2022-ci ildə bizi fəth edən yeniliklər

Bu da qış: sosial şəbəkələrdəki bütün lentlər rahat fotoşəkillər və... Əlbəttə ki, ilin nəticələri ilə doludur. Trendlərdən geri qalmayaq və biz də nəticələrimizi yekunlaşdıraq. 2022-ci il sürprizlər və canlı buraxılışlarla dolu idi. Bu il həyatımıza daxil olan ən parlaq və heyrətamiz yenilikləri birlikdə xatırlayaq.

Dəriyə qulluq: 2022-ci ilin yenilikləri

WAUNT: dərin üçün xoşbəxtlik formulaları

2022-ci il xoşbəxt dəri işarəsi altında keçdi! Niyə? Əlbəttə ki, yeni Waunt xətti sayəsində! Bu brend dərinin qoruyucu funksiyalarını artıran, daxildən nəmin itirilməsinin qarşısını alan, xaricdən isə nəmi yavaş-yavaş buraxan və 24 saatlıq kliniki sübut edilmiş nəmləndirməni bəxş edən akvaqat əmələ gətirən Hydrosphere texnologiyası ilə bizi heyran etdi ***.

Baxmayaraq ki, Waunt-un heç bir yaşı tamam olmayıb, bir çox məhsullar artıq bestsellerə çevrilib! Budur onlardan yalnız bir neçəsi: Gündüz kremi "Zen effekti", üz üçün təmizləyici balzam "Dəyişilmə effekti", Maska "Yeniləmə effekti" və əlbəttə gözətrafı dəri üçün "Təzə baxış effekti" stiki.

Məhsul adları özləri özlərini açıqlayır. Brendi dərin nəmləndirmə və makiyaj effektli qulluğa görə sevdik.

 

Yeni Tender Care 

2022-ci ildə özünü üstələyən əfsanə: çəhrayı şüşədəki favoritin daha da yaxşılaşdı! Biz formulu təkmilləşdirərək onu təbii yağlarla zənginləşdirmişik və indi vasitədə 99,9% təbii mənşəli inqrediyentlər var. Biz həmçinin qablaşdırmanın da qeydinə qalmışıq, onu daha rahat və ekoloji etmişik.

2022-ci il boyalarda: makiyaj yenilikləri

İndi bu ili boyalarla dolduran məhsullardan danışaq. Bəli, bəli, əlbəttə ki, söhbət kosmetika haqqında gedir. 2022-ci ilin ən təsirli meykap yeniliklərinin siyahısı ilə tanış ol!

43129 THE ONE taxma kirpiklər effektli tuş 360°

Panoramik boyanma üçün innovativ bükülə bilən fırça və həmçinin dərhal taxma kirpiklər effekti. Kosmetik çantada mütləq masthev - təsiri kliniki olaraq sübut olunub.

Maki̇yaj üçün firçalar

Bəlkə də makiyajın heç vaxt bu qədər əla görünməyib. Və bu, yalnız istifadə etdiyin məhsullarla deyil, həm də bunu NECƏ etdiyinlə bağlıdır. Yenilənmiş makiyaj fırçaları kolleksiyası ilə makiyajın elə görünür ki, sanki elə indi vizajistin yanından çıxdın. Bu, vizajistlərin özlərinin fikridir!

Kirşan fırçasına və tonal kremə, həmçinin maye və krem teksturalarına və kontur üçün fırçalara xüsusi diqqət yetir.  

THE ONE Colour Stylist Ultimate 5-i 1-də ultrakremli dodaq boyası

 Bəli, bəli, bunlar haqqında hamının danışdıqları dodaq boyalarıdır!

THE ONE Colour Stylist Ultimate dodaq boyalarının məhdud kolleksiyası - bu, THE ONE 5-i 1-də sevimli dodaq boyasının bütün üstünlükləri ilə üç yumşaq nüd və üç parlaq zəngin çalardır: ilk çəkilmədən sıx örtük, zəngin çalarlar, kremli finiş, aktiv nəmləndirmə və qidalanma, qalıcı formul.

İlin ətirləri: 2022-ci il nə ilə yadda qaldı?

Əlbəttə ki, 2022-ci ilin ən yaxşı buraxılışlarını müzakirə edərkən ətirlər haqqında susmaq olmaz!

Eclat Nuit

Cüt ətir 2022-ci ilin ilk parfüm buraxılışı oldu.

İlk dəfə olaraq Eclat brendi ətiri parfüm suyunun konsentrasiyası şəklində təqdim etdi! Və bu, hər notda daha çox möhkəmlik və intensivlik deməkdir. Eclat Nuit ətirləri, sevginin heç vaxt yatmadığı bir şəhərin, Parisin romantikasından ilhamlanıb.

Eclat Nuit qadın parfüm suyu 

Bu bohem ətirini qaragilə, şaftalı və sabahgülün parlaq notları açır. Kompozisiyanın mərkəzində klassik yasəmən durur və vanil, müşk və paçulidən ibarət həssas şleyf səslənməni tamamlayır.

Eclat Nuit kişi parfüm suyu 

Naringi və berqamotun oynaq notları, rozmarinin acısı və ləzzətli ətirşah bu gözəl ətirdə həssas qara dəri akkordu ilə kontrast yaradır. 

Nordic Waters

Əminik ki, bu yayı çoxları İsveç sularının sərinliyini təcəssüm etdirən heyrətamiz təravətli ətirlərlə yadda saxlayıb. Ətirlər isti dəridə təravətləndirici su damlaları hissini yaradan Cascalone® molekulundan hazırlanmış eksklüziv Nordic akkorduna əsaslanır.

Nordic Waters kişi parfüm suyu

Hissləri coşduran müəllifin Nordic Waters akkordu və bənövşə və limonun kişi notları.

Nordic Waters qadın parfüm suyu 

Okean molekulunun meyvə yarımtonlarının və mineral nüanslarının gümrahlandıran yüngüllüyü parlaq limonun notu ilə gücləndirilib. Oriflame kolleksiyasında ilk qadın akvatik ətiri!

Əlbəttə ki, Giordani Gold-un qiymətli yenilikləri: klassik ətirlərin yenidən buraxılması və yeni bir şey:

Giordani Gold Good as Gold parfüm suyu

Bu ətir həyatınızın hər anını saf qızıla çevirmək üçün hazırlanıb.

Dəbdəbəli = "Qızıl parıltı" akkordu portağal çiçəyi ləçəklərinin Günəşli notundan və diqqətlə seçilmiş zəfəran ekstraktından – portağal çiçəyi ilə birlikdə ətiri xüsusi qızıl aura ilə dolduran qiymətli ədviyyatdan hazırlanıb.

Planetə qayğı ilə: 2022-ci ilin təbii yenilikləri

Bədən baxımına gəldikdə isə, 2022-ci ildə əsas diqqət planetin ekoloji təmizliyinə və sağlamlığına yönəldilmişdi. Love Nature bu ilin yeniliklərinin "əsas sponsorudur". Duş gelləri, kremlər, şampunlar indi daha da çox təbii ekstraktlar və planetə daha az zərər verən təkmilləşdirilmiş formula ilə.

Love Nature təbii yenilikləri ilə eksklüziv hədiyyə dəstlərini burada axtarın: siyahıya keçid.

Beləliklə, icmalımız başa çatdı. Sevimli 2022-ci il yeniliklərini super qiymətə sifariş etməyə və sevdiyin hər kəsə hədiyyə etməyə vaxt çatdır.