Oriflame İsveçin prestijli Beckmans Dizayn Kolleci ilə əməkdaşlığa davam edir. Artıq 3-cü ildir ki, Beckmans kollecinin məzunları, Oriflame Trend Award mükafatının sahibləri ekskluziv olaraq Oriflame üçün aksessuar kolleksiyası hazırlayır. Biz Amanda Borqfors Mesaroşla, Luminescence kollesiyası barədə, Oriflame ilə iş təəssüratları və əlbəttə ki, ilham mənbəyi barədə daha çox öyrənmək üçün görüşdük.
Amanda, səni yüksək moda dünyasında nə cəlb etdi?
Moda- insanlara öz xarakterini, əhval-ruhiyyəsini və tərzini əks etdirməyə kömək edən əsas vasitədir.
Və mən hər zaman bunun bir hissəsi olmağı istəmişəm.
Səni modada ən çox nə ilhamlandırır?
Yeni nəsillər! Mən yeni dünyanın bir hissəsi olduğum üçün cox sevinirəm. İndi insanlara özləri üçün işləmək rahatdır- cari mədəniyyət olsun, musiqi və ya incəsənət olsun, sərbəst ola bilir və əlaqədar sənaye sahələrninin trendlərinə təsir göstərə bilirlər.
Sən kolleksiyalarını Kopenhagen, Stokholm və Paris Moda həftələrində nümayiş etdirmisən.
Gənc dizaynerlər müsabiqəsində Oriflame Trend Award mükafatna layiq görülərkən nələr hiss etdin?
Bu inanılmaz idi! Bu mənim üçün böyük şərəf və dünya üzrə çoxmilyonlu auditoriyalar qarşısında öz işlərimi göstərmək imkanı idi.
Luminescence kolleksiyası üzərində iş nədən başladı?
Əvvəlcə mən “Şəhərin gecə alovları ” trendini izlədim: gecə işıqlar necə hərəkət edir, kameranı hərəkət etdirərkən işıqlar necə naxış yaradır. Aksessuarların inkişafı 3D modellərlə başladı, sonra kağız və metal simlərdən nümünələr hazırlandı.
Nəyə görə məhz bu trend?
Məni bu şəhər, onun ritmi və neon işıqları ilhamlandırdı. Mən cəlbedici və cəsarətli bir kolleksiya hazırlamaq istədim, hansı ki qəhrəmanım təhrik etməyi və baxışları özünə cəlb etməyi sevir. Mən özüm də belə biriyəm, mən secilməyi xoşlayıram, paltarları, aksessuarları və makiyajı özünüifadə vasitəsi kimi istifadə etməyi sevirəm. Və kolleksiya, sanki işıq və qaranlığın vəhdəti ilə oynayar kimi, provokativ alındı.
Oriflame üçün öz aksessuar kolleksiyanı inkişaf etdirmək- necə bir şeydir?
Möhtəşəm bir şey! Qlobal komanda məni bütün iş mərhələlərimdə çox dəstəklədi. İnsanlar mənim ideyalarımı qəbul etdi, mənə yaratmağa imkan verdilər və mənə inandılar. Bu çox dəyərli təcrübədir.
Oriflame şirkəti dünyanın 60-dan çox ölkəsində təqdim olunur. Luminescence kolleksiyasını hazırlamazdan öncə bunu nəzərə almışdın?
Əlbəttə. Provokativ xarakterinə baxmayaraq, aksessuarlar tamamilə universaldırlar. Onlar fərqli tərzdə həvəskarların zövqüncə olacaqdır.
Neçə kolleksiya özündə isveç xarakterini və yaşam tərzini göstərir?
Tamamilə, hamısında. Xüsusi rənglər, nəfis xətlər, eleqant praktiklik və formaların təmizliyi- bütün bunlar klassik İsveç dizayn estetikasının xüsusiyyətləridir. Kolleksiyanın universallığı davamlı inkişaf istəyini dəstəkləyir. Elə bu, əsl isveç laqomudur.
Kolleksiyada sənin sevimli aksessuarın hansıdır?
Çantanın zəncirinin boyunbağı kimi də istifadə oluna bilməsi, yaylığın isə boyunda, başda, biləkdə və ya çantanın halqalarına taxılıb istifadə edilə bilməsi mənim çox xoşuma gəlir. Bunlardan başqa, çanta, yaylıq, sırğalar və üzük. Həmçinin Luminescence kollesiyasında parfüm suyu da var. Onun yaradılması üzərində fransız ətiriyyatçısı Sofi Labbe işləmişdir. Sofi- bir çox Givenchy, Bulgari və YvesSaintLaurent kimi prestijli ətir brendlərinin müəllifidir və lüks ətirlərin usta yaradıcısı kimi tanınmışdır. Luminescence ətiri üçün Sofi- ekstravaqantlığa və intensivliyə dayanaraq, öyrəşilmiş ətir steriotiplərini yıxdı. Əsasında- qəhrəmanın cəsarətli xarakterini göstərən, parlaq və enerjili “elektrik yükləməsi” akkordu dayanır. Qaynayan enerji sitrus qarışığı, gül və odunu ətirlərlə birləşərək sanki dünyaya işıq saçıb, aydınlaşdırır.