Obraz 1: yüngül qranj
90-cı illərin üsyankar makiyajı yenidən dəbdədir - podiumlardakı şəkillərin proqnozlaşdırdığı kimi. Smoki ayz, qəhvəyi və ya tünd çalarda tutqun dodaq boyası, tutqun dəri - və bütün bunlar bilərəkdən etdiyimiz təsadüfdür. Rahat ol, məhsulları sözün əsl mənasında barmaqlarınla tətbiq et, qranj ilə hər şey mümkündür.
Obraz 2: parlaq dodaqlar
Bu trend hələ də çox populyardır. İndi o, qidalandırıcı dodaq balzamlarından, "şüşə" parıldadıcılardan və dərin nəmləndirici təsirə malik yağlardan istifadə etməklə yaradılmışdır. Beləliklə, dodaqlar sözün həqiqi mənasında nəmlənəcək, üstəlik bir az daha parlaq rəng əldə edəcəklər.
Obraz 3: neon və pastel
Parlaqlıq istəyirsən? Tam zamanıdır! Bu bahar parlaq neon çalarlarından tutmuş gözəl pastellərə qədər bütün rəngləri əhatə edir. Sərin və ya isti çəhrayı-gavalı çalarlarına və ya parlaq yaşıl və ya mavi tonlara diqqət yetir. Ruhumuzdakı baharı parlaq makiyajdan daha yaxşı nə əks edə bilər ki
Obraz 4: ənlik dreypinqi
Yanaq sümüklərinə çəkdiyimiz və gicgaha tərəf "çəkdiyimiz" ənlik 70-ci illərin vintaj texnikası adlanır. İndi bu meqa məşhurdur! Aramızda qalsın: belə bir zərif aypara üzü optik olaraq qaldırır.
Obraz 5: parıltılar
Parıldayan makiyaj detalları bu mövsümün şənliklərinin hitləridir. Qaşlarına, göz qapaqlarına, yanaq sümüklərinə parıltı çək. Seçdiyin nə olursa olsun, səni digərlərindən fərqləndirəcək makiyaj olacaq. Buna hazırsan?
Hamısı elə budur! Vintaj ənlik tətbiqindən diskoteka qaşlarına qədər - bu baharın trendlərində hər kəs üçün nəsə var. Bəs sən, yeni bir şey sınamağa hazırsan?