KOPPANİ BERKEŞ, 44 YAŞ
ORİFLAME ŞİRKƏTİNİN KOMMERSİYA MARKETİNQİ VƏ SATIŞ ÜZRƏ VİTSE-PREZİDENTİ
“Uğur nədir anlayışı zamanla dəyişir. Gənc olanda uğur – karyera, pul, beynəlxalq ükafatlar, dəbli restoranlardır. Sonra sən bir qədər böyüyürsən, uğur sənin üçün – möhkəm ailə, qarşılıqlı anlaşma, öz uşaqlarını xoşbəxt həyatla təmin etmək imkanı və yaxşı təhsil olur. Nail olduqlarından həzz almaq bacarığı və əlində olanların qiymətini bilmək – uğurun daha bir tərəfidir.
10-15 il bundan qabaq düşünürdüm ki, kişinin xarici görünüşündə əsas – dəbli geyim və saç düzümüdür. Yaşlandıqca anlayırsan ki, özünə, öz sağlamlığına qayğı – çox vacibdir. Bundan başqa indi həmçinin dəriyə qulluğu da özündə birləşdirən sağlamlığa kompleks qulluq yanaşması kişi üçün qeyri xarakter bir şey olmaqdan çıxıbdır. Əksinə, bu trenddir: sağlam, baxımlı, gənc və təbii görünmək – istisna yox, daha çox ümumi qaydadır.
NovAge Men seriyasının hər bir məhsulunda addım qeyd olunub, ona görə də addımları səhv salmayacaqsınız. Yapışqan tekstur xoşuna gəlmir? O olmayacaq. Krem formulu və zərdab dəriyə dərhal hoparaq ona yumşaqlıq və hamarlıq verəcək. Ən sevimli məhsulum — 2-i-1-də yuyunma vasitəsi və skrab, həmçini göz ətrafı dəri üçün canlandırıcı geldir. Həmçinin mən məhsulların dizayn və qablaşdırmasını çox sevirəm”.
ALEKSEY BEZİMYANNIY, 33 YAŞ,
HƏKİM-TERAPEVT, TELEAPARICI/TELEDOKTOR
“Mənim üçün uğur – səsini eşitdirmək imkanının olmasıdır. İnsanlara verdiyim peşəkar məsləhətlər onların həyatını daha yaxşıya doğru dəyişir, onlara sağlam olmağa və həyatdan zövq almağa kömək edir. Uğur – bu öz fikirlərini reallaşdırmaq, nəticəni görmək və kolleqalarını ilhamlandırmaq imkanıdır. Verliş apardığım vaxt ərzində mən 100 000-dən artıq məktub almışam və bu məni sevindirməyə bilməz.
Mənim işimdə təcili yardımda gecələ növbəsində işləmək, həmçinin 16 saata qədər çəkilişlər mövcüddur. Əlbəttə ki, bunların hamısı üzdə əks olunmaya bilməz: gözaltı tünd kölgələr və yorğun görünüş. Bunlarla yanaşı televiziya qrimi də dəriyə heç də yaxşı təsir etmir. Bu günlərdə mən 2-i-1-də təmizləyici vasitə, gözətrafı gel və nəmləndirici kremdən istifadə edirəm.
SERGEY QAQLOYEV, 35 YAŞ
ORİFLEYMİN APARICI TƏRƏFDAŞI
“Kişi üçün uğur – yaxınlarının gözlərindəki xoşbəxtlikdir. Uğur hissi hər kəsə fərqli gəlir. Əvvəllər, həyat yoldaşımla yanaşı səhnədə duran zaman Olimpiyskinin 25 000 izləyicisinin alqışından sonra o hiss gəlirdi. Orifleymin "Sükan arxasında" proqrammı üzrə iki avtomobil. On minlərlə dollar mükafat. Dünyanın ən yaxşı kurortlarına ildə bir neçə dəfə səyahət. Sonra – Nobel zalında İsveçin kraliçası ilə görüş. İndi isə mən üçüncü uşağım doğulandan sonra mən özümü uğurlu hiss etdim.
NovAge Men seriyasına qaldıqda isə mən təmizləyici vasitə və krem-geli çox bəyəndim. Birinci məhsul xoş təravət hissi verərək, üzdə olan iltihabı aradan qaldırır. İkincisi isə — dərhal hoparaq təraşdan sonrakı qıcıqlanmanı aradan qaldırır”.