Nadir ekzotik qida məhsullarının alternativi kimi hansı superqida məhsulumuz var?
Bu superqida məhsulumuz yaşıl qarabaşaqdır. Onun bir dəfə dadına baxan xarici vətəndaşlar ondan əl çəkmirlər. Mən bir çox xarici baş-aşpazla işləmişəm, qarabaşağı bir dəfə gördükdən sonra onlar ondan öz yeməklərində tez-tez istifadə edirlər. Qarabaşaq bizə qürur verən əsl slavyan məhsuldur. Yaşıl qarabaşağın başqa qarabaşaq növlərindən üstünlüyü onun daha faydalı olmasındadır. Həmçinin arpa yarması və pərinc kimi tam toxum dənli bitkiləri də insan üçün faydalıdır. Quşüzümü və mərcangilə, həmçinin digər ölkələrdə də bitir, lakin onlar bizimkilərə çata bilməzlər. Sarı böyürtkən və çaytikanı isə mənim çox sevdiyim giləmeyvələrdir. Onları əcnəbilərə təqdim etdikdə əcnəbilər ağıllarını itirirlər. Yeri gəlmişkən, sarı böyürtkəni ingilislər «cloudberry», yəni bulud-giləmeyvəsi adlandırırlar. Bu giləmeyvə həqiqətən də buluda bənzəyir. Nyu-Yorkdakı yeni açılmış restoranımızda sarı böyürtkən və çaytikanından mors hazırlayırdıq. Oranın vətəndaşları tez-tez "Bu, nədir" sualını verirdilər. Biz isə "Bunlar ölkəmizin Şimalından gətirilmiş giləmeyvələrdir. Bir onlarla qürur duyuruq" cavabını verirdik.
Sağlam qida sizin üçün nədir? Sağlam qida istəmədiyin, dadsız, lakin faydalı qida növləri ilə qidalanmaqdırmı?
Dünyada bizə məlum olmayan bir çox sağlam və eyni zamanda ucuz qida növləri var. Onların arasında tam toxum dənli bitkilər, yaşıl qarabaşaq, pərinc xüsusi yer tutur. Kinoa da bu qəbilədəndir. O, heç bir qatqı olmadan yalnız zülallardan, vitamin və minerallardan ibarətdir. Sağlam və keyfiyyətli qida yalnız buxarda bişirilmiş və ya qaynadılmış məhsullar deyil. Əsas tarazlıqdır. Özümüzü hər şeydən məhdudlaşdırmağımız düzgün deyil.
Axı bu məhsulları hər zaman və hər yerdə tapmaq olmur. Məsələn, kinoanı Şimalda necə tapmaq olar?
Bilirsinizmi ki, dondurulmuş giləmeyvələr, meyvələr və tərəvəzlər öz vitaminlərini qoruyub saxlayırlar? Mən Şimalda böyümüşəm. Bizdə quşüzümü, mərcangilə və digər faydalı şimal giləmeyvələri bitir. Biz mövsümdə onları yığıb dondurur və ya zirzəmidə saxlayırdıq. Qışda biz bu giləmeyvələrdən hazırlanmış mors içirdik, bu giləmeyvələri yeyirdik və bütün bunların sayəsində xəstələnmirdik. Məlumdur ki, sarı böyürtkən, quşüzümü və mərcangilə giləmeyvələri C vitamini ilə zəngindir. Zirzəmilərdə temperatur hər zaman müsbətdir. Biz orada kök, kartof, çuğundur, soğan, sarımsaq və turp saxlayırdıq. Bu tərəvəzlər bütün qış boyu xarab olmur və öz vitaminlərini qoruyub saxlayırlar. Bostanımızda yetişdirilən bu tərəvəzlərlə biz fevraladək qidalanırdıq. Sağlam qida hər yerdə var!
Az vaxt sərf etməklə dadlı bir şey hazırlamaq istəyirsən? Yay Gözəllik Kitabındakı reseptlərdən yararlan!