Aksessuar dizayneri ilə müsahibə

Tanış ol, bu Katrin Romeyrdi. Sənin kataloqun və saytın səhifələrində gördüyün yay ekzotik aksessuar kolleksiyasını məhz o ərsiyəyə gətirib.

NİYƏ MƏHZ TİKİŞ? NİYƏ GEYİM YAXUD AYAQQABI DEYİL, MƏHZ DƏBLİ AKSESSUARLAR?

Mən uşaqlıqdan tikiş ilə maraqlanırdım. Anamın geyim dolabı mənim üçün xəzinə dolu bir sandığa bənzəyirdi. Orada  60-70-ci illərin ən dəbli donları, kostyumları, ətəkləri və köynəkləri varıydı. Mənim, hətta gizli bir fikrim varıydı – anamın bəzi geyimlərini götürüb özümə uyğun tikmək istəyirdim. Düşünürdüm ki, belə etsəm mən də əsrarəngiz olacam, ha-ha! Satış məqsədilə tikişə başladıqdan sonra tam obraz üçün mənə nəyinsə çatmadığını anladım. Bu çatışmayan hissə aksessuarlar idi. Çünki məhz onlar obraz haqda hekayəni danışır.

İDEYA NECƏ YARANIR?

Şəhərdən kənara çıxmağı həddindən artıq sevirəm! Sakitliyi hiss etmək və stress, həyəcandan qurtulmaq üçün harasa çox uzaqlara səyahət etmək. Mənim üçün bu cür səyahətlər meditasiyaya bərabərdir. Bir müddət sonra ideyaların ard-arda gəldiyi zaman bu özəl hissi duymağa başlayıram və yaratmaq eşqində olduğumu anlayıram.

Mən Stoqholmda anadan olmuşam və boya-başa çatmışam. 20 yaşımda Çinə köçdüm və orada 8 il yaşadım. Mən dili öyrənirdim, mədəniyyətlərinə yiyələnirdim, lakin bir anda anladım ki, artıq yetər. Artıq yalnız İsveçdə yaşamaq istəyirəm. Mənim evim buradadır və ruhum buraya məxsusdur. Buna görə də ilhamlanmaq üçün ən sevdiyim üsul şəhərdən kənara çıxmaq, balaca bir İsveç kəndinə səyahət etməkdir. 

Həmçinin, minimalist tərzdə işləyən dizaynerlərin fəaliyyətini izləyirəm. “Okean və tropiklər” ekzotik kolleksiyasının printlərinin hazırlanması üçün abstraksiya və şəhər işıqlarını əsas götürdüm. İsveç təbiəti minimalist təbiətdir. Buna görə, mən düşünürəm ki, onu ekzotik printlər və parlaq rənglərlə tamamlamaq olar.

ORİFLAME ŞİRKƏTİ ÜÇÜN AKSESSUAR KOLLEKSİYASI ÜZƏRİNDƏ İŞLƏMƏK NƏ CÜR HİSSLƏR YARADIR?

Çox heyranedicidir! Bu cür istedadlı insanlarla bir komanda üzvü olmaq çox əladır. Biz bir birimizi yarı sözdən başa düşürük, onlar ideyalarımın gerçəkləşməsində mənə böyük kömək göstərirlər. İlk dəfə öz işimi kataloqda, saytda və konfransa gördükdə nələri keçirdiyimi izah etmək çox çətindir mənə. Qısaca desəm, qürur hissi, xoşbəxtlik və məmnuniyyət. Bir məzəli hadisə yadıma düşdü! Bir gün mən Oriflame ilə əməkdaşlıqda yeni çanta hazırladım. Çantanın üzərində kolleksiyanın müəllifi kimi mənim adım qeyd olunmuşdu. Sizcə, daha sonra nə baş verdi? Mən Latın Amerikadakı məsləhətçilərdən Facebook-da onlarla dostluq ismarışı aldım və bir çox dostlarımdan mesajlar gəldi. Mən olduğca utancaq birisiyəm və diqqət mərkəzində olmağa öyrəşməmişəm. Və mən belə təsirin olacağını heç gözləmirdim!

SİZİN ÜÇÜN ƏN VACİB NƏDİR?

Özümə sadiq qalmaq, səmimi olmaq və insanlara hörmətlə yanaşmaqdır. Təbiət və dayanıqlı inkişaf. Zənnimcə, bunlar bir-birinə bağlıdırlar. Mənim üçün ətraf mühitin qorunub saxlanması sadəcə bir trend deyil. Bu işlə məşqul olmaq istərdim. Mən Oriflame ilə əməkdaşlığı çox dəyərləndirirəm. Bu şirkət heç də “birdəfəlik” fashion biznesi deyil. Yeni kolleksiya və məhsulları hazırlayarkən onların bir aylıq deyil, bir neçə mövsümlük yaranmasına çalışıram. Niyə bu belə vacibdir? Alıcıların həddindən artıq alış-verişə ehtiyacı qalmır, yeni aksessuarları almaq üçün bezikdirmiş əşyaları tullamağa lüzumu yox olur. Dayanıqlı inkişaf prinsipləri əsasında hazırlanmış daha bir aksessuar kolleksiyası üzərində böyük məmnuniyyətlə işləyərəm. Oriflame - dünyaca məşhur və hörmət qazanmış İsveç şirkətidir. Və mən hiss edirəm ki, gördüyüm iş dünyanı daha yaxşı edir.

YAY AKSESSUAR KOLLEKSİYASI HAQDA BİR QƏDƏR MƏLUMAT VERİN. ƏN SEVDİYİNİZ AKSESSUARLAR HANSILARDIR?

İlk öncə, göy-narıncı printi olan örpək. Onların hər biri müxtəlif yollarla geyilə bilər: top, ətək, don, kəmər, çanta və ya çalma kimi. Yay üçün əla bir aksessuardır və əl baqajında çox yer tutmur.
İkincisi, kosmetik çantası olan perforasiyalı çanta. Onu özünüzlə həm çimərliyə, həm də ofisə götürə bilərsiniz. Çanta universal dizayna malikdir və tutumludur!
Üçüncüsü, bəzək əşyaları! Mənim universal həllərdən xoşum gəlir. İşgüzar görüş? İstədiyinz komplektə uyğun olacaq incə qərənfil formasında sırğaları taxın. Təmtəraqlı olsun? Çiçək formasında asqısı olan boyunbağı, qızıl suyuna salınmış çanta kəməri  və ya qolbaq. Daha çox parlaqlıq istəyirsən? Rəngli kristallı boyunbağını əlavə et.

Mətn: Şəkil: Frida Satterberq