NovAge ProCeuticals nədir

Bəzən yalnız bir dəriyə qulluq məhsulu dərinizin vəziyyətini və görünüşünü tamamilə dəyişdirə bilər. NovAge ProCeuticals - xüsusi dəri problemlərini həll edən və görünən nəticələr verən effektiv məhsullar seriyasıdır. Onların necə işlədikləri barədə daha çox məlumat əldə et!

ProCeuticals xəttindən öz məhsulunu seç!
Geniş spektr dəri problemlərini həll etməyə kömək etmək üçün, xəttdəki hər məhsul güclü aktiv inqrediyent əsasında hazırlanır. Xoş xəbər: istənilən ProCeuticals məhsulunu müvəqqəti olaraq adi qulluğa daxil etmək və lazım olduqda istifadə etmək olar. Sənin dərinin ehtiyaclarına hansı məhsulun olmasını öyrənməyi səbirsizliklə gözləyirsən? O zaman onları daha yaxından tanıyaq!

10%-lik C vitamini ilə serum

Əgər səndə:
Hiperpiqmentasiya və qeyri-bərabər tonun digər əlamətləri varsa

Bizim həllimiz:
C vitamini (10%) və su əsaslı sakitləşdirici gel ilə intensiv 4 həftəlik kurs. C vitamini hamar, daha parlaq ton üçün həddindən artıq melanin istehsalını dayandırır və dərini UB zədələnmələrindən və oksidləşdirici stresdən qoruyur. İnnovativ qablaşdırma sayəsində o, birbaşa olaraq qabda nəql geli ilə qarışır və mümkün qədər təzə, konsentrasiya edilmiş və aktiv şəkildə dəriyə nüfuz edir.

Necə istifadə etmək lazımdır?
Məhsulu gündə bir dəfə axşam təmizlənməsindən sonra çək. Bir qablaşdırmada 4 flakon serum var və o, 4 həftəlik istifadə üçün nəzərdə tutulub. İstifadəsi müddəti ərzində retinol və turşularla olan məhsullardan istifadəni dayandır.

Üstünlüklər:

• Həddindən artıq melanin istehsalını dayandırır

• Hiperpiqmentasiyanı və qeyri-bərabər tonun digər əlamətlərini azaldır

• Dərinin tonunu bərabərləşdirir və ona parlaqlıq verir

Niasinamid və sentella ekstraktlı yeniləyici üz maskası 

Əgər səndə:
Tutqun dəri və zəifləmiş qoruyucu baryer varsa

Bizim həllimiz:
Niasinamid (2%) və təbii Asiya sentellası ekstraktı ilə sakitləşdirici və intensiv şəkildə nəmləndirici bioselüloz maskası. Öz müalicəvi xüsusiyyətləri ilə tanınan Asiya sentellası kollagen sintezini stimullaşdırır və dərini sakitləşdirmək və bərpa etmək üçün hüceyrə fəaliyyətini artırır. Niasinamid müdafiə f unksiyalarını yaxşılaşdırır və dəriyə sağlam parıltı verir.

Necə istifadə etmək lazımdır?
Dərinin əlavə bərpası lazım olduğu istənilən vaxtda təmizlənmədən 15-20 dəqiqə sonra çək.

Üstünlüklər:

• Dərhal solğun və susuzlamış dəriyə parlaqlığı qaytarır

• Dərini dərhal bərpa edir

• Sakitləşdirir və yumşaldır

 

Retinol ilə yaşlanmaya qarşı serum-konsentrat

Əgər səndə:
Mimik və dərin qırışlar varsa

Bizim həllimiz:
Qırışlarla mübarizə və dəri teksturasını bərabərləşdirmək də daxil olmaqla bir çox problemi həll edə biləcək retinol ilə yaşlanma əleyhinə qulluq (1,1%). O, kollagen sintezini və dərinin yenilənməsini stimullaşdırır, beləliklə mimik və dərin qırışları açır. Serumumuzdakı retinol kapsullaşdırılıb: o, maksimum effektivliyi təmin etmək üçün qoruyucu polimer qabığı ilə dəriyə nüfuz edir.

