşa biləcəyimizi, rədd cavabları ilə necə işlədiyimizi və ən maraqlısı - onlardan necə faydalana biləcəyimizdən söyləyəcəyik..

QORXU HARDAN ƏMƏLƏ GƏLİR?

Hər hansı bir qorxu hissi ilə qarşılaşdıqda onun köklərinin olduğu yerini tapmağa çalış. İp ucu: hamımız nə vaxtsa uşaq olmuşuq. İlk rədd cavabını aldığın situasiyanı və onun səndə yaratdığı hissləri xatırlamağa çalış. Bunun heç xoş hal olmadığını bilirik. Ancaq uşaqlıq həyacanları  çox vaxt böyüdükdən sonra verdiyimiz qərarlara təsir edir - bəlkə keçmişdə olanları  unutmaq  zamanı artıq gəlib çatıb? Daxilindəki uşağa yazığın  gəlsin, ona lazımi sevgini və dəstəyi ver, çünki indi "böyüklər" məhz bizik. 

ALACAĞIMIZ CAVAB BİZİ TƏŞVİŞƏ SALMAMALIDIR

Rədd cavabını eşitmək qorxusu təsəvvür etdiyimizdən də çox maneə törədir. Bəzən bu səbəbdən layihəyə başlaya bilmirik, vəzifə artımını tələb edə bilmirik və ya sadəcə sual soruşa bilmirik, halbuki uğur gazanmaq üçün bütün şanslarımız olur. Yoxsa, qorxunc "yox" cavabını eşidərkən səbəbini araşdırmadan dönüb gedirik. Satış ilə məşğul olan hər bir sahibkar sizə bunu deyəcək: insanlar arasında bütün əlaqələr və kommunikasiyalar "YOX" sözü ilə başlayır. Ən maraqlısı daha sonra baş verir. 

SORUŞMAĞA UTANMAYIN VƏ “XEYR” SÖZUNU “BƏLİ”-YƏ DƏYİŞİN.

"Xeyr" heç də son deyil. Bəzən başqa insanlar üçün təklifinizi qəbul etməyə özunəinam, informasiya və ya resurs çatışmamazlığı imkan vermir. Və ya pis əhval-ruhiyyə. Buna görə yaxın gələcək üçün əsas məqsədiniz "Niyə?" sualının mahiyyətini öyrənməkdir. Yalnız mtinanın səbəbini biləndən sonra onunla işləyə bilərsiniz. Və sadəcə söhbət etmək ilə bir çox vəziyyətin həllini tapacağına təəccüblənəcəksən.

MƏŞQ ELƏ!

Rədd cavabını eşidə biləcəyin situasiyaları özün üçün yarat. Menyuda olmayan yeməyi kafedə sifariş et, tanımadığınız adama onun iti ilə gəzməyini təklif et, iclasda dəlisov fikir təklif edin. Lakin ilk "xeyr" cavabını eşitdikdən sonra davranış strategiyasını dəyiş. İnsanların təklifini qəbul etməsinə mane olan və vəziyyətin yaxşılaşdırılması üçün nə edə biləcəyini öyrən. Əgər hələ də rədd cavabı ilə  üzləşirsənsə, ehtimal var ki, geri çəkilməyə dəyər. Ancaq digər hallarda kompromis  tapana qədər dialoq aparın. Buna bir oyuna göstərdiyiniz münasibət bəsləyin. Rədd cavabının sənin üçün adi, başa düşülən və qorxu hissi yaratmayan hala gəlməyincə davam et. Paralel olaraq karyera yüksəliyişinin və özünə inamın artmasını müşahidə et.

Mətn: Şəkil: Oriflame