2022-ci ildə əsl ekoloji kosmetika nə deməkdir?

Bu gün baxım vasitələrinin istehsalçılarından ekologiyaya daha çox hörmət göstərmələrini gözləyirlər. İndi inqrediyentlər nəinki insanlar üçün tam təhlükəsiz olmalıdır, həmçinin təbiətə, suya və torpağa mənfi təsir göstərməməlidir, tərkibində mikroplastik olmamalıdır, onların istehsalı ətraf mühiti mümkün qədər az çirkləndirməlidir... Ekoloji baxıma dair bir çox tələblər var – və biz ümidləri doğrulduruq! Love Nature xətti həmişə öz təbii inqrediyentləri ilə məşhur olub, lakin indi o, daha da yaxşılaşıb. Onu necə təkminləşdirdiyimizi və bunun nə üçün lazım olması haqqında daha çox öyrən.

Yenilənmiş formullar BƏDƏN və saçlar üçün LOVE NATURE məhsulları daha da ətirli oldu və xətt yeni birləşmələr və teksturalarla zənginləşdirildi. Əvvəllər olduğu kimi, parabenlərsiz və silikonlarsız – və sadəcə təbii inqrediyentlərlə yanaşı, hər bir məhsulda indi ən azı bir 100% orqanik inqrediyent var (əslində, çoxunda iki dənə!). Planetin su resurslarına yükü azaltmaq üçün indi bütün yuyulan formullar bioparçalanandır. Əgər məhsulda skrablaşdırıcı hissəciklər varsa, bu zaman onlar tamamilə təbii mənşəyə malikdirlər – tərkiblərində heç bir qadağan olunmuş mikroplastik yoxdur.

 

Daha çox təbiilik, daha çox məlumat
Tərkiblər daha təbii oldu – və biz bunu hər etiketdə qürurla nümayiş etdiririk. İndi hər bir sabun, kondisioner, krem və bədən losyonu üzərində təbii mənşəli inqrediyentlərin dəqiq faizini tapmaq olar: hər şey qablaşdırmanın üzərində yazılıb.

Bu dəyişiklik şampunların, gellərin və duş kremlərinin, həmçinin maye sabuna etiketlərinə aid olmadı – yalnız ona görə ki, onların tərkibində vacib və tamamilə təhlükəsiz inqrediyentlərdən biri hələ sintetik olaraq qalır. Gördüyün kimi, biz tam olaraq dürüstük.

Daha çox şirəli ətir və maraqlı teksturalar
Biz inqrediyentlərin bütün ən sevimli birləşmələrini qoruyub saxladıq və yenilərini də yaratdıq – eyni dərəcədə şirəli və cəlbedici ətirə malik olanları. Xoş hisslər əlavə etmək üçün isə biz dolğun və yumşaq teksturalar yaratdıq – onlardan həqiqətən ayrılmaq mümkün deyil!

 

Təkmilləşdirilmiş effektivlik
Hisslərlə yanaşı, effekt də çox vacibdir – buna görə də bədən və saçlar üçün bütün vasitələrin formulları təkmilləşdirilib və yaxşıca sınaqdan keçirilib. İndi bədən kremləri 48 saatadək nəmləndirir – sınaqlarla sübut olunub.

Daha ekoloji qablaşdırma
Formulalar bizim təkmilləşdirdiyimiz yeganə şey deyil. İndi Love Nature-ın hər bir qablaşdırması qismən yenidən işlənmiş plastikdən hazırlanıb – və onun ehtivasının faizi birbaşa qablaşdırmanın üzərində yazılıb. Və, əlbəttə ki, hər qablaşdırmanı təkrar emala verməklə dünyada plastik kütlənin miqdarını azaltmaq olar.

Əgər sən hər məhsul haqqında daha ətraflı oxumaq istəyirsənsə, buraya keçid al. Orada hər bir məhsulun həm effekti haqqında, həm də təklif etdiyimiz şirəli birləşmələr haqqında bütün məlumatları – planetə belə sevgi ilə yaratdığımız xətt haqqında hər şeyi tapa bilərsən.