Necə istifadə etmək lazımdır?
Məhsulu gündə bir dəfə axşam, təmizlənmədən sonra çək. Ən yaxşı nəticə əldə etmək üçün 4-8 həftəlik kurs şəklində istifadə et. İstifadəsi zamanı gündüz vaxtı SPF ilə məhsullardan istifadə et, günəşə məruz qalmanı azalt və turşular və C vitamini ilə məhsullardan imtina et.

Üstünlüklər:

• Qırışları azaldaraq, hüceyrə səviyyəsində fəaliyyət göstərir

• Dermisdəki nəmlənmə səviyyəsini artırır, dərini daha elastik edir

• Dərinin yenilənməsini stimullaşdırır - o, daha sağlam görünür

 

Dərinin yenilənməsi üçün AHA turşuları ilə serum-pilinq

Əgər səndə:
Qeyri-bərabər dəri teksturası və nəzərəçarpan məsamələr varsa

Bizim həllimiz:
Alfa hidroksi turşularına (AHA) əsaslanan eksfoliant: laktik (3%) və qlikolik (3%), o, dəridə səthi kimyəvi pilinq kimi təsir göstərir. AHA turşuları ölü hüceyrələri aşındıran və təbii yenilənməni stimullaşdıran təbii maddələrdir. Bu proses dərinin parlaqlığını qaytarır və qırışların, genişlənmiş məsamələrin, piqmentasiyanın və digər qüsurların görünməsini azaldır.

Necə istifadə etməli?
Məhsulu həftədə 1-2 dəfə axşam təmizlənməsindən sonra çək. Ən yaxşı nəticə üçün 4-6 həftə ərzində kurs şəklində istifadə et. İstifadə müddəti ərzində gündüz vaxtı SPF ilə məhsullardan istifadə et və və günəşə məruz qalmanı azalt.

Üstünlüklər:

• Məsamələri vizual olaraq olaraq azaldır və dərinin solğunluğunu aradan qaldırır

• Dəri teksturasının səthini bərabərləşdirərək, onu yaxşılaşdırır

• Dərini hüceyrə səviyyəsində yeniləyir, üzə sağlam parıltı verir


Möhkəmliyin artırılması üçün peptidli serum-konsentrat

Əgər səndə:
Tonus itkisi və dəri sallaqlığı varsa

Bizim həllimiz:
Dərini dartışdırmaq və möhkəmləndirmək üçün bitki peptidləri (0,5%) və Tensor Mesh Active kompleksi (4%) ilə intensiv 7 günlük kurs. Bitki peptidləri sallaqlıq və qırışlar kimi yaşlanma əlamətləri ilə mübarizə aparır və kollagen istehsalını stimullaşdırır, tenzor kompleksi isə dərhal liftinq-effekt göstərir.

Necə istifadə etmək lazımdır?
Təmizlənmədən sonra gündə 2 dəfə çək: ampulun tərkibinin yarısını səhər, yarısı isə - axşam. Bir qablaşdırmada 7 ampul serum var və o, 1 həftəlik istifadə üçün nəzərdə tutulub. İstifadə müddəti ərzində retinol və turşularla olan məhsullardan istifadəni dayandır.

Üstünlüklər:

• Dərini gücləndirir və dartışdırır - dərhal və 7 gün ərzində

• Kollagen istehsalını stimullaşdırır

• Qırışlar daha az nəzərəçarpan olur

 

Aktiv inqrediyentlərin gücünü özün üçün kəşf etməyə hazırsan? Yeni NovAge ProCeuticals xətti haqqında daha ətraflı məlumat.

"Dəyişikliklərə doğru" byuti marafonuna qoşul, aparıcı mütəxəssislərlə birlikdə özün və dərin haqqında daha çox məlumat əldə et.

Mətn: