Bloqerlərin Lip Sensation dodaq boyası haqqında fikirləri

Dünya üzrə 6 byüti-bloqerlər müəyyən təzlər yaratmaq üçün nümunə olaraq bizim yeni məhsulumuz olan maye-mus dodaq boyası Lip Sensation alıblar.

MEKSİKA

Aleksandra İvanişeviç , MexAlex

Rəng: Karamel

“Təəssüf ki, mən iri üz cizgilərilə öyünə bilmirəm, məhz ona görə də mənim donuq effektindən çox xoşum gəlir. Donuq dodaq boyası vizual olaraq mənim dodaqlarımı həcimli görsədir. Ona görə də mən az bəzəkli, təbii makiyajlı bir obraz yaratdım.  Nəticə etibarilə mənim dodaqlarım diqqət mərkəzində oldu. Sadə və effektli tərz.

BÖYÜK BRİTANİYA

Nataşa Nqan, Girl in the Lens
Rəng: Mərcanı

“Donuq effektli makiyak həmişə çox cazibədar görsənir, həmçinin gündəlik makiyaj üçün əla uyğun gəlir. Mən donuq dodaq boyasını seçirəmsə qalan makiyaj maksimal olaraq təbii və neytral olmalıdır – bir qədər göz kölgəsi və kirşan tərzi tamamlamaq üçün kifayət edir. Dodaqları daha çox nəzərə çarpan etmək üçün mən saçlarımı arxaya yığıram. Geyimdən isə bu obrazı tamamlamaq üçün ağ köynək və boyfrend-cins şalvarı mükəmməl uyğun gələcək. Eleqantlılıq əlavə etmək üçün isə hündür daban ayaqqbı kifayət edir. Yalnız bu tərzi ziyafət geyimi ilə uyğunlaşdırmaq istəsəm, onda dodaq boyasını donumun rənginə uyğun olaraq seçərəm.  Yay mövsümündə mərcanı rəng çalarları xüsusilə əla görsənir.

    "Donuq dodaq boyası ilə eksperimentlər aparmaqdan çəkinmə: bu sənin fantastik görünmək şansındır!" 


RUSİYA

Viktoriya Moiseyeva, Koffka the Cat
Rəng: Gavalı rəngi

«Ən açıq rəng tonundan qara tona qədər olan istənilən dəriylə uyğun gələcək dadlı, dəbli və super-universal dodaq boyası! Mus tekstur və donuq rəng burqund rənglə mükəmməl uyğun gəlir. Məhz ona görə də mən bu rəngi bacardığım qədər qotlara bənzər, dodaqlar və qaşlarda isə təbiiliyi saxlamaq istədim.  İnsanın ilk ağlına gələn çəhrayı gül çiçəkləri olur».

ÇEXİYA

Adelya Mazankova, The Aesthet
Rəng: Karamel

«Mən nəinki makiyajda, hətta geyimdə də təbiiliyə üstünlük verirəm: Mənim qarderobumda daha çox təbii çalarlı və toprak palitrası rənglərində geyimlər üstünlük təçkil edir.  Ona görə də mən Orifleymin təbii rəngli donuq – mus dodaq boyasına vuruldum. Donuq, qulluedici və nəmləndirici – o mənim dodaqlarıma ideal uyğun gəlir. Yüngül teksturu nəticəsində dodaqlara yapışmır və dodaqlarda uzun müddət qalır. Bu xüsusiyyətlərinə görə Orifleym dodaq boyası çox qısa müddətdə mənim sevimli dodaq boyama çevrildi.  Donuq trend ziyafət və ya gündəlik geyimdən asılı olmayaraq istənilən geyim tərzilə uyğun gəlir. Lakin mən onu ağ, boz və digər neytral rənglərlə uyğunlaşdırıram».

 

TUNİS

Fatma ZaxiStreet Style Tunisia 

Rəng: Mərcanı

«Mən həyatımı dodaq boyasız təsəvvür edə bilmərəm. Mən həmişə yeni rəng çalarları və qeyri-adi tekstur axtarışındayam, lakin xüsusi üstünlüyü qırmızı çalarlı donuq dodaq boyalarına verirəm. Bu tərzi mən günüz və axşam, istər işə, istərsə də dostlarla görüşlərə istifadə edə bilərəm. Ən maraqlısı da odur ki, bu obraz yaranması üçün xüsusi səy sərf etməyə ehtiyac yoxdur. Çünki, qırmızı dodaq boyası özü qeyri-adi tərzin yaranması üçün hər şey edir. 


PORTUQALİYA

Sofiya Novalis de Pola, Diario de Batom

Rəng: Qırmızı

«Mənim dəridən olan geyimlər çox xoşum gəlir və bu geyimlə dodaq boyası əla uyğun gəlir. Donuq dodaq boyusından mənim çox xoşum gəldi: o çox rahat çəkilir, dodaqlara ağırlıq hissi vermir və uzun müddətli qalıcılığa malikdir. Dodaq boyasını çəkməmişdən öncə mən dodaq qələmi ilə kontur çəkirəm, daha sonra dodaq boyasını çəkərək dodaqlarımı bir-birinə yapışdırıram. Əgər mənə bir dəfə də dodaq boyasını çəkmək lazımdırsa mən makiyajı silmək üçün vasitədən istifadə edərək dodaqlarımı silirəm və yenidən dodaq boyasını çəkirəm. Əgər sən heç vaxt donuq dodaq boyasından istifadə etməmisənsə, eksperiment etməkdən çəkinmə. O sənin fantastik və cazibədar görünməyin üçün əla şansdır».

 



Mətn: