Oriflame portfelinin ətirlərinin lüks brendlərin istehsal etdikləri ətirlərdən nə ilə fərqləndiyini öyrənmək qərarına gəldik. Bağlı gözlərlə keçirilmiş unikal testin heyranedici nəticələri — məqaləmizdə.
Testə başlamazdan əvvəl bir sıra suallar qoyduq, məsələn,
“Ətirin premium olması nə deməkdir?”
“Parfüm seçiminə hansı xüsusiyyətlər təsir edir?
“Oriflame ətirləri bir neçə dəfə baha olan parfümlarla rəqabətə girə bilərmi?”
Oriflame portfelindən həm əfsanəvi ( Giordani Gold Essenza ), həm də tamamilə yeni ( Blazing Warmth ) 10 ətiri seçdik. Və çox iddialı, amma sonradan gördüyümüz kimi olduqca həyata keçirilə bilən bir vəzifə qoyduq — test vasitəsilə Oriflame ətirlərini premium seqmentlə müqayisə etmək və alıcının etiketi görmədikdə ətiri necə seçdiyini başa düşmək.
Maksimum qərəzsiz araşdırma üçün, tamamilə fərqli yaşlarda olan kişi və qadınlardan kənar qoxulardan tamamilə təcrid olunmuş bir məkana getmələrini xahiş etdik. Anonim olaraq, növbə ilə, iştirakçılara Oriflame və "lüks" brendlərin ətirlərini sınamaq imkanı verildi, sonra isə parfüm kompozisiyalarını, onların yaratdığı emosiyaları bir neçə ifadə ilə təsvir etmələrini, 1-dən 10-a qədər qiymət vermələrini və bu və ya digər ətiri harada və nə ilə geyinmək istədiklərini ətraflı izah etmələrini xahiş etdik.
Beş ölkədən olan 500 nəfər (Rusiya, Polşa, İsveç, İndoneziya və Meksika) ətirlər haqqında öz fikirlərini bölüşdülər.
Ölkəmizdə ixtisaslaşması bu cür araşdırmalarla birbaşa əlaqəli olan ASK Marketinq Araşdırmaları Agentliyinin ciddi rəhbərliyi altında araşdırmada 100 nəfər iştirak etdi.
Biz bir neçə gündən və minlərlə şərhdən sonra kompozisiyaları və onların təəssüratını tam şəkildə təsvir edən 200 xüsusiyyəti seçdik. İlk test nəticələri bunu göstərdi ki,
Lüks parfümeriya pərəstişkarlarının 10-dan 7-si Oriflame ətirlərini almaq istəyirlər.*
Xüsusi olaraq xoş gələn odur ki, kompozisiyalarımızı premium-brendlərin ətirləri ilə müqayisədə 91% daha çox seçirdilər.
Təhlilə dərindən yanaşdıqca, araşdırma daha da maraqlı olurdu.
Beləliklə, respondentlərin 80%-i "Blazing Warmth" yeniliyinin digərləri arasında fərqləndiyini və sanki "səhər şehinin altından çiçək ətrinin gəldiyini" söylədi.
Yüngül və havadar Divine Original, iştirakçıların fikrincə, nə istədiyini bilən iddialı bir qadını təcəssüm etdirir, onun yeni Divine Exclusive interpretasiyasını isə "parlaq, qeyri -standart və çox dadlı" adlandırdılar.
Şərq vanilli Amber Elixir "incə, kəskinolmayan, eyni zamanda ifadəli, qeyri -adi və müasir" olaraq qəbul edildi.
Giordani Gold Essenza ilə iştirakçıların 80%-i özlərini zərif və cazibədar hiss edərdi, 81%-i isə Possess-in dərin notlarını yüksək qiymətləndirdi.
On nəfərdən yeddisi Eclat Weekend-i "harmonik, həssas və zərif" kimi təsvir etdi, respondentlərin 71%-inə isə All or Nothing şərq və meyvəli ətir "özünə güvənc" hissəni bəxş etdi.
Güclü cinsin nümayəndələri üçün kompozisiyalar da kənarda qalmadı: 10 iştirakçıdan 7-si Eclat Style-ı müasir və dərin, Mister Giordani-ni isə — işgüzar görüşlər üçün uyğun olan klassik ətir hesab edir.
Bütün test iştirakçıları öz hisslərinə güvəndilər,
10 nəfərdən 8-i ürəyini Oriflame parfümlarına verdi – indi onların təcrübəsindən ilhamlanmağa və öz sevimli parfüm kompozisiyanı tapmağa sənin növbən çatdı
*ASK Marketinq Araşdırma Agentliyi tərəfindən 2021-ci ilin mart ayında 100 respondent arasında ətirlərin bağlı gözlərlə testin keçirilməsi ilə araşdırmanın nəticələrinə əsasən.