Kosmetik tullantıların miqdarını azaldırıq

Eko-döyüşçü olmağa və makiyajdan istifadə edərkən tullantıları azaltmağa kim hazırdır? İsrafçı vərdişlərlə vidalaşmaq və daha ekoloji həyat tərzi sürmək asandır – praktiki məsləhətlərimizdən istifadə et. Makiyaj çantana zərər vermədən asanlıqla ekoloji cəhətdən təmiz məhsulların seçimini necə edə biləcəyini öyrən!

Daha qalıcı qablaşdırma ilə olan məhsulları seç

Kosmetik məhsullardan istifadə edərkən tullantıları azaltmaq sadəcə daha ekoloji cəhətdən təmiz qablaşdırma ilə məhsulları seçməklə edilə bilər. 100% təkrar plastikdən hazırlanmış Love Nature şampun və kondisionerə, emal edilmiş şüşəyə qablaşdırılmış dəri parlaqlığı effektli serum-yağ Waunt və ya Meşə Qəyyumlar Şurasının (FSC®) tərəfindən sertifikatlaşmış odundan hazırlanmış THE ONE makiyaj üçün fırçalar.

Biz ən qabaqcıl ekoloji qablaşdırma texnologiyasından istifadə etməyə çalışırıq. Məsələn, Duologi krem kondisionerləri Albéa şirkətinin Reflex 2 texnologiyası ilə hazırlanmış şüşələrə qablaşdırılır. Qablaşdırma texnoloqumuz Asimina Lulya, Reflex 2-dən hazırlanmış alüminium ehtiva etməyən qablaşdırma Brüsselin RecyClass təkrar emal qiymətləndirməsi şirkəti tərəfindən qəbul edildiyini və Avropa təkrar emal standartlarına tam cavab verdiyini izah edir. Bu maraqlı inkişaf haqqında daha çox məlumatı burada oxuyun (ingilis dilində).

Özün üçün təbii kosmetik məhsulları və orqanik ekstraktları kəşf et

Love Nature vanna və bədən üçün vasitələr seriyası sayəsində eko-günah hissi yaşamadan özünə qayğı göstərmək olar . Hər bir sabun parçası, kondisioner, bədən kremi və Love Nature losyonu ən azı 95% olaraq təbii mənşəli inqrediyentlər ehtiva edir. Üstəlik, bütün yuyula bilən formulalar bioloji parçalanabiləndir. Love Nature - bu, düşüncə və zövqün mükəmməl birləşməsidir, bu, təhlükəsiz, ekoloji cəhətdən təmiz və təbiətlə harmoniyada yaradılan məhsullardır.

 

Refillərə və ya digər ekoloji alternativlərə üstünlük ver

Refillər kosmetik tullantıları azaltmağın daha bir əla üsuludur. Bizim Essense&Co maye əl və bədən sabunumuz mövcud gözəl şüşəni asanlıqla doldura biləcəyiniz refil versiyasında gəlir. Bu həll plastikin istifadəsini 76 ml həcmli bir şüşə ilə müqayisədə 300% azalda bilər və bu da uzun müddətli perspektivdə iqtisadi cəhətdən sərfəlidir. Alternativ olaraq, bar sabununa keçmək olar. Swedish Spa masaj sabunu ovucu minimalist qablaşdırmada satılır və uzun müddət ərzində istifadə oluna bilir, yəni tullantıların miqdarı da azalır.

Yenidən istifadə edilə bilən alternativlərdən istifadə et və mümkün olan hər şeyi təkrar emala ver

Kosmetik tullantıların azaldılmasına gəldikdə, hər kiçik addım vacibdir. Buna görə mümkün qədər təkrar istifadə prinsipinə əməl et. Çox miqdarda tullantıların yaranmasına səbəb olan bir dəfə istifadə olunan məhsullar əvəzinə, yuyula və təkrar istifadə oluna bilən daha ekoloji alternativləri seç, məsələn, dərinin təmizlənməsi üçün təkrar istifadə oluna bilən disklər və ya üz üçün silikonlu fiksasiyaedici təkrar istifadə edilə bilən maska.

Həmçinin boş kosmetik qablaşdırmanı da atma! Onu zinyət əşyaları, saç aksesuarları və ya xırda aksesuarları saxlamaq üçün istifadə et. Qablaşdırma təkrar istifadə edilmək üçün uyğun deyilsə, onun düzgün şəkildə utilizasiya olunmasına diqqət yetir. Məsələn, .SE parfüm suyunun bütün flakonları fırlanan pompa ilə təchiz olunub, o da qablaşdırmanın bütün elementlərini ayırmağa və təkrar emala verməyə imkan verir.

Bonus-məsləhət:sadəcə olaraq daha az kosmetika al (bəli, təsəvvür et!)

Hamımız gözəllik məhsullarını sevsək də, yadda saxla ki, gözəllik tullantılarını azaltmağın ən asan yolu lazımsız məhsulları almamaqdır. Növbəti dəfə səbətinə məhsul əlavə etmək istəyin yaransa, ona həqiqətən də ehtiyacının olub-olmadığını və ya bunun sadəcə lazımsız xərclər və planetə yük olub-olmadığını düşün.

Mətn: